№ 264 Bakı şəhəri, 10 iyul 2015-ci il
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə
“Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanının 7.1.3-cü yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999, № 2, maddə 150; 2000, № 5, maddə 374, № 7, maddə 559, № 8, III kitab, maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001, № 4, maddə 289, № 8, maddə 561; 2002, № 4, II kitab, maddələr 209, 212; 2005, № 1, maddə 56; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008, № 7, maddələr 672, 687; 2009, № 9, maddələr 742, 744, № 12, maddələr 1061, 1071; 2010, № 7, maddə 706, № 12, maddə 1114; 2011, № 1, maddə 68, № 8, maddə 774; 2012, № 1, maddə 39, № 7, maddə 779, № 10, maddə 1020; 2013, № 11, maddə 1458; 2014, № 4, maddə 456) aşağıdakı məzmunda 4.23-cü bənd əlavə edilsin:
“4.23. “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).”.
2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 7 (yeddi) il müddətində qüvvədədir.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 10 iyul tarixli 264 nömrəli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların,hissəvə ləvazimatların xarici iqtisadi fəaliyyətinmal nomenklaturası (XİFMN) üzrə
S İ Y A H I S I
|
XİFMN üzrə
kodu
|
Mal mövqelərinin adları
|
|
1
|
2
|
|
Qrup 84-dən
|
|
|
8471 70 500 0
|
yaddaş qurğuları: sərt maqnit disklərdə
|
|
8471 80 000 0
|
hesablayıcı maşınların digər qurğuları
|
|
8473 30 200 0
|
8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: elektron modulları
|
|
8473 30 800 0
|
8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: digərləri
|
|
Qrup 85-dən
|
|
|
8528 51 000 0
|
digər monitorlar: yalnız və ya əsasən 8471 mal mövqeyində göstərilən hesablayıcı sistemlərdə istifadə olunan
|
|
8542 31 90
|
Elektron inteqral sxemlər: prosessorlar vəkontrol-lerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər: digərləri
|