02 Avqust 2025 00:27
17128
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Media haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Media haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 158-VIIQD, 161-VIIQD nömrəli, 1 may tarixli 188-VIIQD,192-VIIQD nömrəli, 3 iyun tarixli 209-VIIQD nömrəlivə 21 iyun tarixli 216-VIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 59.7-1-ci maddə əlavə edilsin:

"59.7-1. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin ləğv olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məlumat daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 5 (beş) iş günü ərzində bu Məcəllənin 59 - 61-ci maddələrində hüquqi şəxsin ləğv edilməsi ilə bağlı qaydalar tətbiq edilmədən Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin ləğv olunaraq hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması təmin edilir.".

Maddə 2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15, №2, maddə 99, № 3, maddə 217; Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli, 7 mart tarixli 152-VIIQD nömrəli, 11 aprel tarixli 178-VIIQD nömrəli, 1 may tarixli 189-VIIQD nömrəli, 16 may tarixli 199-VIIQD nömrəli və 13 iyun tarixli 212-VIIQD nömrəli qanunları) 381-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 381.15-ci maddə əlavə edilsin:

"381.15. Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə -

fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.";

2.2. aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilsin:

"Qeyd: Bu Məcəllənin 381.15-ci maddəsində "yayıcı" dedikdə, nəşriyyatla (naşirlə) müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirən fiziki və ya hüquqi şəxs başa düşülür.".

Maddə 3. "Media haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 90 (Cild I); 2024, № 5 (I kitab), maddələr 488, 494, № 7, maddə 775; 2025, № 2, maddə 100; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1.3-cü maddəyə "şəxs" sözündən sonra ", həmçinin media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycan Respublikasında filial və nümayəndəliyi" sözləri əlavə edilsin;

3.2. 3.1-ci maddəyə birinci halda "subyektlərinə," sözündən sonra "media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycan Respublikasında filial və nümayəndəliklərinə (bundan sonra - Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinə)," sözləri əlavə edilsin;

3.3. 11-ci maddə üzrə:

3.3.1. adı aşağıdakı redaksiyada verilsin:

"Maddə 11. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin, xarici media nümayəndələrinin fəaliyyəti";

3.3.2. 11.2-ci maddəyə "açılır" sözündən sonra "vəonların fəaliyyət qaydası həmin müqavilələrlə tənzimlənir" sözləri əlavə edilsin;

3.3.3. aşağıdakı məzmunda 11.2-1 - 11.2-4-cü və 11.3-1-ci maddələr əlavə edilsin:

"11.2-1. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə 3 (üç) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir.

11.2-2. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 7 (yeddi) iş günü ərzində Media Reyestrinə daxil edilmək üçün bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidirlər.

11.2-3. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin bu Qanunun 11.2-ci və ya 11.2-2-ci maddələrinin tələblərini pozmaqla fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin filial və nümayəndəliyin ləğvi üçün əsasdır.

11.2-4. Bu Qanunun 11.2-3-cü maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında həmin filial və ya nümayəndəliyin internet informasiya ehtiyatına (veb-saytına) müraciət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dərhal məhdudlaşdırılır.";

"11.3-1. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərində çalışan jurnalistlər, həmçinin xarici jurnalistlər Media Reyestrinə daxil edilmir.";

3.3.4. 11.3-cü maddədə "jurnalistlərin" sözü "media nümayəndələrinin" sözləri ilə əvəz edilsin;

3.4. aşağıdakı məzmunda 14.1.11-1-ci maddə əlavə edilsin:

"14.1.11-1. saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;";

3.5. 60.1-ci maddəyə "şəxslər" sözündən sonra ", xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında filial və nümayəndəlikləri" sözləri əlavə edilsin;

3.6. 61-ci maddənin mətni 61.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 61.2-ci maddə əlavə edilsin:

"61.2. İnformasiya agentliyinin azı 20 (iyirmi) media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 (beş) xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 (iyirmi) gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 (səksən) faizi bu Qanunun 60.5-ci maddəsində nəzərdə tutulan tələblərə cavab verməlidir.";

