"Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri"ndə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 850-VIQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri"ndə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 850-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki, "Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri"nin 11-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası prokurorluq işçilərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalarını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. "Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri"ndə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 850-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, "Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri"ndə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 850-VIQD nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2023-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridi...
18 Aprel
Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq ...
18 Aprel
Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparıla...
18 Aprel
Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb
18 Aprel
DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb ...
18 Aprel
Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir
18 Aprel
Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib
18 Aprel
Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir ...
18 Aprel
Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb ...
18 Aprel
Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır ...
18 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!