Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Sabirabad rayonu, Z.Əliyev adına Quruzma kənd 528 şagird yerlik tam orta məktəbin tikinti işlərinin satın alınması.
Açıq tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yetirilməsi, təminat verilən istismar müddəti.
Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək olar:
Əlaqələndirici şəxs - Z.Quliyev.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi 18.
Tel.: (+99412) 465 73 48 (134).
Maraqlananlar açıq tender prosedurunun Əsas şərtlər toplusunu 2500,00 (iki min beş yüz) manat məbləğində iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
Bankın adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filialı
Kod: 805603
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZAZ 2X
H/h: AZ88IBAZ38030019441856517211
VÖEN: 1500016711
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçı açıq tender prosedurunda iştirak etmək üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (Uçotda olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir.) Müvafiq orqandan tələb olunan sənədin cari ayı əhatə etməsi mütləqdir (01.09.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir);
- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (01.09.2023-cü il tarixdən sonra alınmış arayış təqdim edilməlidir);
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;
- iddiaçının tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (vergi orqanı, probasiya şöbəsi və ya müvafiq kommersiya məhkəməsi tərəfindən təqdim olunmuş arayış) (01.09.2023-cü il tarixdən sonra alınmış arayış təqdim edilməlidir);
- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa);
- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən 01.09.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);
- tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər, tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənədlər;
- iddiaçının müvafiq sahədə peşəkarlığı, təcrübəsi, maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi barədə təsdiqedici sənədlər (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- iddiaçının inşa etdiyi analoji tikililər barədə "Tikinti obyektinin istismarına icazə" sənədinin surətini və ya inşasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir (baş podratçı kimi analoji işlərə dair son 2 ildə bağlanmış müqavilələrin surətləri (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- oxşar işlər üzrə iş təcrübəsini təsdiq etmək üçün belə işlərin həyata keçirildiyi müəssisə və təşkilatdan tövsiyə məktubları;
- iddiaçının maddi texniki bazası (sifarişi yerinə yetirilməsi imkanı) haqqında məlumat (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır);
- iddiaçının tender təklifi (tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri 10 oktyabr 2023-cü il saat 15:00-a, tender təklifi və tender təklifinin bank təminatını 18 oktyabr 2023-cü il saat 15:00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri 19 oktyabr 2023-cü il saat 15:00-da Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.
Tender komissiyası
Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb
Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verməlidir
430 il əvvəl...
Bir gün balıq ovunda…
Əgər COP29-un iştirakçıları Balaxanıya gəlsələr...
İlham ƏLİYEV: "Azərbaycan ərazi bütövlüyünü təkbaşına bərpa edir"
Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir
ABŞ-nin riyakarlığı
Azərbaycan sabitlik məkanıdır
Eviniz mübarək, eliniz abad olsun
Çin sərhədindən Abşerona qədər yükdaşımaların müddəti 9 günədək azaldılıb
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 2 mindən çox iş yeri yaradılacaq
"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
S.K.Hacıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında
Bu il "Ümumdünya kosmos həftəsi" kosmos və iqlim dəyişmələri mövzusuna həsr olunub
BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb
İsveç mətbuatı: Azərbaycan COP29-un sədri kimi iqlim böhranına diqqət yetirməyə çağırış edib
XİN: Ermənistan və Fransanın Beynəlxalq Frankofoniya Təşkilatındakı təxribatçı addımları iflasa uğrayıb
Rəsmi Bakı: Fransa özünün dar maraqları naminə Ermənistandan istifadə edir
Azərbaycan XİN: Ermənistan normallaşma və qarşıdurma arasında seçim etməlidir
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!