06 Yanvar 2026 08:45
484
SİYASƏT
A- A+
Azərbaycan regionun təhlükəsizliyinin təminatçısıdır

Azərbaycan regionun təhlükəsizliyinin təminatçısıdır


Azərbaycan qazandığı böyük zəfərdən sonrakı beş il ərzində mövqelərini daha da möhkəmləndirib. Beynəlxalq aktorlar Azərbaycan kimi qətiyyətli, ədalətli, sülhpərvər tərəfdaşla əməkdaşlığa maraq göstərirlər. Bu xüsusda 2025-ci il ölkəmiz üçün növbəti uğurlu il kimi yadda qaldı. Azərbaycan ötən 5 il ərzində mövcud reallıqları beynəlxalq birliyə qəbul etdirə bildi. Prezident İlham Əliyevin 

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə xalqa müraciətində də qeyd etdiyi kimi, "Biz Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür".

Milli Məclisin deputatı Nigar Məmmədova "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, rəsmi Bakının əsas üstünlüklərindən biri də müharibədən sonra sülh təşəbbüsü ilə çıxış etməsidir: "Bu illər ərzində sülhün əsas təşəbbüskarı kimi Azərbaycanın nüfuzu daha da möhkəmləndi. Sülh istiqamətində atılan addımlar praktik nəticələr verməkdədir. Ötən ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar da Azərbaycanın müdrik yanaşmasını təsdiqlədi. Cənab Prezidentin söylədiyi kimi, "Zəfər çalmış ölkə kimi biz məğlub edilmiş Ermənistana sülh əlimizi uzatdıq və cəmi beş ilə yaxındır ki, de-fakto sülh şəraitində yaşayırıq. Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır".

Deputat qeyd edib ki, Azərbaycanın diplomatik uğurlarından biri də 30 ilə yaxın müddətdə münaqişənin həlli istiqamətində heç bir addım atmayan ATƏT-in Minsk qrupunun tarixin arxivinə göndərilməsi olub. Bununla da Qarabağ münaqişəsinin artıq beynəlxalq gündəlikdən tamamilə silinməsinə nail olduq. Bu da rəsmi Bakının prinsipiallığı sayəsində gerçəkləşdi. Çünki Ermənistan hər cəhdlə bu yarıtmaz qrupun çətiri altında revanşist mövqeyini davam etdirmək istəyirdi, amma Azərbaycan Prezidentinin qətiyyəti burada da öz sözünü dedi və de-fakto fəaliyyətsiz olan "Minsk üçlüyü" ləğv edildi.

N.Məmmədova vurğulayıb ki, Azərbaycan faktiki qalib, eyni zamanda sülhpərvər və ədalətli tərəf kimi regionun təhlükəsizliyinin təmin olunması istiqamətində praktik addımlar atır: "Hərbi sahədə əldə olunan nailiyyətlər də regional təhlükəsizliyin bir hissəsidir. Zəfərin 5-ci ili münasibətilə keçirilən hərbi paradda da son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi dünyaya nümayiş etdirildi. Təbii ki, bu, müharibəyə hazırlıq demək deyil. Dövlət başçımızın da söylədiyi kimi: "Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, "kim güclüdür, o da haqlıdır" prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib". Bu xüsusda Azərbaycanın ordu quruculuğu sahəsində gördüyü işlər regionun təhlükəsizliyi baxımından olduqca vacibdir".

Deputat bildirib ki, hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olan Azərbaycan həm də heç kimin daxili işlərinə müdaxilə etməməklə fərqlənir: "Cənab Prezident müraciətində bu məsələyə xüsusi toxundu. Bildirdi ki, bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!