08 Noyabr 2024 02:47
3332
Fərmanlar
A- A+
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi səmərəliliyinin yüksəldilməsi və dövlət büdcəsinin gəlirliliyinin artırılması üçün müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin qurulması məqsədilə qərara alıram:

1. "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi(AZCON)"publik hüquqi şəxs yaradılsın. 

2. "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı" təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki:

3.1. "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxs (bundan sonra - Holdinq) idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin (bundan sonra - dövlət müəssisələri) vahid prinsiplərə uyğun idarə olunması, işinin təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;

3.2. Holdinqin fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi icraçı direktor həyata keçirir;

3.3. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,  bu Fərmanın 2-ci hissəsinə əsasən idarəetməsinə veriləcək dövlət müəssisələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri Holdinq Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll edir;

3.4. Holdinqin Müşahidə Şurası:

3.4.1. idarəetməsinə verilmiş dövlət müəssisələrinin gəlirlər və xərclər smetalarını təsdiq edir; 

3.4.2. idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətindən əldə olunmuş vəsait üzərində sərəncam verir;

3.4.3. idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyini onların səmərəlilik göstəricilərinin təhlili əsasında qiymətləndirir, eləcə də gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinq aparır;

3.5. idarəetməsinə verilmiş dövlət müəssisələrinin müşahidə şuralarının üzvləri, o cümlədən onların rəhbərləri Holdinqin Müşahidə Şurası tərəfindən (icra orqanının rəhbərini Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi qurumlara münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla)  vəzifəyə təyin və vəzifədən azad edilir;

3.6. Holdinqin nizamnamə fondu 10 000 000 (on milyon) manatdır və Holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır.

4. Holdinqin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:

4.1. idarəetməsinə verilmiş dövlət müəssisələrinin Holdinqə ödədikləri vəsait hesabına (hər bir müəssisə üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada);

4.2. qanunla qadağan olunmayan digər mənbələrdən.

5. Holdinqin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

5.1. Azərbaycan Respublikasının Prezidentinə:

5.1.1. nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

5.1.2. idarəetmə orqanlarının yaradılması;

5.1.3. Müşahidə Şurası üzvlərinin (o cümlədən sədrinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5.1.4. icraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5.1.5. Holdinqin ləğvi və yenidən təşkili;

5.2. Holdinqə:

5.2.1. bu Fərmanın 5.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Holdinqin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Holdinqin dövlət qeydiyyatına alınması üçün nizamnaməsi təsdiq edildiyi tarixdən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

7.1. "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin Nizamnaməsinin layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün. 

8. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1343 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nın 2-5-ci, 16-cı və 16-1-ci hissələri ləğv edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 avqust tarixli 4078 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1237 (Cild I) ilə təsdiq edilmiş "Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı"nın 2-ci və 3-cü hissələri ləğv edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 noyabr 2024-cü il


Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir


"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı


1. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti

2. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

3. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti

4. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

5. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti

6. "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti

7. Bakı Gəmiqayırma Zavodu

8. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:

8.1. "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxs

8.2. "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti

8.3.  "Azerbaijan International Telecom" (AzInTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyəti

8.4.  "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti

8.5.  "Bakı Taksi Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti

8.6. "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi" İstehsalat Birliyi

9. Bu Siyahının 1-8-ci hissələrində nəzərdə tutulan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər və müəssisələr. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!