29 Sentyabr 2023 04:12
2087
ELANLAR
A- A+
Azərbaycan Respublikasının Mərkəzi Bankı  bankın əməkdaşları üçün tibbi sığorta xidmətlərinin satın alınması üzrə tender elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı  bankın əməkdaşları üçün tibbi sığorta xidmətlərinin satın alınması üzrə tender elan edir

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz əməkdaşlarının tibbi sığortalanması üzrə açıq tender keçirir.
Tender proseduru 30 oktyabr 2023-cü il tarixdə saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.
İddiaçı qismində qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan, müvafiq sığorta növünün aparılması üzrə rəsmi icazə almış sığorta şirkəti çıxış edə bilər. 
 Hesabat dövrünün sonuna iddiaçının məcmu kapitalı qanunvericiliyə müvafiq olaraq hesablanmış tələb olunan kapitalın məbləğindən az olmamalıdır.    
Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri, bank rekvizitləri;
- iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılığın (lisenziyanın) və könüllü tibbi sığorta növü üzrə müvafiq qaydada təsdiq olunmuş qaydaların surəti;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (Tender təklifi 13 dekabr 2023-cü il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;     
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış; 
- iddiaçının tibbi sığorta fəaliyyəti sahəsində ən azı 3 (üç) il təcrübəsinin olması barədə məlumat;
- sığorta qanunvericiliyinə uyğun olaraq onunla əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı 2 (iki) korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu;
- satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində iddiaçının özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə müvafiq dövlət orqanından arayış.
İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 27 oktyabr 2023-cü il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 19 oktyabr 2023-cü il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasında Satınalmalar komissiyasının əlaqələndirici şəxslərinə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaq.
 İştirak haqqı 200 (iki yüz) manatdır. Tenderdə iştirak haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına köçürülməlidir: 
Azərbaycan Respublikasının Mərkəzi Bankı 
Kod: 501004
VÖEN: 9900071001
Hesab: AZ25NABZ01701190000000001944
Müxbir hesab:  AZ74NABZ01451700000000001944  
S.W.I.F.T. BİK:  NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Xidmətin göstərilməsinə başlanma vaxtı: 27 noyabr 2023-cü il tarixdən.
Xidmətin göstərilməsi müddəti: 1 (bir) il müddətində.
Qiymətləndirmə amilləri: qiymət və texniki amillər.
Tenderdə iştirak etmək istəyən sığortaçılar iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasında Satınalmalar komissiyasının əlaqələndirici şəxslərindən Azərbaycan dilində tərtib edilmiş tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər. 
Tender üzrə əlaqələndirici şəxslər: 
Elvin Şirdanov (Hüquq departamenti). Telefon: 493-11-22 (428).
Şəhriyar İmanov (İnzibati və satınalmalar departamenti). 
Telefon: 493-11-22 (214).

Satınalmalar komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!