06 Yanvar 2026 08:40
511
SİYASƏT
A- A+
Azərbaycan praqmatik siyasət yürüdür

Azərbaycan praqmatik siyasət yürüdür


Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə müraciəti Azərbaycan xalqı üçün olduqca əlamətdar olmaqla yanaşı, həm də dünyada gedən mövcud proseslərlə uzlaşır. Uzaqgörən liderimiz bildirdi ki, "kim güclüdür, o da haqlıdır" prinsipi əsas prinsip kimi bir çox ölkə tərəfindən qəbul edilib. Bu, həqiqətdə öz təsdiqini tapıb.  

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında qeyd edib ki, dünyada beynəlxalq hüquq deyil, güc işləyir. Bu reallıqları düzgün dəyərləndirən Prezident İlham Əliyev olduqca praqmatik siyasət yürüdür. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Məlumdur ki, dünyanın müxtəlif yerlərində separatizm yuvaları yaradılır. Dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə ciddi təhdidlər yaranır. "Xalqlar assimilyasiyaya uğrayır, dəyərlər məhv edilir. Bir çox xalq və dövlət bu problemlərdən ciddi şəkildə əziyyət çəkir. Şübhəsiz ki, bu həm xalqın milli mənəvi dəyərlərinin aşınmasına, həm də onların çətin həyat şəraitinə - ölkələrindən, yuvalarından, torpaqlarından didərgin düşməsinə, öz doğmalarını itirməsinə, gələcəklərinin məhvinə səbəb olur. Bu gün də eyni tendensiyanın şahidiyik. Hansı dövlət güclüdürsə, digər dövləti əzməyə, məhv etməyə, dövlət kimi legitimliyini əlindən almağa çalışır", - deyə Azər Badamov əlavə edib.

Deputat bildirib ki, Prezident İlham Əliyev yalnız Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini deyil, həm də milli ləyaqətimizi bərpa edib: "İllər ərzində beynəlxalq platformalarda, beynəlxalq təşkilatlarda, dünyada belə bir imic formalaşdırmışdılar ki, Azərbaycan məğlub edilmiş ölkədir. ATƏT-in Minsk qrupunu da əbədi etməyə çalışırdılar. Bir tərəfdən bu platforma təqaüdə ayrılmış diplomatlar üçün turist səfəri kimi lazım idisə, digər tərəfdən bu, münaqişəni əbədi etmək, siyasi manevr imkanları qazanmaq məqsədi güdürdü. Azərbaycan bütün bu oyunların üzərindən birdəfəlik xətt çəkdi. Azərbaycan xalqının ləyaqəti, heysiyyəti ilə oynayan ATƏT-in Minsk qrupu artıq yoxdur, tarixin arxivinə qarışıb. Bir gün deyilsəydi ki, Azərbaycan bunları təkbaşına bacaracaq, bəlkə də şübhə ilə yanaşardılar. Lakin biz xalq, dövlət, millət olaraq bu çətin, son dərəcə mürəkkəb işin öhdəsindən gəldik". 

A.Badamov vurğulayıb ki, "kim güclüdür, o da haqlıdır" reallığı hələ də davam edir. Azərbaycan Zəfər əldə etdikdən sonra yeni reallıqlar yaratmağa davam etdi. Biz heç kimə boyun əymirik. Azərbaycan öz tarixindən geri dönmür, qətiyyətlə, əzmlə, gələcəyə doğru irəliləyir. 

Azərbaycanın nəqliyyat və kommunikasiya yollarının mərkəzində yerləşdiyini diqqətə çatdıran deputat bildirib ki, ölkəmiz zəngin enerji ehtiyatlarına malikdir: "Azərbaycan yeraltı və yerüstü sərvətlər baxımından zəngin  ölkədir. Təbii ki, Azərbaycanda gözü olan, mövcud olan sabitliyi, daxili nizamı, oturuşmuş dövlət sistemini pozmağa çalışan qüvvələr var və bu baxımdan xarici siyasətdə edilən təzyiqlər nəticəsiz olduğu üçün zaman-zaman daxilə də əl atmağa çalışırlar. Lakin Azərbaycanda güclü xalq-iqtidar birliyi var. Bu baxımdan da Prezident müraciətinə "xalq-iqtidar birliyi" ilə başladı. Dövlət başçımız bildirdi ki, bizi qoruyan əsas amil "xalq-iqtidar birliyi"dir. Xalqımız öz rəhbəri ətrafında sıx birləşib, hər an səfərbərik, hər an hər cür təhdidə qarşı çıxmağa hazırıq. Ölkə rəhbəri həm ordumuzu gücləndirir, Silahlı Qüvvələrin döyüş qabiliyyətini artırır, həm də dövlətin ideoloji əsaslarını daha da möhkəmləndirir. Prezident İlham Əliyev heç vaxt xalqın döyüş, əzmkar ruhunun məhv olmasına imkan vermir. Xalqımız torpağın nə demək olduğunu çox gözəl bilir. Torpaq itkisinin necə acı yaşatdığını həyatımızda görmüşük. Qaçqın və məcburi köçkün məsələsinin son dərəcə acınacaqlı olduğunu Azərbaycan təcrübədə yaşayıb. Bu baxımdan dünyada baş verən proseslər - dövlətlərin legitimliyinə, suverenliyinə, ərazi bütövlüyünə edilən təcavüzlər fonunda Azərbaycan öz reallığını yaratdı. Yəni çətin siyasi durumda biz nə etdiyimizi yaxşı bilirik".

A.Badamov deyib ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri xalq-iqtidar birliyi hesabına yenidən qurulur: "Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsinə dövlət sektoru, özəl sektor, sadə vətəndaş - hər kəs cəlb olunub. Bu, bizim üçün milli ləyaqət, milli səfərbərlikdir. Dünyada baş verən hadisələri Azərbaycan xalqı yaxından izləyir. Üzləşdiyimiz çətinliklər, keçdiyimiz tarixi yol bizi möhkəmləndirib. Azərbaycan xalqı çox gözəl bilir ki, bütün siyasi oyunların kökündə nələr dayanır. Bu baxımdan heç kəs bizi haqq yolumuzdan döndərə bilməz. Azərbaycan bərabərhüquqlu əsasda əməkdaşlığa hər zaman açıqdır. Prezident İlham Əliyev hər zaman dünyaya sülh mesajı verir. Cənubi Qafqazı bütün dünya, xalqlar üçün əməkdaşlıq platformasına, iqtisadi əlaqələrin mərkəzinə çevirmək istəyirik. Bütün bu proseslərin fonunda məqsədyönlü siyasətin yürüdülməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik bacarıqlarının, şəxsi keyfiyyətlərinin nəticəsidir".

Deputat yekunda qeyd edib ki, Azərbaycan həm Mərkəzi Asiyada, həm də Cənubi Qafqazda mühüm siyasi-iqtisadi mövqeyə malikdir. Bu, böyük siyasət deməkdir. Bu gün dövlətlərin və xalqların müqəddəratı acı şəkildə həll edilir, onların heç bir fikri soruşulmur. Beynəlxalq hüququn norma və prinsipləri demək olar ki, işləmir. Bütün bu reallıqlar kontekstində Azərbaycan gücdən istifadə edərkən də beynəlxalq hüquqa söykənir. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!