24 Sentyabr 2025 08:25
463
İQTİSADİYYAT
A- A+
"Azərbaycan region ölkələrini bir araya gətirərək Orta dəhlizin möhkəmlənməsinə mühüm töhfə verib"

"Azərbaycan region ölkələrini bir araya gətirərək Orta dəhlizin möhkəmlənməsinə mühüm töhfə verib"


Müasir dünyada iqtisadi inkişafda qlobal ticarət marşrutlarının önəmli rol oynaması məlum faktdır. Bunun da ilkin səbəbi yeni texnika və texnologiyaların tətbiqinin istehsalın artmasına imkan verməsi, yəni istehsalın sürətinin və həcminin artmasıdır. O üzdən  də istehsal olunan məhsulların tez satılması xüsusi əhəmiyyət daşıyır.

Amma bu gün məlum səbəblərdən dünyanın ənənəvi ticarət marşrutlarında müxtəlif problemlər yaranıb. Odur ki, hazırda dünyanın diqqət mərkəzində olan Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bütün tərəfdaşlar tərəfindən yeganə çıxış yolu kimi dəyərləndirilir və qəbul edilir. Lakin bir iş də var ki,  bu qlobal marşrutun yükötürücülük imkanlarının artırılması üçün yeni investisiyaların yatırılması vacibdir. Elə bu yerdə qeyd edək ki, dünyanın qlobal maliyyə qurumları Orta dəhlizin gəlirlik imkanlarını yaxşı dərk etdiyi üçün marşrutun daha da inkişafından ötrü investisiya yatırmağa hazır olduqlarını bəyan edirlər. Məsələn, Dünya Bankı mütəxəssislərinin araşdırmalarına görə, dəhliz üzrə aparılan ticarətin həcmi 2040-cı ilədək  dəyər baxımından 150, həcm baxımından isə 60 faiz artacaq.

Artıq mütəxəssislərin narahatlığına səbəb olan məsələ "darboğaz"lar problemidir. "Darboğaz" odur ki, yük axını marşrutun bir yerində tıxanır və daşınmaların ləngiməsinə səbəb olur. Hazırda bununla bağlı iki mühüm məsələnin həlli vacibdir - Xəzər dənizində bərə-yük gəmilərinin sayını artırmaq və Ələt Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyətini yüksəltmək. Bu istiqamətdə zəruri tədbirlər görülüb və yaxın vaxtlarda belə bir problem gözlənilmir. Lakin məsələyə gələcək perspektivdən baxıldıqda belə bir problemin yaranması mümkündür.  İş ondadır ki, marşrutun ötürücülük qabiliyyətinin 2027-ci ilə qədər ildə 10 milyon tona çatdırılması proqnozlaşdırılır. Bu da ölkəmizin qarşısında tranzit potensialımızın genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi vəzifələrini qoyur. 

Ümumiyyətlə, Orta dəhlizin qlobal iqtisadiyyatdakı əhəmiyyəti artdıqca ona sərmayə qoyulması məsələsi də aktuallaşır. Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays "Dünya Bankı və Avropa İttifaqı (Aİ) 2026-cı ildə Orta dəhlizi inkişaf etdirəcək", - deyə vurğulamışdır. Bildirmişdir ki,  2026-cı maliyyə ilində Dünya Bankı və Aİ birgə yüksəksəviyyəli dialoqu təşviq etməyi, investisiyaların prioritetləşdirilməsi üçün inkişaf tərəfdaşlarını birləşdirməyi, birgə maliyyə alətləri hazırlamağı və xüsusi olaraq Orta dəhliz üçün hesabatlıq mexanizmləri ilə koordinasiyanı təmin etməyi planlaşdırır. "Diqqətimizi infrastruktur məhdudiyyətlərinin aradan qaldırılmasına, infrastrukturun səmərəliliyinin artırılmasına və müxtəlif sektorlarda islahatlara yönəltmişik. İnstitusional bacarıqların və koordinasiyanın inkişafı da eyni dərəcədə vacibdir", - deyən R.Prays əlavə etmişdir ki,  strateji dəhlizlərə yatırılan investisiyalar qlobal çoxqütblü nizamı formalaşdırır: "Orta dəhliz kimi strateji dəhlizlərə investisiya qoymaqla region həm iqtisadi fayda əldə edə, həm də dayanıqlı çoxqütblü dünya nizamını formalaşdıra bilər". Onun sözlərinə görə, formalaşan "Black Sea Submarine Cable" təşəbbüsü Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında enerji təhlükəsizliyini, rəqəmsal bağlantı və inteqrasiyanı gücləndirir. R.Prays həmçinin bildirmişdir ki, strateji dəhlizlərə investisiya qoymaqla və Qara dəniz vasitəsilə bağlantı imkanlarından istifadə etməklə region qlobal davamlı nizamın formalaşmasında həlledici rol oynaya bilər. Davamlı tərəfdaşlıq, regional koordinasiya və innovativ maliyyələşdirmə mexanizmləri müasir İpək yolunun qlobal dayanıqlığa körpü kimi reallaşdırılmasının açarı olacaq.

Həmin tədbirdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə vurğulamışdır ki, Zəngəzur dəhlizi (TRIPP) Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) əsas arteriyasına çevrilir. Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi (TRIPP) Orta dəhlizin əsas tərkib hissəsinə çevrilir və regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır: "Bu ideya son beş ildə davamlı olaraq gündəmdə saxlanılıb. Bu ilin avqustunda keçirilən beynəlxalq görüşlərdə də Zəngəzur dəhlizi (TRIPP) Orta dəhlizin mühüm arteriyası kimi təsdiqləndi. Biz bu dəhlizi mövcud marşrutlara alternativ deyil, ölkələrin inkişaf və rifahına xidmət edən strateji yol kimi görürük. Proqnozlara əsasən, dəhlizlə illik yükdaşıma həcmi 15 milyon tona qədər artacaq".

R.Nəbiyev qeyd etmişdir ki, Azərbaycan uzun illərdir yalnız infrastruktur qurmaqla kifayətlənməyib, eyni zamanda region ölkələrini bir araya gətirərək Orta dəhlizin möhkəmlənməsinə töhfə verib: "Bu gün Orta dəhlizi tək bir ölkə idarə etmir. Bu, ortaq məqsədləri olan, sülh şəraitində yaşayan, bir-birindən faydalanan ölkələrin "yaxın qonşuluq" fəlsəfəsi üzərində qurulub. Burada artıq qarşılıqlı asılılıq prinsipi var - hər bir ölkənin uğuru digərlərinin uğurundan asılıdır".

Nazir qlobal ticarət tendensiyalarına da toxunmuşdur: "Uzun müddət dünya ticarəti cəmi bir neçə ölkənin nəzarətində olub. Bu tendensiya dəyişir. İndi Körfəz, Cənubi Qafqaz, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri təkcə ticarətdə deyil, texnologiyanın tətbiqində və inkişafında da mühüm rol oynayır. Ötən il dünya ticarətinin dəyəri təxminən 33 trilyon ABŞ dolları təşkil edib. Lakin tranzit marşrutlarının şaxələndirilməsi hələ də çətinliklərlə üzləşir. Bu baxımdan Azərbaycan Şərq və Qərb arasında müxtəlif dəhlizlərin inkişafında əsas rol oynaya bilər".

R.Nəbiyev diqqətə çatdırmışdır ki, Azərbaycan yalnız infra-struktur layihələrini deyil, bu infrastrukturdan ən səmərəli istifadənin yollarını da tərəfdaşlarla birlikdə müəyyənləşdirir.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!