27 Aprel 2025 00:34
2040
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 110-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin: 

1.1. 79-cu maddənin 1-ci hissəsinin yeddinci abzasında "18 yaşınadək əlilliyi müəyyən edilmiş" sözləri "əlilliyi olan uşaq" sözləri ilə əvəz edilsin və həmin abzasa "ailə" sözündən əvvəl "digər" sözü əlavə edilsin; 

1.2. 94-cü və 98-ci maddələrin 3-cü hissələrində, 117-ci maddənin 1-ci hissəsində, 130-cu maddənin birinci hissəsinin "ə" və "x" bəndlərində, 133-cü maddənin 3-cü hissəsinin ikinci abzasında, 242-ci maddənin 1-ci və 2-ci hissələrində, 245-ci maddənin 1-ci hissəsinin birinci cümləsində "18 yaşınadək əlilliyi müəyyən edilmiş" sözləri "əlilliyi olan" sözləri ilə əvəz edilsin. 

Maddə 2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 12 (I kitab), maddə 1283) 67-1.4.1-ci maddəsinə "işləməyən" sözündən sonra "şəxslər" sözü əlavə edilsin və həmin maddədə "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər" sözləri "əlilliyi olan uşaqlar" sözləri ilə əvəz edilsin. 

Maddə 3. Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126 (Cild I); 2024, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 7, maddələr 763, 765, 769, 772; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 114-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin: 

3.1. 81.1-ci maddədə "müəyyən edilmiş" sözləri "olan" sözü ilə əvəz edilsin; 

3.2. 84.2.3-cü və 85.1.2-ci maddələrdə "18 yaşınadək əlilliyi müəyyən edilmiş" sözləri "əlilliyi olan ümumi uşağa" sözləri ilə, "uşağa" sözü "övlada" sözü ilə əvəz edilsin. 

Maddə 4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 114-VIIQD və115-VIIQD nömrəli, 2025-ci il 28 fevral tarixli 143-VIIQD nömrəli və 7 mart tarixli 153-VIIQD nömrəli qanunları) 47.4.1-ci maddəsində "və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə" sözləri "şəxslərə və ya əlilliyi olan uşaqlara" sözləri ilə əvəz edilsin. 

Maddə 5. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, № 12 (II kitab), maddə 1345; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 110-VIIQD nömrəli, 2025-ci il 3 fevral tarixli 135-VIIQD nömrəli və 18 mart tarixli 161-VIIQD nömrəli qanunları) 102.3-cü maddəsinə birinci halda "edilmiş" sözündən sonra "şəxslərin" sözü əlavə edilsin və həmin maddədə "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən18 yaşınadək əlilliyi müəyyən edilmiş" sözləri "əlilliyi olan uşaqların, daimi qulluq tələb edən əlilliyi olan uşağa" sözləri ilə əvəz edilsin. 

Maddə 6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddələr 489, 503, № 8, maddə 934; 2025, № 1, maddə 15) aşağıdakı dəyişikliklər edilsin: 

6.1.  80.4-cü maddədə "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə" sözləri "əlilliyi olan uşaqlara" sözləri ilə əvəz edilsin; 

6.2.  82.2-ci maddədə "şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş məhkumların" sözləri "məhkumların, əlilliyi olan məhkum uşaqların" sözləri ilə əvəz edilsin;

6.3. 95.2-ci maddənin birinci cümləsində "şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş məhkumlara" sözləri "məhkumlara, əlilliyi olan məhkum uşaqlara" sözləri ilə əvəz edilsin;

6.4. 100.2-ci maddədə və 104.1-ci maddənin ikinci cümləsində "şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş məhkumlar" sözləri "məhkumlar, əlilliyi olan məhkum uşaqlar" sözləri ilə əvəz edilsin. 

Maddə 7. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630, № 11, maddə 1182, № 12 (II kitab), maddə 1348; Azərbaycan Respublikasının 2024-cü il                           27 dekabr tarixli 110-VIIQD nömrəli Qanunu) 14.5.1-1.9-cu maddəsində "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər" sözləri "əlilliyi olan uşaqlar" sözləri ilə əvəz edilsin. 

