14 Sentyabr 2023 16:38
3167
Səfərlər
A- A+
Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib   Azərbaycan Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib YENİLƏNİB  

Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib   Azərbaycan Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib YENİLƏNİB  

 

Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib.

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Tacikistan Prezidenti Emoməli Rəhmon qonaqları salamlayaraq dedi: Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyev sammitimizin işində fəxri qonaq qismində iştirak edir. Sizi salamlayıram.

X X X

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışında vurğuladı: Fəxri qonağımızı, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi xüsusi olaraq salamlamaq istəyirəm. Qardaş Azərbaycanın liderinin iştirakı xalqlarımızın çoxəsrlik dostluq tellərinin və qarşılıqlı anlaşmanın hərtərəfli möhkəmlənməsinə yönəlmiş səmimi səylərinin göstəricisidir.

Əminəm ki, bugünkü sammit həqiqətən əlamətdar olacaq və çoxplanlı əməkdaşlığımızın gələcək dinamikasını müəyyən edəcək.

X X X

Qırğızıstan Prezidenti Sadır Japarov çıxışında qeyd etdi: Fürsətdən istifadə edərək mən də Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevi salamlamaq istəyirəm.

X X X

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov çıxışında bildirdi: İcazə verin, mən də Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edən hörmətli İlham Heydər oğlunu salamlayım.

X X X

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısının tədbirdə iştirakını yüksək qiymətləndirərək dedi: Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevi bizim görüşümüzdə görməkdən şadam. Sizin iştirakınız region ölkələrinin Azərbaycan ilə dərin tarixi qarşılıqlı əlaqələrinin və əməkdaşlığın hazırkı yüksək səviyyəsinin daha bir təsdiqidir.

Ölkələrimizin gələcək nəqliyyat potensialını artırmaq məqsədilə sahə nazirlərin görüşləri çərçivəsində Mərkəzi Asiyanın nəqliyyat və tranziti haqqında sazişlər hazırlamasını, Çin, Cənubi Asiya və Yaxın Şərq ölkələrinə, Avropa İttifaqına çıxış üçün səmərəli nəqliyyat dəhlizlərinin konkret mexanizmlərinin biznes üçün sərfəli keçid tarifləri tətbiq edilməklə yaradılmasını, nəqliyyat xidmətlərinin liberallaşdırılması üzrə tədbirlər planının tərtib edilməsini, icazə prosedurlarının optimallaşdırılmasını, beynəlxalq daşımaların inteqrasiyalı rəqəmsal platformalarının yaradılması məsələsinin nəzərdən keçirilməsini, azərbaycanlı tərəfdaşlarımızın birgə işimizə fəal qoşulmasını təklif edirəm.

X X X

Sonra çıxış üçün söz dövlətimizin başçısına verildi.

Prezident İlham Əliyevin

çıxışı

-Hörmətli Emoməli Şaripoviç.

Hörmətli dövlət başçıları, əziz dostlar.

Əvvəlcə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün işində fəxri qonaq kimi iştirak etmək məqsədilə dəvətə görə Tacikistan Prezidenti, hörmətli Emoməli Şaripoviç Rəhmona təşəkkür etmək istərdim. Eyni zamanda, bu tədbirdə Azərbaycanın iştirakına verdikləri dəstəyə görə hörmətli həmkarlarıma minnətdarlığımı bildirirəm.

Mən bu il qardaş Tacikistana ikinci dəfə səfər edirəm. Apreldəki dövlət səfərim, səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi. Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözləyirik. Əminəm ki, səfər əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bu fürsətdən istifadə edərək dost Tacikistan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm.

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.

Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.

Mən Məşvərət Şurasının işində ilk dəfədir iştirak edirəm və əminliyimi bildirirəm ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.

Son iki il ərzində mən Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişəm. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana dəfələrlə səfərlər ediblər. İlin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək.

İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.

Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük.

Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır.

Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.

Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.

Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır.

Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.

Hörmətli həmkarlar, bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın yaradılmasının 25 ili tamam olur. Mən dəyərli dövlət başçılarına rəsmi dəvətləri göndərmişəm və bu ilin noyabrında Bakıda Sammitdə sizi görməkdən məmnun olaram.

Bu gün keçirilən görüşə dəvətə görə bütün dövlət başçılarına bir daha təşəkkürümü bildirmək istəyirəm və Mərkəzi Asiyanın qardaş xalqlarına sülh, əmin-amanlıq arzu edirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Prezident Emoməli Rəhmon çıxışına görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkür etdi.

X X X

Çıxışlardan sonra BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olundu.

Daha sonra Məşvərət görüşünün Birgə Bəyanatı imzalandı.

X X X

Qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncüsü isə Qırğızıstanda keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!