«Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2445 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2445 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 10, maddə 982; 2009, № 1, maddə 17; 2010, № 2, maddə 80) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini" sözləri "Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini" sözləri ilə, "Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini" sözləri "Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini" sözləri ilə, "Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini" sözləri "Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini" sözləri ilə və "Tamerlan Qarayev - Azərbaycan Respublikasının Hindistan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri" sözləri "İbrahim Hacıyev - Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri" sözləri ilə əvəz edilsin;
1.2. "Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini" sözlərindən sonra "Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini" sözləri əlavə edilsin;
1.3. "Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini" sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Hindistan Respublikası tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2012-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
“WhatsApp”a parolsuz giriş olacaq
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!