11 Sentyabr 2024 00:46
234
Nazirlər Kabineti
A- A+
Azərbaycan Respublikasının “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2020-ci il 24 aprel tarixli 61-VIQD nömrəli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 581-VIQD nömrəli, “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 iyul tarixli 582-VIQD nömrəli və “Yol hərəkəti haqqında”, “Prokurorluq haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Biometrik informasiya haqqında”, “Fərdi məlumatlar haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 iyul tarixli 584-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2020-ci il 24 aprel tarixli 61-VIQD nömrəli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 581-VIQD nömrəli, “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 iyul tarixli 582-VIQD nömrəli və “Yol hərəkəti haqqında”, “Prokurorluq haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Biometrik informasiya haqqında”, “Fərdi məlumatlar haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 iyul tarixli 584-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

 

№ 404


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2020-ci il 24 aprel tarixli 61-VIQD nömrəli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə-sində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 581-VIQD nömrəli, “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 iyul tarixli 582-VIQD nömrəli və “Yol hərəkəti haqqında”, “Prokurorluq haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Biometrik informasiya haqqında”, “Fərdi məlumatlar haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 iyul tarixli 584-VIQD nömrəli qanunlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 yanvar tarixli 6 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I) ilə təsdiq edilmiş “Əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın “Qeydlər” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı hissədə “Kar, zəif eşidən və sonradan karlaşmış, kor və zəif görən əqli cəhətdən” sözləri “Eşitmə qabiliyyəti tam və qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş, görmə qabiliyyəti tam və qismən məhdud olan əqli” sözləri ilə əvəz edilsin;

1.2. 7-ci hissədə “Kor və zəif görən” sözləri “Görmə qabiliyyəti tam və qismən məhdud olan” sözləri ilə, “nitqi qüsurlu” sözləri “nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin;

1.3. 9-cu hissənin birinci cümləsində “Kar, zəif eşidən və sonradan karlaşmış” sözləri “Eşitmə qabiliyyəti tam və qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş” sözləri ilə əvəz edilsin;

1.4. 10-cu hissədə “Kar” sözü “Eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə, “zəif eşidən və sonradan karlaşmış” sözləri “eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş” sözləri ilə əvəz edilsin;

1.5. 14-cü hissənin ikinci cümləsində “Kor və zəif görən” sözləri “Görmə qabiliyyəti tam və qismən məhdud olan” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 1 sentyabr tarixli 479 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I) ilə təsdiq edilmiş “İstehlak mallarının və xidmətlərin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşdirilməsi qaydası haqqında metodiki təlimat”ın II hissəsinin birinci abzasında “şikəst olmaq və yaxud sağlamlığa digər zədə dəyməsi” sözləri “xəsarətalma və ya sağlamlığın başqa şəkildə pozulması” sözləri ilə əvəz edilsin.

3. “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarında (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 21 noyabr tarixli 402 nömrəli Qərarı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I); 2024, № 1, maddə 78, № 5 (II kitab), maddə 618) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü hissədə “ağıldankəm” sözü “əqli geriliyi olan” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, həmçinin ağıldankəm uşaqlar üçün internat evlərində və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində vətəndaşların qida normaları” üzrə:

3.2.1. adında “ağıldankəm” sözü “əqli geriliyi olan” sözləri ilə əvəz edilsin;

3.2.2. cədvəlin “Ağıldankəm uşaqlar üçün internat evləri” sütununun adında “Ağıldankəm” sözü “Əqli geriliyi olan” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I); 2024, № 1, maddə 79) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram”da aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci hissənin ikinci abzasında “əmək şikəstlərinin” sözləri “istehsalat qəzası” sözləri ilə, “karların və korların” sözləri “eşitmə və görmə qabiliyyəti tam məhdud olan şəxslərin” sözləri ilə əvəz edilsin;

4.2. 4-cü hissənin ikinci cümləsində “fiziki cəhətdən zəif inkişaf etmiş” sözləri “fiziki çatışmazlığı olan” sözləri ilə, “lal, kar və kor” sözləri “nitq, eşitmə və görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

4.3. 5.2-ci bəndin “Tədbirlər” sütunu üzrə:

4.3.1. dördüncü abzasda “hadisələrində” sözü “hadisələri ilə” sözləri ilə, “zamanı əlil olanlar, müharibə əlilləri, Çernobıl əlilləri” sözləri “ilə, müharibə ilə, Çernobıl qəzası ilə” sözləri ilə əvəz edilsin;

4.3.2. on birinci abzasda “qabiliyyəti qüsurlu” sözləri “qabiliyyətində pozuntu olan” sözləri ilə əvəz edilsin;

4.4. 5.5-ci bəndin onuncu abzasının “Tədbirlər” sütununda “Karlar” sözü “Eşitmə qabiliyyəti tam məhdud olan şəxslər” sözləri ilə, “kar və zəif eşidən” sözləri “eşitmə qabiliyyəti tam və qismən məhdud olan” sözləri ilə əvəz edilsin;

4.5. 5.6-cı bəndin “Tədbirlər” sütunu üzrə:

4.5.1. ikinci abzasda “qüsurlar” sözü “pozuntular” sözü ilə əvəz edilsin;

