25 Mart 2024 20:00
2269
PARLAMENT
A- A+

Azərbaycan Milli Məclisinin sədri serbiyalı həmkarı ilə görüşüb

 

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, siyasi və iqtisadi, eləcə də bir sıra digər sahələrdə əməkdaşlığın inkişaf etdiyi diqqətə çatdırılıb.

Sahibə Qafarova qeyd edib ki, dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər ölkələrimiz və xalqlarımız arasında dostluğun gücləndirilməsinə mühüm töhfələr verir. O, bu münasibətlərin iki ölkənin parlamentləri arasında da uğurla davam etdirildiyini vurğulayıb. Özünün Serbiyaya rəsmi səfərini məmnunluqla xatırlayan S.Qafarova səfər zamanı keçirilən görüşlər və aparılan müzakirələrin qanunverici orqanlar arasında münasibətlərin daha da genişlənməsinə imkan yaratdığını bildirib. Tərəflər dostluq qrupları və parlament komitələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə də fikir mübadiləsi aparıblar.

Serbiya parlamentinin sədri Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb və Serbiyanın parlament müşahidə missiyası ilə azad və demokratik şəraitdə keçən seçkiləri izlədiyini diqqətə çatdırıb. Ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif sahələrdə daha da genişlənməsində maraqlı olduğunu vurğulayan Serbiya parlamentinin spikeri bildirib ki, qanunverici orqanlar arasında əlaqələr dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşməsində mühüm rol oynayır.

Tərəflər beynəlxalq münasibətlər sistemində, o cümlədən beynəlxalq təşkilatlarda, xüsusən də AŞPA-da müşahidə olunan ikili standartları tənqid edərək bildiriblər ki, bu, qurumun üzərinə götürdüyü vəzifələrlə və ya missiyası ilə ziddiyyət təşkil edir.

Görüşdə, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti qeyd olunub və Serbiya tərəfi bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycanı təbrik edib.

Bildirilib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə etiraz olaraq Serbiya parlamenti təşkilata müraciət ünvanlayıb və bu qərarın ləğv edilməsinə çağırış edib. Sahibə Qafarova bu addıma görə Serbiya tərəfinə minnətdarlığını ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video