13 Mart 2017 12:03
902
ELANLAR
A- A+
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümü münasibətilə müsabiqə ELAN EDİR

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümü münasibətilə müsabiqə ELAN EDİR

 

A z ə r b a y c a n    R e s p u b l i k a s ı n ı n

D ö v l ə t    S ə r h ə d    X i d m ə t i

 

Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümü münasibətilə müsabiqə

E L A N   E D İ R

 

 

            Müsabiqənin keçirilməsi gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, onların dünyagörüşünü və sərhəd xidmətinə marağını artırmaq, Dövlət Sərhəd Xidmətinin əldə etdiyi nailiyyətlərin, sərhəd xidmətinin xüsusiyyətlərinin, cəmiyyətdəki rolunun və əhəmiyyətinin ictimaiyyətə çatdırılması, sərhədlərimizin mühafizəsi sahəsində əcdadlarımızdan miras qalmış milli-mənəvi dəyərlərin, ənənələrin yaşadılması məqsədini daşıyır.

         Müsbiqə bədii ədəbiyyat (şeir, hekayə), təsviri sənət (rəngkarlıq), qəzet məqaləsi və “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazısı nominasiyaları üzrə keçiriləcək. Müsabiqənin şərtləri, işlənmə qaydası və mükafatlandırma xüsusi qayda ilə müəyyənləşdirilib. “Azərbaycan” qəzetin internet səhifəsində müsabiqənin şərtləri ilə ətraflı tanış ola bilərsiz: http://www.azerbaijan-news.az/

 

Müsabiqənin şərtləri:

  1. Müsabiqənin bədii ədəbiyyat (şeir, hekayə), təsviri sənət (rəngkarlıq) və qəzet məqaləsi nominasiyasında yaşından asılı olmayaraq bütün yaradıcı şəxslər, “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazı müsabiqəsində sərhədyanı rayonların orta məktəblərinin 10-cu sinif şagirdləri iştirak edə bilərlər.
  2. Bədii ədəbiyyat (şeir, hekayə), təsviri sənət (rəngkarlıq) və qəzet məqaləsi nominasiyasında təqdim olunan əsərlərin üzərində müəllif barədə məlumatlar göstərilmir. Həmin məlumatlar anketdə əks etdirilir (anketin forması qaydaya əlavə olunur) və zərfə qoyulur. Həm əsərin arxasında, həm də zərfin üzərində şərti ad qeyd olunur. Təsviri sənət üzrə iştirakçılar müsabiqəyə 90 x 70 santimetr ölçüdən kiçik olmamaqla əsərlər təqdim etməlidirlər. Əsərlər kətan parça üzərində çəkilməli və çərçivəyə salınmalıdır. Əsərlər müvafiq qaydada doldurulmuş anketlə birlikdə 2017-ci il iyun ayının 20-dək Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə təqdim edilməlidir.
  3. İnşa yazısı 12 vərəqli dəftərdə, göy rəngli qələmlə yazılmalı, dəftərin üz hissəsində şagird haqqında məlumat (şagirdin adı, soyadı və atasının adı, rayon və məktəb haqqında məlumat və əlaqə telefonu) qeyd olunmalıdır. Müsabiqənin keçirilməsi və qiymətləndirilməsi üçün hərbi hissələrdə rayon təhsil şöbələri ilə birgə xüsusi komissiyalar yaradılır. Komissiyalar 3 (üç) ən yaxşı inşa yazısını qiymətləndirir və 2017-ci il may ayının 20-dək Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə təqdim edir.
  4. Təqdim olunan bütün əsərlərdə Azərbaycan Sərhəd Mühafizəsi tərənnüm edilməli, əsərlər müsabiqəyədək heç bir yerdə çap, nəşr və yaxud nümayiş etdirilməməlidir.
  5. Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin və Mətbuat Şurasının nümayəndələrindən ibarət komissiya yaradılır, komisiya hər nominasiya üzrə 3 (üç) ən yaxşı əsəri seçir, qalibləri müəyyən edir.
  6. Müsabiqənin nəticələri Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 98-ci ildönümü ərəfəsində elan ediləcəkdir.
  7. Müsabiqə ilə bağlı yaranmış suallarla bağlı iştirakçılar hərbi hissələrin şəxsi heyət üzrə şöbələrinə və Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə müraciət edə bilərlər.

 

Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunur:

Bədii ədəbiyyat üzrə:

Şeir

I yer –  1-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

Hekayə

I yer –  1-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

Təsviri sənət üzrə:

Rəngkarlıq

I yer –  1-ci dərəcəli diplom və 700 (yeddi yüz) AZN məbləğində pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 600 (altı yüz) AZN məbləğində pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı.

Qəzet məqaləsi üzrə:

I yer –  1-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 250 (iki yüz əlli) AZN məbləğində pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

İnşa yazısı üzrə:

I yer – 1-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 250 (iki yüz əlli) AZN məbləğində pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı;

 

 

 

 

 

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 30, Dövlət Sərhəd Xidməti Aparatının inzibati binası

Əlaqə telefonları: 012 498-01-29, 012 498-01-55, 012 498-01-69, 050 271-47-14

 

 

 

Müsabiqə iştirakçısının anketi (nümunə)

__________________________________________________________________________

(soyadı, adı, atasının adı)

Doğum tarixi _______________________________________________________________

Təhsili ____________________________________________________________________

İş yeri, vəzifəsi ______________________________________________________________

Ünvan, telefon (ev, iş, mobil) ___________________________________________________

 

Müsabiqəyə təqdim olunan işlər

 

  1. ___________________________________________________________________
  2. ___________________________________________________________________

(əsərin adı)

 

 

İşi təhvil verdi: ______________________________________________________________

İşi təhvil aldı: _______________________________________________________________

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!