4.5.2. üçüncü abzasda “cəhətdən qüsurlu” sözləri “pozuntusu olan” sözləri ilə əvəz edilsin;

4.5.3. dördüncü abzasda “inkişafı qüsurlu” sözləri “inkişafında pozuntu olan” sözləri ilə əvəz edilsin;

4.5.4. yeddinci abzasda “Kar və zəif eşidən” sözləri “Eşitmə qabiliyyəti tam və qismən məhdud olan” sözləri ilə əvəz edilsin;

4.5.5. səkkizinci abzasda “Görməyən və zəif görən” sözləri “Görmə qabiliyyəti tam və qismən məhdud olan” sözləri ilə, “kor” sözü “görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

4.5.6. onuncu abzasda “Kar, kor, zəif görən” sözləri “Eşitmə qabiliyyəti tam məhdud olan, görmə qabiliyyəti tam və qismən məhdud olan” sözləri ilə əvəz edilsin.

5. “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisə-lərinin nümunəvi ştatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 61 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Uşaq bağçalarının nümunəvi ştatı”nın “Qeydlər”inin 12-ci hissəsində “lal və karlara” sözləri “nitq və eşitmə qabiliyyəti tam məhdud olan şəxslərə” sözləri ilə əvəz edilsin;

5.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Körpələr evi-uşaq bağçalarının nümunəvi ştatları”nın “Qeydlər”i üzrə:

5.2.1. 15-ci hissədə “qüsuru” sözü “pozuntusu” sözü ilə əvəz edilsin;

5.2.2. 16-cı hissədə “qüsur” sözü “pozuntu” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596 (Cild I); 2024, № 3, maddə 335) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 116-cı hissəsinin beşinci abzasının birinci cümləsində “şikəst olması, yaxud səhhətinin başqa cür korlanmasına” sözləri “xəsarət almasına, yaxud sağlamlığının başqa şəkildə pozulmasına” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 58 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 246 (Cild I) ilə təsdiq edilmiş “Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nın XXXIII bölməsinin “Tibb müəssisələri və tibb-əmək ekspertizası təşkilatları” hissəsinin üçüncü abzasından “cəhətdən” sözü çıxarılsın.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 aprel tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 321 (Cild I); 2024, № 1, maddə 73) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 2.1-ci bəndində “şikəstliyinə” sözü “xəsarət almasına” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli 116 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 563 (Cild I); 2024, № 1, maddə 111) ilə təsdiq edilmiş “Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

9.1. I bölmənin 14-cü hissəsində “cismani qüsuruna” sözləri “fiziki çatışmazlığına” sözləri ilə əvəz edilsin;

9.2. II bölmənin 9-cu hissəsi üzrə:

9.2.1. birinci abzasda “lal-kardırsa və ya lal-kar” sözləri “nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz edilsin;

9.2.2. ikinci abzasın birinci cümləsində “Kor” sözü “Görmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz edilsin;

9.2.3. üçüncü abzasda “lal-kar-kordursa və ya lal-kar-kor” sözləri “nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz edilsin;

9.3. III bölmənin 5-ci hissəsi üzrə:

9.3.1. birinci abzasda “savadsız və ya kordursa” sözləri “görmə qabiliyyəti tam məhdud və ya savadsızdırsa” sözləri ilə əvəz edilsin;

9.3.2. ikinci abzasda (hər iki halda) “kar, kor və kar-lal” sözləri “eşitmə, görmə və eşitmə-nitq qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 652 (Cild I) ilə təsdiq edilmiş 23, 29, 32 və 37 nömrəli formaların adında “Cismani qüsuruna” sözləri “Fiziki çatışmazlığına” sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693 (Cild I); 2024, № 1, maddələr 110, 111, № 3, maddə 359, № 5 (II kitab), maddələr 597, 606) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

11.1. 22-ci hissə üzrə:

11.1.1. birinci abzasın birinci cümləsində “cismani qüsuruna” sözləri “fiziki çatışmazlığına” sözləri ilə əvəz edilsin;

11.1.2. ikinci abzasda “savadsız və kordursa” sözləri “görmə qabiliyyəti tam məhdud və savadsızdırsa” sözləri ilə əvəz edilsin;

11.1.3. üçüncü abzasda “kar, kor və kar-lal” sözləri “eşitmə, görmə və eşitmə-nitq qabiliyyəti tam məhdud olan” sözləri ilə, “kar, kor və ya kar-lal” sözləri “eşitmə, görmə və eşitmə-nitq qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

11.2. 64-cü hissənin üçüncü abzasının birinci cümləsində “qüsurlarına” sözü “çatışmazlığına” sözü ilə əvəz edilsin;

11.3. 65-ci hissə üzrə:

11.3.1. birinci abzasda “lal-kardırsa və ya lal-kar” sözləri “nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz edilsin;

11.3.2. ikinci abzasın birinci cümləsində “Kor” sözü “Görmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz edilsin;

11.3.3. üçüncü abzasın birinci cümləsində “lal-kar və ya lal-kar-kor” sözləri “nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud olan və ya nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz edilsin;

11.4. 130-cu hissənin birinci və ikinci abzaslarında “cismani qüsurlarına” sözləri “fiziki çatışmazlığına” sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 214 (Cild I) ilə təsdiq edilmiş “Loqopedik xidmət haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

