06 Yanvar 2026 08:50
444
SİYASƏT
A- A+
Azərbaycan sülh gündəliyinə sadiqdir

Azərbaycan sülh gündəliyinə sadiqdir


Azərbaycan və Ermənistan arasında siyasi və iqtisadi müstəvidə cərəyan edən hadisələr göstərir ki, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti sayəsində Cənubi Qafqazda dayanıqlı sülh və sabitlik üçün ciddi addımlar atılır.  

Ötən il avqustun 9-da Vaşinqtonda imzalanan 2 mühüm sənəd - Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Anlaşması və Azərbaycan-Ermənistan arasında sülh sazişinin paraflanması Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin növbəti zəfəri  kimi tarixə düşdü. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə son qoyan tarixi sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni dövrün başlanğıcı oldu. Həm də bütün dünyaya bir daha bəlli oldu ki, ölkəmiz regionda sülh və inkişafın qarantıdır. Həmin sazişdən irəli gələn reallıqdır ki, son 35 ildə ilk dəfə olaraq Azərbaycandan Ermənistana neft məhsullarının tədarük edilməsi regionda, eləcə də bölgədən kənarda diqqətlə izlənilən bir hadisədir. Ötən il dekabrın 18-də 1220 ton Aİ-95 markalı benzinin Ermənistana çatdırılması uzun müddət bağlı qalmış əlaqələrin yenilənməsinə zəminlik yaradır. Bu, təkcə iqtisadi mahiyyət daşımır, eyni zamanda siyasi və psixoloji baxımdan mühüm mesajdır. Hər iki ölkə arasında sülh və vətəndaş münasibətlərinin qurulması region üçün tarixi dönüş nöqtəsi ola bilər.

Xatırladaq ki, bundan əvvəl  Qazaxıstan və Rusiyaya məxsus buğda yükləri  ölkəmizin dəmir yolları vasitəsilə Ermənistana çatdırılmışdı. Həmin daşımalar tranzit mexanizmlərinin texniki və təhlükəsiz şəkildə işlək olduğunu nümayiş etdirdi. Prosesin insidentsiz başa çatması tərəflər arasında praktik əməkdaşlıq imkanlarının mümkünlüyünü göstərdi. Bu fakt həm də sübut etdi ki, regional nəqliyyat və logistika xətləri siyasi iradə olduqda effektiv şəkildə istifadə oluna bilər. 

Əlbəttə, uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistana yanacaq kimi strateji materialın göndərilməsi asan məsələ deyil. Müharibələr, itkilər, bunun nəticəsində formalaşmış ağrılı yaddaş fonunda atılan hər addım cəmiyyətin diqqət mərkəzinə düşür. Bununla belə, Azərbaycanın regionda sabitlik və qarşılıqlı fayda prinsipinə söykənən yanaşması sülhün və sabitliyin bərpasının, iqtisadi inkişafın mümkünlüyünü göstərir.