Maddə 8. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497 (Cild I); 2024, № 6 (I kitab), maddələr 631, 639, № 12 (II kitab), maddələr 1332, 1350; 2025, № 1, maddə 16) 16-cı maddəsinin üçüncü hissəsində "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləri" sözləri "əlilliyi olan uşaqları" sözləri ilə əvəz edilsin. 

Maddə 9. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484 (Cild I); 2024, № 5 (I kitab), maddə 503, № 12 (II kitab), maddə 1335) 36-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

9.1. adında "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə" sözləri "Əlilliyi olan uşağa" sözləri ilə əvəz edilsin;

9.2. birinci hissədə "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə" sözləri "Əlilliyi olan uşağa" sözləri ilə, "həmin şəxsə" sözləri "həmin uşağa" sözləri ilə əvəz edilsin və həmin hissədən "məbləğdə" sözü çıxarılsın.

Maddə 10. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477 (Cild I); 2024, № 5 (I kitab), maddə 501, № 12 (II kitab), maddə 1336; Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin: 

10.1. 1-ci maddənin birinci hissəsinin on beşinci abzasında "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər" sözləri "əlilliyi olan uşaqlar" sözləri ilə əvəz edilsin; 

10.2. 7-ci maddənin ikinci hissəsinin ikinci cümləsində "18 yaşınadək əlilliyi müəyyən edilmiş" sözləri "əlilliyi olan" sözləri ilə əvəz edilsin. 

Maddə 11. "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 575 (Cild I) 2-ci maddəsinin mətnində "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə" sözləri "əlilliyi olan uşaqlara" sözləri ilə əvəz edilsin. 

Maddə 12. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli və 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli qanunları) 11.1.3-cü maddəsinə "işləməyən" sözündən sonra "şəxslər" sözü əlavə edilsin və həmin maddədə "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər" sözləri "əlilliyi olan uşaqlar" sözləri ilə əvəz edilsin.

Maddə 13. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 119-VIIQD nömrəli Qanunu) 68.1.3-cü maddəsində "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə" sözləri "əlilliyi olan uşaqlara" sözləri ilə əvəz edilsin. 

Maddə 14. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1005 (Cild I); 2025, № 1, maddə 16) 3-cü maddəsinin mətnində "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə" sözləri "əlilliyi olan uşağa" sözləri ilə əvəz edilsin. 

Maddə 15. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76 (Cild I);2025, № 1, maddə 16) aşağıdakı dəyişikliklər edilsin: 

15.1. 4.0.1.14-cü və 4.0.1.15-ci maddələrdə "18 yaşınadək əlilliyi müəyyən edilmiş" sözləri "əlilliyi olan" sözləri ilə əvəz edilsin; 

15.2. 7-ci maddə üzrə:

15.2.1. 7.0.10-4-cü və 7.0.10-5-ci (hər iki halda) maddələrdə "18 yaşınadək əlilliyi müəyyən edilmiş" sözləri "əlilliyi olan" sözləri ilə əvəz edilsin; 

15.2.2. 7.0.11-ci maddədə "uşaqlarının" sözü "övladlarının" sözü ilə əvəz edilsin;

15.3. 9-cu maddə üzrə:

15.3.1. 9.1.4.2-ci maddədə "uşaqlarına" sözü "övladlarına" sözü ilə əvəz edilsin;

15.3.2. 9.1.11-ci və 9.1.12-ci maddələrdə "18 yaşınadək əlilliyi müəyyən edilmiş" sözləri "əlilliyi olan" sözləri ilə əvəz edilsin;

15.4. 11.1.8-ci, 11.1.9-cu, 12.1-ci maddələrdə və 12.2-ci maddənin birinci cümləsində "18 yaşınadək əlilliyi müəyyən edilmiş" sözləri "əlilliyi olan" sözləri ilə əvəz edilsin.