12.1. I bölmənin 1-ci hissəsi üzrə:

12.1.1. birinci abzas üzrə:

12.1.1.1. birinci cümlədə “nitqi qüsurlu” sözləri “nitqində pozuntu” sözləri ilə əvəz edilsin;

12.1.1.2. ikinci cümlədə “Zəif eşidən, zəif görən, çəpgöz, əqli və fiziki inkişafdan geri qalan” sözləri “Eşitmə, görmə qabiliyyəti qismən məhdud olan, çəpgözlüyü olan, fiziki çatışmazlığı, əqli geriliyi olan” sözləri ilə, hər iki halda “nitqi qüsurlu” sözləri “nitq pozuntusu olan” sözləri ilə, “zəif eşidən və sonradan karlaşmış, kor və zəif görən, əqli və fiziki inkişafdan geri qalan” sözləri “eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş, görmə qabiliyyəti tam və qismən məhdud olan, fiziki çatışmazlığı, əqli geriliyi olan” sözləri ilə əvəz edilsin;

12.1.2. ikinci abzasda “qüsurunun” sözü “pozuntusunun” sözü ilə əvəz edilsin;

12.2. II bölmə üzrə:

12.2.1. 1-ci hissənin birinci abzasının ikinci cümləsində “kəkələmə” sözü “qeyri-iradi nitq pozuntusu” sözləri ilə, “qüsurları” sözü “pozuntuları” sözü ilə, “qüsurlar” sözü “pozuntular” sözü ilə əvəz edilsin;

12.2.2. 2-ci hissənin birinci abzası üzrə:

12.2.2.1. birinci cümlədə “nitqi qüsurlu” sözləri “nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin;

12.2.2.2. ikinci cümlədə “nitqi qüsurlu” sözləri “nitq pozuntusu olan” sözləri ilə, “qüsurundan” sözü “pozuntusundan” sözü ilə əvəz edilsin;

12.2.3. 3-cü hissədə “qüsurlara” sözü “pozuntulara” sözü ilə əvəz edilsin;

12.2.4. 4-cü hissə üzrə:

12.2.4.1. ikinci abzasda “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;

12.2.4.2. səkkizinci abzasda “kəkələmə” sözü “qeyri-iradi nitq pozuntusu” sözləri ilə əvəz edilsin;

12.2.4.3. doqquzuncu abzasda “nöqsanı” sözü “pozuntusu” sözü ilə əvəz edilsin;

12.2.5. 5-ci hissənin birinci abzasının ikinci cümləsində “qüsuru” sözü “pozuntusu” sözü ilə əvəz edilsin;

12.2.6. 7-ci hissə üzrə:

12.2.6.1. üçüncü və beşinci abzaslarda “qüsuru” sözü “pozuntusu” sözü ilə əvəz edilsin;

12.2.6.2. dördüncü abzasda “kəkələyən” sözü “qeyri-iradi nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin;

12.2.7. 9-cu hissədə “qüsurlarının” sözü “pozuntularının” sözü ilə əvəz edilsin;

12.2.8. 10-cu hissədə “Nitqi qüsurlu” sözləri “Nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin;

12.3. III bölmənin 3-cü hissəsi üzrə:

12.3.1. üçüncü abzasda “qüsurlarının” sözü “pozuntularının” sözü ilə əvəz edilsin;

12.3.2. dördüncü abzasda “qüsuru” sözü “pozuntusu” sözü ilə əvəz edilsin;

12.3.3. altıncı abzasda “nitqi qüsurlu” sözləri “nitqində pozuntu olan” sözləri ilə əvəz edilsin;

12.3.4. səkkizinci abzasın üçüncü cümləsində “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;

12.4. IV bölmənin 3-cü hissəsinin dördüncü cümləsində “nitqi qüsurlu” sözləri “nitqində pozuntu olan” sözləri ilə əvəz edilsin;

12.5. həmin Əsasnaməyə 1 nömrəli əlavə - “NİTQİ QÜSURLU UŞAQLARIN SİYAHISI”nın adında “NİTQİ QÜSURLU” sözləri “NİTQ POZUNTUSU OLAN” sözləri ilə əvəz edilsin;

12.6. həmin Əsasnaməyə 2 nömrəli əlavə – “NİTQ XƏRİTƏSİ” üzrə:

12.6.1. 15-ci hissədə “Kəkələmə” sözü “Qeyri-iradi nitq pozuntusu” sözləri ilə əvəz edilsin;

12.6.2. 16-cı hissədə “qüsuruna” sözü “pozuntusuna” sözü ilə əvəz edilsin;

12.7. həmin Əsasnaməyə 3 nömrəli əlavə - “Loqopedik xidmət göstərilmiş şifahi və yazılı nitqində qüsurları olan uşaqların sayı haqqında HESABAT” üzrə:

12.7.1. adında “qüsurları” sözü “pozuntu” sözü ilə əvəz edilsin;

12.7.2. cədvəlin yeddinci sütununda “Kəkələmə” sözü “qeyri-iradi nitq pozuntusu” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 315 (Cild I); 2024, № 1, maddə 73) ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