Ekspertlərin fikrincə, region dövlətlərinin rəsmi nümayəndələrinin,  habelə vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı bu prosesi gücləndirmək, dəstək vermək  imkanlarına malikdir. Bu xüsusda, Azərbaycan və Ermənistan arasında aparılan danışıqların yalnız siyasi müstəvidə deyil, ictimai səviyyədə də dəstəklənməsi diqqətçəkəndir. Bu mənada Prezident İlham Əliyevin regionda sülhün yaranmasına və iqtisadi inkişafa hesablanmış ideyasını  dəstəkləyən QHT təmsilçilərinin Ermənistana səfərlərinin reallaşması diqqətçəkəndir. Azərbaycan və Ermənistan arasında sülh danışıqları kontekstində qarşıda duran əsas vəzifələrdən biri də tərəflər arasında etimad mühitinin gücləndirilməsidir.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni hazırlanıb və buna uyğun sülh quruculuğuna dair mexanizmlərin tətbiqi müəyyənləşdirilib. Həmin mexanizmlərdən biri də vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıqdır. Bu əməkdaşlığa gənclər, qadınlar və sülh quruculuğu sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da cəlb oluna bilərlər. Maneələrin aşılması istiqamətində həyata keçirilən təşəbbüslər sülh prosesinə mühüm töhfə verə bilər. Beynəlxalq təcrübədə bu kimi təşəbbüslərə rast gəlinir. Azərbaycan danışıqlar müddətində hər zaman sülhün və inkişafın qarantı  olduğunu nümayiş etdirib. Azərbaycan sülh gündəliyinə sadiqdir və bu prosesdə ardıcıl və prinsipial mövqe nümayiş etdirir. Habelə, digər sahələrdə də Azərbaycan eyni yanaşma ilə çıxış edir.  Bu prosesdə əsas məsuliyyət Ermənistan tərəfinin üzərinə düşdüyündən onların vətəndaş cəmiyyəti daha fəal və təşəbbüskar mövqe sərgiləməlidir. Önəmli məqamlardan biri də Qərb institutlarının bu prosesdən kənarda saxlanılmasıdır. Uzun illər Qərb bu sahədə təşəbbüsü öz əlində saxlayıb, öz iradəsini diktə etməyə çalışıb. Amma indi Azərbaycan və Ermənistan heç bir kənar müdaxilə olmadan etimad quruculuğu prosesini həyata keçirir. Təəssüf doğuran odur ki, Ermənistanda revanşist qüvvələr müharibənin nəticələrini və sülh prosesini qəbul etmirlər. Lakin Ermənistanda sülhü, qonşularla əməkdaşlığı dəstəkləyənlər də az deyil. Analitiklər hesab edirlər ki, Paşinyana Ermənistanda dəstək kifayət qədər böyükdür. 

Azərbaycan həmişə olduğu kimi, sülh şərtlərində israrlıdır. Ölkəmizin Ermənistana tranzit yolu verməsi Paşinyana siyasi dividend qazandırır. Hələlik görünən odur ki, Ermənistan daxilində, siyasi cameədə qarşıdurma səngiməyib, parlament seçkiləri öncəsi hakimiyyətə iddialı qüvvələrin fəallaşması müşahidə olunmaqdadır. Bundan başqa, Qarabağı könüllü tərk etmiş erməniləri gündəmə gətirmək, bunun üzərində manipulyasiya cəhdləri, TRIPP marşrutu ətrafında spekulyativ bəyanat və şərhlər Paşinyan komandasını qarşıda gərgin siyasi mübarizənin və çətin sınaqların gözlədiyindən xəbər verir.  

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev mətbuata açıqlamasında bildirir ki, Azərbaycan regionda sülhün və inkişafın təminatçısı olaraq artıq Ermənistana tranzit xətti verib, müxtəlif təyinatlı yüklərin daşınması həyata keçirilir. Yəni kommunikasiyaların qarşılıqlı açılması istiqamətində real addımlar atılır. Bu qərarlar sülh prosesinə həm siyasi, həm də iqtisadi cəhətdən dəstəyin verilməsi deməkdir. Bu həm də Paşinyanın mövqeyini möhkəmləndirir, ona müəyyən dərəcədə siyasi dividend qazandırır.

Artıq TRIPP layihəsinin həyata keçirilməsi prosesi başlayıb. Bu marşrutun reallaşması Birləşmiş Ştatlar və Ermənistan arasında olan məsələdir. Bununla yanaşı, Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesinin vacib elementi sayılır.

Azərbaycan sülh və inkişafın qarantı olaraq  regional liderliyə xas davranış sərgiləyir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, sülh sazişi kağız üzərində qalan sənəd olmamalı, real həyatla, gündəlik münasibətlərlə möhkəmlənməlidir. Məhz bu cür iqtisadi və humanitar addımlar sülhü mücərrəd anlayışdan konkret prosesə çevirə bilər.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!