Maddə 16. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); 2024, № 2, maddə 137, № 5 (I kitab), maddələr 489, 491, № 6 (I kitab) maddə 644; 2025, № 1, maddə 16; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 110-VIIQD nömrəli və 2025-ci il 3 fevral tarixli 133-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin: 

16.1. 8.1-ci maddədə "əlilliyi müəyyən edilmiş" sözləri "əlilliyi olan" sözləri ilə əvəz edilsin; 

16.2. 21.2.4-cü maddədə "və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə" sözləri "əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa" sözləri ilə əvəz edilsin.

Maddə 17. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində" Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli 686-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 953 (Cild I) ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya"da aşağıdakı dəyişikliklər edilsin:

17.1. preambulanın "s)" bəndində "əlillər" sözü "əlilliyi olan şəxslər" sözləri ilə əvəz edilsin;

17.2. 4-cü maddənin 3-cü hissəsindən birinci halda "şəkildə" sözü çıxarılsın;

17.3. 23-cü maddənin 1-ci hissəsinin "c)" bəndində "əlillərin" sözü "əlilliyi olan şəxslərin" sözləri ilə əvəz edilsin;

17.4. 24-cü maddə üzrə:

17.4.1. 2-ci hissənin "a)" bəndində "əlil" sözü "əlilliyi olan" sözləri ilə əvəz edilsin;

17.4.2. 3-cü hissənin "c)" bəndində "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin" sözləri "əlilliyi olan uşaqların" sözləri ilə əvəz edilsin;

17.5. 28-ci maddənin 2-ci hissəsinin "b)" bəndində "əlil" sözü "əlilliyi olan" sözləri ilə əvəz edilsin.

Maddə 18. "Əlilliyi olan şəxslərin hüquqları haqqında"Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386 (Cild I); 2024, № 5 (I kitab), maddələr 501, 503; 2025, № 1, maddə 16) aşağıdakı dəyişikliklər edilsin:

18.1. 1.0.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.18-ci maddə əlavə edilsin:

"1.0.18. Azərbaycan işarət dili - eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsi.";

18.2. 5.0.1-ci maddədə və 11.4-cü maddənin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər" sözləri ismin müvafiq hallarında "əlilliyi olan uşaqlar" sözləri ilə əvəz edilsin;

18.3. aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilsin:

"Maddə 12-1. Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması

12-1.1. Dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. 

12-1.2. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır.

12-1.3. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarıpraym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. 

12-1.4. Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər.

12-1.5. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.";

18.4. 18-ci maddə üzrə:

18.4.1. adında "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin" sözləri "Əlilliyi olan uşaqların" sözləri ilə əvəz edilsin;

18.4.2. 18.1-ci maddədə "18 yaşınadək əlilliyi müəyyən edilmiş" sözləri "Əlilliyi olan" sözləri ilə əvəz edilsin və həmin maddədən "olan" sözü çıxarılsın;

18.4.3. 18.2-ci maddədə "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin" sözləri "əlilliyi olan uşaqların" sözləri ilə əvəz edilsin;

18.4.4. 18.3-cü maddədə "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləri" sözləri "əlilliyi olan uşaqları" sözləri ilə əvəz edilsin;

18.5. 19-cu maddə üzrə:

18.5.1. adında "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin" sözləri "Əlilliyi olan uşaqların" sözləri ilə əvəz edilsin;

18.5.2. 19.1-ci maddədə "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin" sözləri "əlilliyi olan uşaqların" sözləri ilə əvəz edilsin;

18.6. 32.3-cü maddədə"18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər" sözləri "əlilliyi olan uşaqlar" sözləri ilə əvəz edilsin.

Maddə 19. "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669 (Cild I); 2024, № 7, maddə 762, № 8, maddə 934; 2025, № 1, maddə 16) 1.1.22-ci maddəsində"18 yaşınadək əlilliyi müəyyən edilmiş" sözləri "əlilliyi olan" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 11 aprel 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!