Azərbaycan Respublikasının Prezidenti: “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”.
Vətən müharibəsində Azərbaycan Zəfər qazandı. Bu Zəfərlə 300-dən çox şəhər və kənd işğalçılardan azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Türkiyə Respublikasının Prezidenti həmişə Azərbaycanın yanında olacaqlarını bildirmişdi. Bu, gerçəkliyin ifadəsi idi...
Zəfərdən sonra Türkiyənin bir çox şirkətləri işğaldan azad olunmuş ərazilərdə çox əhəmiyyətli layihələrin yerinə yetirlməsində iştirak edir. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xarici dövlətlərə hər səfəri Azərbaycan dövlətçiliyinə sayğını, inamı, qardaşlıq güvəncini daha da artırır. Dövlətə belə etibarlı münasibət bəşəri siyasətə sədaqətə görədir
Bu günlərdə İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirildi. Bu görüş qarşılıqlı etimada əsaslanan qarşılıqlı dinamik inkişafa stimul olan görüş kimi tarixləşdi. Siyasətçilərin, Türkiyəsevərlərin, bəşəri düşüncəlilərin Türkiyə demokratiyasının rəmzi bildikləri 18 hektarlıq adada”Adnan Menderes” konqres mərkəzi, “28 may Tarix Yaylası”, “Demokratiya və insan haqları” muzeyləri, beynəlxalq toplantılar üçün salonlar, ... var. Bunların hər biri Türkiyənin bəşəri dövlət olduğunun təsdiqidir.
Dövlət Başçıları Şurasının iclasını açan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qəlbinin hökmü ilə qardaş Azərbaycana sevgisini duyğusallıqla ifadə edib:“...Sədrliyi təhvil aldığımız Can azərbaycana Pandemiyaya baxmayaarq, həyata keçirdiyi uğurlu fəaliyyətlər münasibətilə təbriklərimi çatdırıram. Azərbaycanda uğurlu fəaliyyət həmişə olub, başlanğıcı 2020-ci ilin 27 sentyabrı olan Vətən müharibəsi dövlətçilik baxımından son illərin ən uğurlu fəaliyyətidir. Türkiyə Respublikasının Prezidentinin bu fikirlərini Şuşada keçirilən “Xarıbülbül” festivalında dediyi fikirlərin davamı bilirik: Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bundan sonra artıq yeni ad altında fəaliyyət göstərəcək. Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra da artacaq. Təşkilatın tərkibində təbii müttıfiqlər yerləşir. Türk dövlətlərinin iş birliyi səmimidir. Xalqlarımız arasındakı birlik,qardaşliq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün mahiyyətinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu kəlamı ümumiləşdirir: “...Biz Türk Şurasının tədbiri çərçivəsində görüşürük və bu Şura təşkilata çevrilir. Əlbəttə, bu Zirvə görüşü bütün türk dünyası və bizim dövlətlər üçün tarixi əhəmiyyət kəsb edəcək...”
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbirdə dedikləri bütün iştirakçı dövlətlərə böyük könül xoşluğu verdi: “...Fürsətdən istifadə edərək əziz Qardaşım cənab İlham Əliyevə Türk dünyasının Ali Ordenini təqdim etməkdən dərin məmnunluq duyur, azadlıq yolunda şəhid zirvəsinə ucalan qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirəm”. Bu, hər bir azərbaycanlını qürurlandırdı. Vətən müharibəsində qazandığımız Zəfər qədər qürurlandırdı.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxışında Ali Ordenin verilməsi ilə bağlı dedi: “...Bu, Qarabağın azad edilməsində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycn xalqına verilmiş mükafatdır”.
Ölkə başçımıza verilmiş bu mükafata görə, həm də bu fikirlərə görə hər birimiz qürur duyuruq...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!