13.1. 1-ci hissədə “kar” sözü “eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə, “zəifeşidən və sonradan karlaşmış” sözləri “eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş” sözləri ilə, “nitqi qüsurlu” sözləri “nitq pozuntusu olan” sözləri ilə, “kor və zəifgörən” sözləri “görmə qabiliyyəti tam və qismən məhdud olan” sözləri ilə, “əqli cəhətdən zəif inkişaf etmiş” sözləri “əqli geriliyi olan” sözləri ilə və “kar-kor” sözü “eşitmə-görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

13.2. 9-cu hissə üzrə:

13.2.1. ikinci abzasda “Kar” sözü “Eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

13.2.2. dördüncü abzasda “Zəifeşidən və sonradan karlaşmış” sözləri “Eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş” sözləri ilə əvəz edilsin;

13.2.3. altıncı abzasda “qüsurlarının” sözü “pozuntularının” sözü ilə əvəz edilsin;

13.2.4. səkkizinci abzasda “Nitqi qüsurlu” sözləri “Nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin;

13.2.5. doqquzuncu abzasın birinci cümləsində (hər iki halda) “qüsurları” sözü “pozuntuları” sözü ilə, “kəkələyən” sözü “qeyri-iradi nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin;

13.2.6. on birinci abzasda “Kor və zəifgörən” sözləri “Görmə qabiliyyəti tam və qismən məhdud olan” sözləri ilə əvəz edilsin;

13.2.7. on üçüncü abzasın birinci və ikinci cümlələrində, on dördüncü abzasda “Əqli cəhətdən zəif inkişaf etmiş” sözləri “Əqli geriliyi olan” sözləri ilə əvəz edilsin;

13.2.8. on səkkizinci abzasda “kar-kor” sözü “eşitmə-görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

13.3. 10-cu hissədə “Kar, zəifeşidən və sonradan karlaşmış, kor və zəifgörən” sözləri “Eşitmə qabiliyyəti tam və qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş, görmə qabiliyyəti tam və qismən məhdud olan” sözləri ilə, “əqli cəhətdən zəif inkişaf etmiş” sözləri “əqli geriliyi olan” sözləri ilə əvəz edilsin;

13.4. 11-ci hissənin ikinci abzasında “kar” sözü “eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə, “zəifeşidən və sonradan karlaşmış” sözləri “eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş” sözləri ilə, “nitqi qüsurlu” sözləri “nitq pozuntusu olan” sözləri ilə, “kor və zəifgörən” sözləri “görmə qabiliyyəti tam və qismən məhdud olan” sözləri ilə, “əqli cəhətdən zəif inkişaf etmiş” sözləri “əqli geriliyi olan” sözləri ilə və “kar-kor” sözü “eşitmə-görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

13.5. 12-ci hissədə “Əqli cəhətdən zəif inkişaf etmiş” sözləri “Əqli geriliyi olan” sözləri ilə, “kar, zəifeşidən və sonradan karlaşmış, kor və zəifgörən” sözləri “eşitmə qabiliyyəti tam və qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş, görmə qabiliyyəti tam və qismən məhdud olan” sözləri ilə əvəz edilsin;

13.6. 13-cü hissədə “Əqli və ya fiziki cəhətdən ağır” sözləri “Ağır əqli və fiziki” sözləri ilə əvəz edilsin;

13.7. 22-ci hissədə “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;

13.8. 26-cı hissə üzrə:

13.8.1. birinci abzasda “Kor və zəifgörən” sözləri “Görmə qabiliyyəti tam və qismən məhdud olan” sözləri ilə əvəz edilsin;

13.8.2. üçüncü abzasda “qüsurunun” sözü “pozuntusunun” sözü ilə əvəz edilsin;

13.9. 27-ci hissənin birinci abzasında “Əqli cəhətdən zəif inkişaf etmiş” sözləri “Əqli geriliyi olan” sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 85 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 322 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”nin 2.1-ci bəndində “karlar və zəifeşidənlər, korlar və zəifgörənlər, ağır nitq qüsurları” sözləri “eşitmə qabiliyyəti tam və qismən məhdud olanlar, görmə qabiliyyəti tam və qismən məhdud olanlar, ağır nitq pozuntuları” sözləri ilə, “əqli cəhətdən geri qalanlar” sözləri “əqli geriliyi olanlar” sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 86 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 323 (Cild I) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil almaq Qaydası”nın 2-cı hissəsində “karlar və zəifeşidənlər, korlar və zəifgörənlər, ağır nitq qüsurları” sözləri “eşitmə qabiliyyəti tam və qismən məhdud olanlar, görmə qabiliyyəti tam və qismən məhdud olanlar, ağır nitq pozuntuları” sözləri ilə, “əqli cəhətdən geri qalanlar” sözləri “əqli geriliyi olanlar” sözləri ilə əvəz edilsin.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 324 (Cild I) ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nın 7-ci hissəsində “Kar, kor” sözləri “Eşitmə, görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 161 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 644 (Cild I) ilə təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısı”nın 10-cu hissəsində “Kəmağıllıq” sözü “Əqli gerilik” sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 461 (Cild I) ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın 5-ci hissəsində “ağıldankəm” sözü “əqli geriliyi olan” sözləri ilə əvəz edilsin.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627 (Cild I); 2024, № 1, maddələr 110, 124) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.3-cü bəndinin birinci abzasında, 5.11.1-ci yarımbəndində və 5.13-cü bəndinin birinci cümləsində “kəmağıllıq” sözü “əqli gerilik” sözləri ilə əvəz edilsin.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 50 (Cild I); 2024, № 5 (II kitab), maddə 579) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.2.1.1-ci yarımbəndində aşağıdakı dəyişikliklər edilsin:

