Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 217; 2003, № 12 (I kitab), maddə 671; 2006, № 5, maddə 386; 2008, № 8, maddə 697; 2009, № 6, maddə 399; 2011, № 2, maddə 71) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci maddədən ", Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyənləşdirir" sözləri çıxarılsın.
2. 2-ci maddə üzrə:
2.1. maddənin adı və 2.1-ci maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
"ll. Şuranın fəaliyyət istiqamətləri";
"2.1. Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:";
2.2. 2.1.2-ci, 2.1.4-cü və 2.1.5-ci maddələrdən "hakimiyyəti" sözü çıxarılsın;
2.3. 2.1.6-cı maddədə "dövlət qulluqçularının şikayətlərinə" sözləri "şikayətlərə" sözü ilə əvəz edilsin.
3. 3-cü maddə üzrə:
3.1. 3.1-ci maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
"3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Şura:";
3.2. 3.1.1-ci, 3.1.2-ci və 3.1.3-cü maddələrdən "hakimiyyəti" sözü çıxarılsın;
3.3. 3.1.6-cı maddədə "dövlət qulluqçularının şikayətlərinə" sözləri "şikayətlərə" sözü ilə əvəz edilsin və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.7-ci maddə əlavə edilsin:
"3.1.7. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluqçularının qulluq stajının hesablanması, onlara ixtisas dərəcələrinin verilməsi, habelə xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı olaraq uyğunlaşdırılması ilə əlaqədar yaranmış mübahisələrə dair dövlət qulluqçuları və ya dövlət orqanlarının, habelə dövlət qulluğuna xitam verilmiş şəxslərin müraciətlərinə baxır.";
3.4. 3.3-cü maddə üzrə:
3.4.1. birinci cümlədə "mütəmadi olaraq, lakin iki ayda bir" sözləri "ildə iki" sözləri ilə əvəz edilsin;
3.4.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
"Bu Əsasnamənin 3.4-cü maddəsində nəzərdə tutulmuş Reqlamentlə müəyyən edilmiş qaydada Şuranın növbədənkənar iclasları çağırıla bilər.";
3.5. 3.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
"3.5. Şuranın fəaliyyətinin təşkilini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan Katiblik həyata keçirir. Katibliyin işini Şuranın iclasında Şura üzvlərinin sadə səs çoxluğu ilə seçilən katib təşkil edir.";
3.6. aşağıdakı məzmunda 3.5-1-ci maddə əlavə edilsin:
"3.5-1. Şuranın katibi Şuranın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həlli, Şuranın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması və Şuranın qərarlarının icrası ilə əlaqədar kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir.".
3.7. aşağıdakı məzmunda 3.6-1-ci maddə əlavə edilsin:
"3.6-1. Şuranın qəbul etdiyi qərarlar icra edilməsi üçün 3 (üç) iş günü müddətində müvafiq dövlət orqanlarına göndərilir. Dövlət orqanlarının rəhbərləri tərəfindən həmin qərarın icra vəziyyəti barədə hesabat 30 (otuz) gün müddətində Şuraya təqdim edilir.".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2022-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın Zəfəri Avropa Parlamentinin yuxusunu ərşə çəkib
27 Aprel
"Delimitasiya və demarkasiya sülhün başlanğıcıdır"
27 Aprel
ABŞ-ni insan haqları yox, öz məkrli maraqları düşündürür
27 Aprel
Dövlət Departamentinin hesabatında "erməni barmağı"
27 Aprel
Sülhə doğru daha bir addım atılıb
27 Aprel
Münasibətlərin möhkəm qanunvericilik bazası yaradılır
27 Aprel
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!