24 Avqust 2025 08:25
758
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Özbəkistan-Türkmənistan enerji əməkdaşlığı uğurlu olacaq

Azərbaycan-Özbəkistan-Türkmənistan enerji əməkdaşlığı uğurlu olacaq


 Bunun üçün imkan da, zəmin də, istək də var

 

Azərbaycan, Özbəkistan və Türkmənistan energetika sahəsində üçtərəfli əməkdaşlıq etmək üçün geniş perspektivlərə malikdirlər. Əvvəla, hər üç ölkənin təbii sərvətləri buna imkan verir. İkincisi isə, Türkmənistanla ənənəvi energetika əməkdaşlığımızın olması, son dövrlər Özbəkistanla bu sahədə yaranan sıx əlaqələr  gələcək uğurlar üçün möhkəm zəmin yaradır.

 Prezident İlham Əliyev avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş zamanı bu məsələni də vurğulayıb. Belə ki, Özbəkistanla ikitərəfli əməkdaşlığın ən perspektivli sahələrindən biri məhz enerji sektorudur. SOCAR və "Uzbekneftegaz" ASC Azərbaycanda və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, neft-qaz sektorunda layihələrin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq edirlər. Bu istiqamətdə bir sıra sənədlər imzalanıb.

Dövlətimizin başçısı Türkmənbaşı şəhərində bununla bağlı bildirmişdir: "Bizim dövlət neft şirkətimiz SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb, kontrakt imzalanıb. Ümid edirik ki, yaxın bir-iki il ərzində bizə gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini biz hamımız səbirsizliklə gözləyirik".

Azərbycan-Özbəkistan "yaşıl enerji" əməkdaşlığı da genişlənir. Keçən ilin noyabr ayında, COP29-un davam etdiyi günlərdə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında üç dövlət başçısı tərəfindən "yaşıl enerji"nin istehsalı və tranziti ilə bağlı mühüm sənəd imzalanıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalama zamanı sözügedən layihə haqqında belə demişdir: "Ölkələrimiz əhəmiyyətli dərəcədə bərpaolunan enerji resurslarına malikdir və qlobal enerji keçidinə mühüm töhfə verə bilər. Özbəkistanda bu istiqamətdə genişmiqyaslı işlər aparılır, "yaşıl enerji"nin inkişafı üçün böyük proqram qəbul edilib. Biz 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payını 40 faizə çatdırmağı, həmçinin 4,2 giqavatlıq enerjisaxlama sistemləri yaratmağı planlaşdırırıq. Bundan başqa ilin sonunadək biz əlavə olaraq 2,6 giqavat bərpaolunan enerji və 300 meqavat enerjisaxlama sistemlərini şəbəkəyə birləşdirəcəyik. Hər il təxminən 2 giqavat günəş və külək enerjisi istehsal etmək gücünü işə salırıq".

Xəzər dənizindəki "Dostluq"  yatağını  isə  Azərbaycanla Türkmənistan birgə işləyəcəklər. Bu yatağın karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkənin hökumətləri arasında 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində olub. Həmin il fevralın 25-də Prezident İlham Əliyev Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Ümumiyyətlə, son illər ərzində Azərbaycan və Türkmənistan arasında münasibətlər müsbət dinamika ilə inkişaf edir. Ali səviyyədə qarşılıqlı səfərlərin xronologiyası da bunu təsdiqləyir. "Dostluq" yatağının işlənməsi barədə ümumi qərar da bu münasibətlərdən qaynaqlanır. Mütəxəssislər yataqda təqribən 50 milyon tondan çox çıxarıla bilən neft və 30 milyard kubmetrdən çox təbii qaz ehtiyatının olduğunu proqnozlaşdırırlar.

Azərbaycan və Türkmənistan tərəflərinin bu yatağı "Dostluq" adlandırmaq barədə ümumi qərarı da dərin rəmzi məna daşıyır. Çünki Anlaşma Memorandumunun imzalanması iki ölkənin energetika sahəsində prinsipcə yeni mərhələnin, möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə işin başlanğıcını qoydu ki, bunlar da regiona sistemli və uzunmüddətli əsasda iri xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaradır. Həm Azərbaycanın, həm də Türkmənistanın milli iqtisadiyyatının dinamik inkişafına, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin yüksəldilməsinə yeni təkan verilir.

Azərbaycan, Özbəkistan və Türkmənistan arasında enerji əlaqələri möhkəm əməkdaşlığa əsaslandıqca isə nəticələr daha ürəkaçan olacaq. Türkmənbaşıda üç ölkənin prezidentləri məhz bu məsələ üzərində də dayanıblar. Şərhə ehtiyac olmadığına əminliklə onların hər birinin mətbuata verdikləri bəyanatdan kiçik bir parçanı misal gətiririk.

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov bəyanatında demişdir: "Ölkələrimizin iqtisadi əməkdaşlıq baxımından potensialını nəzərdən keçirdik ki, bu da təkcə bizim deyil, bütün Avrasiya regionunun inkişafına töhfə verir. Bu qarşılıqlı fəaliyyət bizə bütün regionumuz daxilində geoiqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək. Bunu təsdiqləyən çoxlu misallar var. Elektrik enerjisi sahəsində əməkdaşlığı qeyd etmək kifayətdir, burada bizim faydalı əlaqələrimiz var.

Biz qaz sahəsində strateji tərəfdaşlığın dərinləşdirilməsinin mühüm məsələlərini, eləcə də perspektivləri müzakirə etdik və əməkdaşlığı gücləndirməyə hazır olduğumuz barədə razılığa gəldik".

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bəyanatından: "Üç ölkənin energetika sahəsində əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik. Söhbət karbohidrogen yataqlarının işlənməsi və hasil olunan elektrik enerjisinin ixracı üzrə perspektiv layihələrdən gedir".

Azərbaycan Prezidenti İlham Əliyev söylənilən fikirləri ümumiləşdirərək bəyan etmişdir: "Müzakirə olunan məsələlər burada artıq qeyd olundu, onları təkrar etmək istəmirəm. Amma bir şeyi deyə bilərəm, artıq müvafiq dövlət qurumlarına göstərişlər verildi ki, üçtərəfli əməkdaşlıq formatı yaradılsın və bizim növbəti görüşümüzə konkret istiqamətlər üzrə təkliflər verilsin. Bütün göstərişlər verildi. Yenə də deyirəm, burada səslənmişdi - nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur".

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!