20.1. “ə” abzasında “(kar-lal, kar, ağır eşidən)” sözləri “(eşitmə-nitq qabiliyyəti tam məhdud, eşitmə qabiliyyəti tam və qismən məhdud olan)” sözləri ilə, “kəkələyən” sözü “qeyri-iradi nitq pozuntusu olan” sözləri ilə, “(kor, zəif görən)” sözləri “(görmə qabiliyyəti tam və qismən məhdud olan)” sözləri ilə əvəz edilsin;

20.2. “o” abzasında “kor-kar-lal” sözü “görmə-eşitmə-nitq qabiliyyəti tam məhdud olan” sözləri ilə, “qabiliyyəti qüsurlu” sözləri “qabiliyyətində pozuntu olan” sözləri ilə, “kar və korlar” sözləri “eşitmə və görmə qabiliyyəti tam məhdud olanlar” sözləri ilə, “kar-lal” sözü “eşitmə-nitq qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

20.3. “ö” abzasında “qabiliyyəti qüsurlu” sözləri “qabiliyyətində pozuntu” sözləri ilə əvəz edilsin.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 191 (Cild I); 2024, № 1, maddə 76) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

21.1. 6-cı hissə üzrə:

21.1.1. ikinci abzasda “karlar və zəifeşidənlər” sözləri “eşitmə qabiliyyəti tam və qismən məhdud olanlar” sözləri ilə əvəz edilsin;

21.1.2. üçüncü abzasda “korlar və zəifgörənlər” sözləri “görmə qabiliyyəti tam və qismən məhdud olanlar” sözləri ilə əvəz edilsin;

21.1.3. dördüncü abzasda “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;

21.1.4. altıncı abzasda “əqli cəhətdən geri qalanlar” sözləri “əqli geriliyi olanlar” sözləri ilə əvəz edilsin;

21.2. 7-ci hissə üzrə:

21.2.1. ikinci abzasda “qüsurları” sözü “pozuntuları” sözü ilə, “kəkələmə” sözü “qeyri-iradi nitq pozuntusu” sözləri ilə əvəz edilsin;

21.2.2. üçüncü abzasda “(karlar, zəifeşidənlər və sonradan karlaşanlar)” sözləri “(eşitmə qabiliyyəti tam və qismən məhdud olanlar və eşitmə qabiliyyətini sonradan tam itirmiş şəxslər)” sözləri ilə əvəz edilsin;

21.2.3. dördüncü abzasda “(korlar, zəifgörənlər, çəpgözlər və s.)” sözləri “(görmə qabiliyyəti tam və qismən məhdud olanlar, çəpgözlüyü olanlar və s.)” sözləri ilə əvəz edilsin;

21.2.4. beşinci abzasda “(əqli cəhətdən gerilik, psixi inkişaf ləngliyi, ağır əqli geriliyi)” sözləri “(əqli geriliyi və ağır əqli geriliyi, psixi inkişaf ləngliyi)” sözləri ilə əvəz edilsin;

21.2.5. yeddinci abzasda “kar-korlar” sözü “eşitmə-görmə qabiliyyəti tam məhdud olanlar” sözləri ilə əvəz edilsin;

21.3. 8-ci hissə üzrə:

21.3.1. ikinci abzasda “kor” sözü “görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

21.3.2. üçüncü abzasda “zəifgörən, çəpgöz” sözləri “görmə qabiliyyəti qismən məhdud olan, çəpgözlüyü olan” sözləri ilə əvəz edilsin;

21.3.3. dördüncü abzasda “kar” sözü “eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

21.3.4. beşinci abzasda “zəifeşidən” sözü “eşitmə qabiliyyəti qismən məhdud olan” sözləri ilə əvəz edilsin;

21.3.5. yeddinci abzasda “kəkələyən” sözü “qeyri-iradi nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin;

21.3.6. doqquzuncu abzasda “cəhətdən qüsurlu” sözləri “pozuntusu olan” sözləri ilə əvəz edilsin;

21.4. 10-cu hissə üzrə:

21.4.1. birinci abzasda “qabiliyyəti qüsurlu” sözləri “qabiliyyətində pozuntu olan” sözləri ilə əvəz edilsin;

21.4.2. ikinci abzasda “kor” sözü “görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

21.4.3. üçüncü abzasda “zəifgörən” sözü “görmə qabiliyyəti qismən məhdud olan” sözləri ilə əvəz edilsin;

21.4.4. dördüncü abzasda “çəpgöz” sözü “çəpgözlüyü olan” sözləri ilə əvəz edilsin;

21.5. 11-ci hissə üzrə:

21.5.1. birinci abzasda “qabiliyyəti qüsurlu” sözləri “qabiliyyətində pozuntu olan” sözləri ilə, “kar-lal” sözü “eşitmə-nitq qabiliyyəti tam məhdud olan” sözləri ilə, “əqli inkişafdan geri qalan” sözləri “əqli geriliyi olan” sözləri ilə əvəz edilsin;