3.7. aşağıdakı məzmunda 62.6-cı maddə əlavə edilsin:

"62.6. Media subyektlərinin (redaksiyalarının) adları digər media subyektlərinin (redaksiyalarının) adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.";

3.8. 64.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"64.3. Çap mediası subyekti Media Reyestrində olmadan fəaliyyət göstərdikdə onun çap mediası məhsulunun özü, yaxud nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımı qadağandır.";

3.9. 65-ci maddə üzrə:

3.9.1. 65.2.2-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 65.2.3 - 65.2.5-ci maddələr ləğv edilsin;

3.9.2. 65.4-cü maddə üzrə:

3.9.2.1. 65.4.2-ci maddədə "bu Qanunun 65.2.2-65.2.5-ci maddələrinin" sözləri "həmin maddənin" sözləri ilə əvəz edilsin;

3.9.2.2. 65.4.4-cü maddəyə "olmadığı" sözündən sonra ", habelə media subyektinin Media Reyestrində olmadan fəaliyyət göstərdiyi" sözləri əlavə edilsin və həmin maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin;

3.9.2.3. 65.4.5-ci və 65.5-ci maddələr ləğv edilsin;

3.10. 73-cü maddə üzrə:

3.10.1. aşağıdakı məzmunda 73.3.4-1-ci və 73.7.12-1-ci maddələr əlavə edilsin:

"73.3.4-1. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri;";

"73.7.12-1. informasiya agentliklərinin xarici ölkələrdə akkreditasiya olunmuş jurnalistləri barədə məlumatlar;";

3.10.2. 73.9-cu maddədə "siyahısı" sözü "Media Reyestrində olub-olmadığına dair məlumat" sözləri ilə əvəz edilsin;

3.11. 74-cü maddə üzrə:

3.11.1. 74.1.1-ci maddəyə "olmalıdır" sözündən sonra "(Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinə münasibətdə bu Qanunun yalnız 26.5-ci maddəsinin tələbləri tətbiq olunur)" sözləri əlavə edilsin;

3.11.2. aşağıdakı məzmunda 74.1.5-1-ci maddə əlavə edilsin:

"74.1.5-1. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınmış olmalıdır;";

3.11.3. 74.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 74.1.7 - 74.1.9-cu maddələr əlavə edilsin:

"74.1.7. bu Qanunun 62.6-cı maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır;

74.1.8. informasiya agentliklərinin azı 20 (iyirmi) media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi, həmçinin azı 5 (beş) xarici ölkədə akkreditasiya olunmuş jurnalistləri olmalıdır;

74.1.9. onlayn media subyektləri özlərinin veb-saytlarında bu Qanunun 60.2-ci, çap mediası subyektləri isə özlərinin çap mediası məhsullarında bu Qanunun 63.1-ci maddəsindəki məlumatları düzgün göstərməlidirlər.";

3.11.4. 74.2.10-cu maddədə "iş" sözü "əmək" sözü ilə əvəz edilsin;

3.12. 75-ci maddə üzrə:

3.12.1. 75.1.5-ci maddəyə "alınmaqla" sözündən sonra "və Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri istisna olmaqla" sözləri əlavə edilsin;

3.12.2. 75.1.6-cı maddədə "tələbləri pozulduqda" sözləri "tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə" sözləri ilə əvəz edilsin;

3.12.3. aşağıdakı məzmunda 75.1.6-1 - 75.1.6-7-ci maddələr əlavə edilsin:

"75.1.6-1. media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən bu Qanunun 13.1-ci, 13.2-ci və 14.1-ci maddələrinin tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;

75.1.6-2. media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) fəaliyyətinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) aşkar edildikdə;

75.1.6-3. onlayn media subyektlərinin özlərinin veb-saytlarında bu Qanunun 60.2-ci maddəsindəki məlumatları göstərmədiyi və ya yanlış göstərdiyi, çap mediası subyektlərinin isə bu Qanunun 63.2-ci maddəsindəki pozuntuları törətdiyi aşkarlandıqda;

