Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
№ 176
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1097 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 153 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 6.1-ci bənddə “aşağıdakı sənədlər” sözləri “Təhsil Mərkəz-ləşdirilmiş İnformasiya Sistemi”ndə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan aşağıdakı sənədlər (bundan sonra – sənəd)” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 6.1-1–6.1-6-cı bəndlər əlavə edilsin:
“6.1-1. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə əldə edilmiş sənədin kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.
6.1-2. Sənədin həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.
6.1-3. Sənəd Agentliyin İdarə Heyəti sədrinin (və ya sədr müvəqqəti olmadıqda, onun səlahiyyətlərini icra edən şəxsin) elektron imzası ilə təsdiq edilir.
6.1-4. Sənəd ərizəçi üçün yaradılmış “Şəxsi kabinet”də yerləşdirilir.
6.1-5. Sənəddə aşağıdakı məlumatlar əks olunmalıdır:
6.1-5.1. sənədin nömrəsi və verildiyi tarix (altsistem tərəfindən verilir);
6.1-5.2. ərizəçinin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;
6.1-5.3. ərizəçinin əldə etdiyi peşə ixtisası üzrə məlumatlar:
6.1-5.3.1. ixtisasın adı;
6.1-5.3.2. ixtisasın kodu;
6.1-5.3.3. modulun adı (sertifikat verildiyi halda);
6.1-5.4. sertifikatın müvafiq ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün əsas sayıldığına dair qeyd (sertifikat verildiyi halda);
6.1-5.5. diplomun ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulduğuna və peşə təhsili səviyyəsinin növbəti pilləsində təhsili davam etdirmək və müvafiq ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayıldığına dair qeyd (diplom verildiyi halda).
6.1-6. Sənəddə bütün məlumatlar Azərbaycan dilində yazılır.”.
3. 6.2-ci bəndin birinci cümləsi ikinci cümlə hesab edilsin və aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
“Ərizəçiyə verilən sertifikat ona ixtisası üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 27 mart 2024-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!