«Azərbaycan qadını» jurnalının növbəti nömrəsi də oxuculara qeyri-adi konsert proqramı ilə təqdim olunmuşdur
Oktyabrın-16-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Azərbaycan qadını" jurnalının növbəti nömrəsinin təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak etmişlər.
Jurnalın yeni nömrəsində "Dünyanı daha da gözəlləşdirək" adlı məqalədə Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, xoşməramlı səfir, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Krans Montano Forumunda çıxışları dərc edilmişdir. Jurnalda oxucular dövlətimizin başçısına "PRIX DE LA FONDATION" ali mükafatının və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Krans Montano Forumunun "Qızıl medal"ının təqdim edilməsi haqda da məqalə ilə tanış ola bilərlər.
Nəşrin bu nömrəsində cari ilin iyulunda Bakıda Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramının təşkil etdiyi "Azərbaycan əcnəbilərin gözü ilə" fotosərgisi barədə də yazılmışdır.
"Azərbaycan qadını"nın oxucuları Dünyanın Yay Paytaxtı adlandırılan San-Trope yaxınlığındakı Ramatuel şəhərində "Şərq nağılına qeyri-adi səyahət"ə də dəvət olunmuşlar. Bu məqalədə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Ramatuel klassik musiqi festivalı çərçivəsində ölkəmizin mədəniyyətini və tarixini Avropaya tanıtmaq üçün "Azərbaycanın mədəni xəzinəsi" layihəsinin təqdimatından bəhs edilmişdir.
Jurnalda güləş üzrə 2008-ci ildə Pekin Olimpiadasında bürünc medal, 2008-2009-2010-cu illərdə Avropa çempionatında qızıl medal, 2009-cu ildə dünya çempionatında isə qızıl medal qazanmış Mariya Stadnik haqqında da geniş məqalə dərc edilmişdir. Nəşrdə Bakıda keçirilmiş və paytaxtımızın həyatında parlaq hadisəyə və əsl bayrama çevrilmiş "Qız qalası festivalı"na da yer ayrılmışdır.
"Azərbaycan qadını"nın yeni nömrəsində oxucular "Üns" Teatrının bədii rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva barədə də məqalə ilə tanış olurlar. Jurnalda həm də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedyevin "Dostluq ordeni"nin təqdim edilməsi mərasimində Nərgiz Paşayevanın nitqi və jurnala verdiyi eksklüziv müsahibəsi də təqdim edilmişdir.
Jurnalın bu nömrəsinin daha bir maraqlı layihəsi isə balaca rəssam və fotoqraf Şeyda Əliyevanın "Əziz xələflər" layihəsidir. Foto sessiyanın əsas qəhrəmanları uşaqlardır. Jurnalda "Əmirovlar ocağının şöləsi", "Yuvasına dönən səs", "Sənət pərvanələri" və digər maraqlı məqalələr, müsahibələr dərc edilmişdir. Jurnalın bu nömrəsinin daha bir qəhrəmanı musiqinin hamı tərəfindən anlaşılan yeganə dilində danışan, pianoçu İsfar Sarabskidir.
Jurnalın hər nömrəsinin oxuculara qeyri-adi konsert proqramı ilə təqdim olunması artıq bir ənənəyə çevrilmişdir. Bu dəfə isə konsertin əsas qəhrəmanları jurnalın müsahiblərindən biri olan İsfar Sarabski və bu günlərdə ölkəmizdə keçirilən Beynəlxalq caz festivalının ritmləri oldu.
Konsertdə İohan Sebastyan Baxın "Hava", Astor Piazzollanın "Oblivion", Pyotr Çaykovskinin "Qu gölü" baletindən hissə, Vaqif Mustafazadənin "Popurri", Tofiq Quliyevin "Zibeydə" və İsfar Sarabskinin "Novruz", "Son fürsət", "Deja Vu", "Agent", "Dirçəliş" əsərləri səslənmişdir.
Ritmlərin, melodiyaların və improvizələrin harmoniyasında təcəssüm tapan bu musiqi parçaları ifaçılar və tamaşaçılar arasında rabitə yaradaraq onları gözəl bir atmosferdə qovuşdurmuşdur. Ecazkar musiqi hər iki tərəfdə müsbət emosiyalar aşılamışdır. Bir sözlə, bir konsert özündə iki hadisəni birləşdirdi. Konsertdə pianoda Prezident təqaüdçüsü İsfar Sarabski ifa etmişdir. Onu bassda Makar Novikov, zərb alətlərində Aleksandr Maşin müşayiət etmişlər.
Jurnal haqqında fikirlərini bildirən pianoçu İsfar Sarabski, bu nəşrdə dərc edilən müsahibəsinin ürəyincə olduğunu bildirərək demişdir: "Mənə həsr olunmuş müsahibədə oxucu qeyri-adi suallara cavab tapa bilir. Bu müsahibə piano ifaçısına həsr olunmuş hekayəyə bənzəyir. İfa etdiyim caza gəlincə isə, bu mənim üçün sonu olmayan bir incəsənətdir. Musiqinin bu janrında hər zaman yenilik tapmaq mümkündür. Konsertdə ifa etdiyim əsərlər sırasında öz bəstələrim də vardır. Bu əsərləri dostuma, klassik musiqiyə və Novruz bayramına həsr etmişəm. Hər bir kompozisiyanın öz mənası vardır".
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
Ramil Quliyevdən zədədən qayıtdıqdan sonra İLK
04 May
Everesti fəth etmək üçün icazələrin sayı azalacaq
04 May
Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
04 May
Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!