75.1.6-4. media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) təsisçisi (iştirakçısı) və ya idarəetmə orqanının rəhbəri ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;

75.1.6-5. bu Qanunun 15.1.5-ci maddəsinin tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 3 (üç) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törətdikdə;

75.1.6-6. informasiya agentliklərinə bu Qanunun 61.2-ci maddəsinin tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;

75.1.6-7. Azərbaycan Respublikasında filial və ya nümayəndəlik yaratmış xarici media subyekti tərəfindən bu Qanunun 14.1-ci maddəsinin tələbləri pozulduqda;";

3.12.4. 75.1.7-ci maddədən "çap mediası və ya onlayn" sözləri çıxarılsın və həmin maddəyə "subyektinin" sözündən sonra "(audiovizual media subyektləri istisna olmaqla)" sözləri, "təqdim edilmədikdə" sözlərindən sonra "və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xəbərdarlıq edildikdən sonra həmin pozuntu 1 (bir) ay ərzində aradan qaldırılmadıqda" sözləri əlavə edilsin;

3.12.5. aşağıdakı məzmunda 75.2-1-ci maddə əlavə edilsin:

"75.2-1. Media subyekti Media Reyestrindən çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə 3 (üç) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında həmin media subyektinə məxsus onlayn redaksiyaya (veb-sayta) müraciət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dərhal məhdudlaşdırılır.".

Maddə 4. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I); 2024, № 7, maddə 743, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 16; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli və 11 aprel tarixli 175-VIIQD nömrəli qanunları) 16.9-cu maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və ya nümayəndəliklərinin "Media haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci və ya 11.2-2-ci maddələrinin tələblərini pozmaqla fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması həmin filial və ya nümayəndəliyin ləğv edilməsi üçün əsasdır.".


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 iyul 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropanın maye qaz idxalının daha da artacağı gözlənilir  

15:12
23 Yanvar

Beynəlxalq Təmiz Enerji Günü münasibətilə dəyirmi masa keçirilib 

15:07
23 Yanvar

Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  

15:02
23 Yanvar

Milli Məclisin sədri: İspaniya ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var  

14:44
23 Yanvar

Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

14:42
23 Yanvar

Tarixin əzəmət nişanələrindən biri-Qalata qülləsi  

14:36
23 Yanvar

“Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsinə həsr olunmuş təltifetmə mərasimi keçirilib

14:28
23 Yanvar

Azərbaycanın Sülh Şurasına qoşulması regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır 

14:25
23 Yanvar

ADSEA-nın sədri Ucarda vətəndaşlarla görüşüb

13:48
23 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq  

13:00
23 Yanvar

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

12:53
23 Yanvar

Fransina Armenqol Sosias Bakıda Zəfər abidəsini və Zəfər muzeyini ziyarət edib YENİLƏNİB

12:41
23 Yanvar

Dövlət maliyyəsinin səmərəli idarəsinin təşkili ilə bağlı qanunlarda dəyişiklik müzakirə olunur

12:33
23 Yanvar

Fərid Qayıbov Qubadlı rayon və Sumqayıt şəhər sakinləri ilə görüşüb  

12:22
23 Yanvar

UNESCO: Son iki ildə 50-dən çox ölkədə internetin kəsilməsi halları olub  

11:41
23 Yanvar

Cey Di Vens: ABŞ Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləyib  

11:32
23 Yanvar

Davos İqtisadi Forumu Azərbaycanın qlobal iqtisadi arenada lider olduğunu bir daha göstərdi  

11:24
23 Yanvar

Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib  

11:18
23 Yanvar

Ötən gün 67 cinayətin açılması təmin olunub  

10:57
23 Yanvar

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs ölkəmizə ekstradisiya olunub

10:54
23 Yanvar

Xankəndi, Ağdam və Xocalıda məktəbəqədər təhsil müəssisələrində ilk dəfə tədris prosesinə başlanılıb

10:46
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!