21.5.2. ikinci abzasda “Kar” sözü “Eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə, “zəifeşidən” sözü “eşitmə qabiliyyəti qismən məhdud olan” sözləri ilə əvəz edilsin;

21.5.3. “Qeyd”in birinci cümləsində “eşitmə qabiliyyəti zəif olan” sözləri “eşitmə qabiliyyəti qismən məhdud olan” sözləri ilə əvəz edilsin;

21.6. 12-ci hissənin birinci abzasından “cəhətdən” sözü çıxarılsın;

21.7. 13-cü hissə üzrə:

21.7.1. birinci abzasda “Nitqi qüsurlu” sözləri “Nitq pozuntusu olan” sözləri ilə, “qüsurunun” sözü “pozuntusunun” sözü ilə əvəz edilsin;

21.7.2. üçüncü abzasda “kəkələyən” sözü “qeyri-iradi nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin;

21.7.3. onuncu abzasda “Kəkələyən” sözü “Qeyri-iradi nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin;

21.7.4. on ikinci abzasda “nitqi qüsurlu” sözləri “nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin;

21.8. 14-cü hissənin birinci abzasında “orqanları qüsurlu” sözləri “orqanlarında çatışmazlıq olan” sözləri ilə əvəz edilsin;

21.9. 32-ci hissə üzrə:

21.9.1. “a” bəndi üzrə:

21.9.1.1. birinci abzasda “qabiliyyəti qüsurlu” sözləri “qabiliyyətində pozuntu olan” sözləri ilə əvəz edilsin;

21.9.1.2. dördüncü abzasda “kar, zəifeşidən” sözləri “eşitmə qabiliyyəti tam və qismən məhdud olan” sözləri ilə əvəz edilsin;

21.9.2. “b” bəndi üzrə:

21.9.2.1. birinci abzasda “qabiliyyəti qüsurlu” sözləri “qabiliyyətində pozuntu olan” sözləri ilə əvəz edilsin;

21.9.2.2. ikinci abzasda “kor-karlar” sözü “görmə-eşitmə qabiliyyəti tam məhdud olanlar” sözləri ilə əvəz edilsin;

21.9.2.3. üçüncü abzasda “lal” sözü “nitq qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

21.9.2.4. dördüncü abzasda “əqli cəhətdən geri qalanlar” sözləri “əqli geriliyi olanlar” sözləri ilə əvəz edilsin;

21.9.3. “c” bəndi üzrə:

21.9.3.1. birinci abzasdan “cəhətdən” sözü çıxarılsın;

21.9.3.2. üçüncü abzasda “kar və zəifeşidənlər” sözləri “eşitmə qabiliyyəti tam və qismən məhdud olanlar” sözləri ilə əvəz edilsin;

21.9.3.3. dördüncü abzasda “kor və zəifgörənlər” sözləri “görmə qabiliyyəti tam və qismən məhdud olanlar” sözləri ilə əvəz edilsin;

21.9.4. “ç” bəndi üzrə:

21.9.4.1. birinci abzasda “nitqi qüsurlu” sözləri “nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin;

21.9.4.2. ikinci abzasda “kar və zəifeşidənlər” sözləri “eşitmə qabiliyyəti tam və qismən məhdud olanlar” sözləri ilə əvəz edilsin;

21.9.4.3. üçüncü abzasda “kor və zəifgörənlər” sözləri “görmə qabiliyyəti tam və qismən məhdud olanlar” sözləri ilə əvəz edilsin;

21.9.4.4. dördüncü abzasda “əqli inkişafdan geri qalanlar” sözləri “əqli geriliyi olanlar” sözləri ilə əvəz edilsin;

21.9.5. “d” bəndinin birinci abzasında “orqanları qüsurlu” sözləri “orqanlarında çatışmazlıq olan” sözləri ilə əvəz edilsin.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 583 (Cild I); 2024, № 2, maddə 209, № 5 (II kitab), maddə 579) ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “XXXVII. Səhiyyə” bölməsinin “İstehsalat, peşə və vəzifələrin adı” sütununda aşağıdakı dəyişikliklər edilsin:

22.1. “Uşaq psixiatrik (ruhi-əsəb) müalicə-profilaktika müəssisələri, şöbələr, palatalar və kabinetləri (psixikası pozulmamaqla mərkəzi sinir sistemi zədələnmələri olan uşaqlar üçün nəzərdə tutulmuşlardan başqa); ağıldan kəm uşaqlar və psixikası pozulmaqla mərkəzi sinir sistemi zədələnmiş uşaqlar üçün sosial-təminat müəssisələri (şöbələr), məktəblər (siniflər), internat məktəbləri (siniflər), uşaq evləri (qrupları), körpələr evi-bağçalar (qruplar), körpələr evi (qruplar) və uşaq evləri (qrupları); kor-lal-kar uşaqlar üçün evlər, internatlar” hissəsinin adında “ağıldan kəm” sözləri “əqli geriliyi olan” sözləri ilə, “kor-lal-kar” sözü “görmə-nitq-eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

22.2. 178-ci hissədən “cəhətdən” sözü çıxarılsın.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 963 (Cild I); 2024, № 2, maddə 209, № 5 (II kitab), maddə 579) ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalatların, peşə və vəzifələrin adı” sütununun “XXXV. İqtisadiyyatın bütün sahələrində” bölməsinin “Ümumi peşələr və vəzifələr” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

