Azərbaycan Sahibkarlar Konfederasiyası Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin yığıncağında iştirak etmişdir
Aprelin 19-da Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təşkilati dəstəyi ilə Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin yeni heyətdə təsis yığıncağı keçirilmişdir.
Tədbirin əsas məqsədi Türkiyə Respublikasındakı azərbaycanlı iş adamlarının vahid platformada birləşdirilməsindən və onların digər üçüncü dövlətlər ilə əməkdaşlığa cəlb edilməsindən ibarət olmuşdur. Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov iştirak etmişdir.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ilə görüş zamanı Fuad Hümbətov konfederasiyanın ən iri biznesə dəstək təşkilatı kimi həm ölkə daxilində, həm də xaricdəki fəaliyyəti, sosial tərəfdaş kimi ölkənin sosial-iqtisadi sferasında həyata keçirilən islahatlardakı iştirakı, əməkdaşlıq etdiyi beynəlxalq və donor təşkilatlar, xarici ölkələrdəki nümayəndəliklərin fəaliyyəti barədə geniş məlumat vermişdir. Səfir Xəzər İbrahim Azərbaycan Sahibkarlar Konfederasiyasının kollektivini və bütün sahibkarları konfederasiyanın yaranmasının 20 illiyi münasibəti ilə təbrik etmiş, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin təsis edilməsinin təqdirəlayiq olduğunu vurğulamışdır.
Tədbir zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının təmsilçisi Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mehdi Nağıyev, Birliyin İdarə Heyətinin sədr müavini Mikayıl Yusifov, Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Azərbaycan-Türkiyə İşgüzar Şurasının rəhbəri Səlcuq Akat, Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyə nümayəndəliyinin baş direktoru Tural Məmmədov, "Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinin maliyyə institutları ilə iş bölməsinin meneceri Mustafa Duman, Azərbaycan Respublikasının İstanbul Konsulluğunun nümayəndəsi, işgüzar dairələrin nümayəndələri və digər rəsmi şəxslər ilə qarşılıqlı faydalı görüşlər keçirmişdir.
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin sədri ilə keçirilmiş görüş zamanı üçüncü ölkələrdə, habelə beynəlxalq layihələrdə birgə fəaliyyət məqsədilə Azərbaycan Sahibkarlar Konfederasiyası və Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi arasında əməkdaşlıq barədə anlaşma memorandumunun imzalanması haqqında razılıq əldə edilmişdir.
Digər iş adamları və rəsmi şəxslərlə görüş zamanı konfederasiya adından birgə fəaliyyət perspektivləri müzakirə olunmuşdur.
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!