23.1. 3-cü bənddə “kor” sözü “görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

23.2. 4-cü bənddə “kora” sözü “görmə qabiliyyəti tam məhdud olan şəxsə” sözləri ilə əvəz edilsin.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 172 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 639 (Cild I) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Uşaq evlərinin normalar üzrə əlavə ştatları”nda aşağıdakı dəyişikliklər edilsin:

24.1. cədvəlin “Məktəbəqədər yaşlı uşaq evləri üçün” sütunu üzrə:

24.1.1. səkkizinci sətirdə “cəhətdən qüsurları” sözləri “qabiliyyətində pozuntu” sözləri ilə, “çəpgöz və nitqi qüsurlu” sözləri “çəpgözlüyü və nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin;

24.1.2. doqquzuncu sətirdə “nitqi qüsurlu” sözləri “nitq pozuntusu olan” sözləri ilə, “danışığında ağır formada qüsuru” sözləri “ağır nitq pozuntusu” sözləri ilə, “kəkələyən” sözü “qeyri-iradi nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin;

24.1.3. on birinci sətirdə “cəhətdən qüsurlu” sözləri “qabiliyyətində pozuntu olan” sözləri ilə əvəz edilsin;

24.2. “Qeydlər” üzrə:

24.2.1. 4-cü hissədə “qüsuru” sözü “pozuntu” sözü ilə, “çəpgöz” sözü “çəpgözlüyü olan” sözləri ilə əvəz edilsin;

24.2.2. 6-cı hissədə “qüsuru” sözü “çatışmazlıq” sözü ilə əvəz edilsin;

24.2.3. 8-ci hissənin birinci cümləsində “nitqində qüsuru” sözləri “nitq pozuntusu” sözləri ilə, ikinci cümləsində “Nitqində qüsuru” sözləri “Nitq pozuntusu” sözləri ilə əvəz edilsin.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 134 (Cild I); 2024, № 1, maddə 81, № 5 (II kitab), maddə 594) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “IX. Xəstəliklər cədvəli yoluxucu və parazitar xəstəliklər” bölməsində qeyd edilən “Xəstəliklər cədvəli”nin 38-ci maddəsindən sonra gələn mətnin ikinci abzasının ikinci cümləsində “lal-karlara” sözləri “nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxslərə” sözləri ilə əvəz edilsin.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1000 (Cild I); 2024, № 1, maddə 83, № 5 (II kitab), maddələr 605, 612) ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

26.1. 2.4-cü bənd üzrə:

26.1.1. 2.4.1-ci yarımbənddə “qüsurları” sözü “pozuntuları” sözü ilə, “kəkələmə” sözü “qeyri-iradi nitq pozuntusu” sözləri ilə əvəz edilsin;

26.1.2. 2.4.2-ci yarımbənddə “(karlar, zəifeşidənlər və sonradan karlaşanlar)” sözləri “(eşitmə qabiliyyəti tam və qismən məhdud olanlar və eşitmə qabiliyyətini sonradan tam itirmiş şəxslər)” sözləri ilə əvəz edilsin;

26.1.3. 2.4.3-cü yarımbənddə “(korlar, zəifgörənlər, çəpgözlər və s.)” sözləri “(görmə qabiliyyəti tam və qismən məhdud olanlar, çəpgözlüyü olanlar və s.)” sözləri ilə əvəz edilsin;

26.1.4. 2.4.4-cü yarımbənddə “(əqli cəhətdən gerilik, psixi inkişaf ləngliyi, ağır əqli gerilik)” sözləri “(əqli geriliyi və ağır əqli geriliyi, psixi inkişaf ləngliyi)” sözləri ilə əvəz edilsin;

26.1.5. 2.4.6-cı yarımbənddə “kar-korlar” sözü “eşitmə-görmə qabiliyyəti tam məhdud olanlar” sözləri ilə əvəz edilsin;

26.2. 5.3-cü bənd üzrə:

26.2.1. 5.3.4-cü yarımbənddən “, çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq” sözləri çıxarılsın;

26.2.2. aşağıdakı məzmunda 5.3.4-1-ci yarımbənd əlavə edilsin:

“5.3.4-1. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”;

26.3. 6.38-ci bəndə “təşkil olunur” sözlərindən sonra “və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə psixoloji yardım həyata keçirilir” sözləri əlavə edilsin.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 avqust tarixli 317 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1454 (Cild I); 2024, № 3, maddə 303; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 iyul tarixli 333 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”na 21 nömrəli əlavə - “Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin daktiloskopik qeydiyyat vərəqi”nin “Fərqli əlamətləri və ya fiziki pozuntuları” hissəsində “şikəstlik” sözü “əlillik” sözü ilə, “kəkələmək” sözü “qeyri-iradi nitq pozuntusu” sözləri ilə əvəz edilsin.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 622 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2567 (Cild I); 2024, № 4, maddə 479) ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın 2.1.8-ci yarımbəndində “qüsurlar” sözü “pozuntular” sözü ilə əvəz edilsin.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 fevral tarixli 62 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 365 (Cild I); 2024, № 1, maddə 80) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

29.1. 2.2.7-ci və 2.2.8-ci yarımbəndlərdə “əqli cəhətdən geri qalan” sözləri “əqli geriliyi olan” sözləri ilə əvəz edilsin;

29.2. 2.3-cü bənd üzrə:

29.2.1. ikinci abzasda “kor” sözü “görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

29.2.2. üçüncü abzasda “zəifgörən, çəpgöz” sözləri “görmə qabiliyyəti qismən məhdud olan, çəpgözlüyü olan” sözləri ilə əvəz edilsin;

29.2.3. dördüncü abzasda “kar” sözü “eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

29.2.4. beşinci abzasda “zəifeşidən” sözü “eşitmə qabiliyyəti qismən məhdud olan” sözləri ilə əvəz edilsin;

29.2.5. yeddinci abzasda “kəkələyən” sözü “qeyri-iradi nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin;

29.2.6. doqquzuncu abzasda “əqli cəhətdən geri qalan” sözləri “əqli geriliyi olan” sözləri ilə əvəz edilsin.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 iyun tarixli 320 nömrəli, 25 iyul tarixli 359 nömrəli və 30 iyul tarixli 369 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin “272220. “Müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin uşaqlarına aylıq müavinət” maddəsindən “əlilləri” sözü çıxarılsın.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1000 (Cild I) ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nda aşağıdakı dəyişikliklər edilsin:

31.1. 10.1-ci bənd üzrə:

31.1.1. 10.1.1-ci yarımbənd üzrə:

31.1.1.1. 2-ci abzasda “əqli cəhətdən zəif inkişaf etmiş” sözləri “əqli geriliyi olan” sözləri ilə əvəz edilsin;

31.1.1.2. 3-cü abzasda “kor və zəifgörənlər” sözləri “görmə qabiliyyəti tam və qismən məhdud olanlar” sözləri ilə əvəz edilsin;

31.1.1.3. 4-cü abzasda “kar” sözü “eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

31.1.1.4. 5-ci abzasda “zəifeşidən və sonradan karlaşmış” sözləri “eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş” sözləri ilə əvəz edilsin;

31.1.1.5. 6-cı abzasda “nitqi qüsurlu” sözləri “nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin;

31.1.1.6. 7-ci abzasda “kar-kor” sözü “eşitmə-görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

31.1.2. 10.1.5-ci və 10.1.6-cı yarımbəndlərdə “əqli cəhətdən zəif inkişaf etmiş” sözləri “əqli geriliyi olan” sözləri ilə əvəz edilsin;

31.2. 11.1-ci bənd üzrə:

31.2.1. 11.1.1-ci yarımbənd üzrə:

31.2.1.1. 2-ci abzasda “əqli cəhətdən zəif inkişaf etmiş” sözləri “əqli geriliyi olan” sözləri ilə əvəz edilsin;

31.2.1.2. 3-cü abzasda “kor və zəifgörənlər” sözləri “görmə qabiliyyəti tam və qismən məhdud olanlar” sözləri ilə əvəz edilsin;

31.2.1.3. 4-cü abzasda “kar” sözü “eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;

31.2.1.4. 5-ci abzasda “zəifeşidən və sonradan karlaşmış” sözləri “eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş” sözləri ilə əvəz edilsin;

31.2.1.5. 6-cı abzasda “nitqi qüsurlu” sözləri “nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin;

31.2.2. 11.1.4-cü və 11.1.5-ci yarımbəndlərdə “əqli cəhətdən zəif inkişaf etmiş” sözləri “əqli geriliyi olan” sözləri ilə əvəz edilsin.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 414 (Cild I); 2024, № 1, maddə 110, № 4, maddələr 478, 479, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın 3.8.1-ci yarımbəndində “ağıldankəm” sözü “əqli geriliyi olan” sözləri ilə əvəz edilsin.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 415 (Cild I); 2024, № 1, maddələr 75, 110, № 4, maddələr 478, 479) ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın 3.7.1-ci yarımbəndində “ağıldankəm” sözü “əqli geriliyi olan” sözləri ilə əvəz edilsin.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 6 sentyabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:56
17 Sentyabr

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:45
17 Sentyabr

“Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:44
17 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabineti - QƏRAR № 420

01:41
17 Sentyabr

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə tərkibi buraxılmış məntəqə seçki komissiyalarının SİYAHISI

01:40
17 Sentyabr

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI

01:39
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/222

01:39
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/223

01:37
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/224

01:37
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/225

01:36
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/226

01:35
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/227

01:34
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası – Qərar № 45/228

01:31
17 Sentyabr

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Reza Deqati ilə görüş keçirilib  

23:33
16 Sentyabr

Dövlət Departamenti: Biz həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirmək imkanlarını nəzərdən keçiririk

23:29
16 Sentyabr

Amerika qoşunlarının son qrupu Nigeri tərk edib  

23:28
16 Sentyabr

"Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib  

23:27
16 Sentyabr

Avropanın ən çox axtarılan cinayətkarlarından biri İspaniyada saxlanılıb  

23:27
16 Sentyabr

Fatma Şahin: Azərbaycan şəhərləri ilə qardaşlaşan 24-cü şəhər Qaziantep olacaq  

23:26
16 Sentyabr

İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi imkanları öyrənilir

23:25
16 Sentyabr

Fərid Qayıbov Paris-2024-də çıxış edən Azərbaycan paralimpiyaçıları və məşqçi heyəti ilə görüşüb

23:24
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!