“Azərbaycan Hava Yolları” QSC “Amadeus” gəlirləri idarəetmə sistemini tətbiq edir
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatına görə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) ən son rəqəmsal həllərin tətbiqi üzrə korporativ siyasəti çərçivəsində əməliyyat və mənfəətin optimallaşdırılması üzrə yeni sistemə - Amadeus SRM (Amadeus Segment Revenue Management) sisteminə keçib.
AZAL COVID-19 pandemiyası ilə əlaqədar aviasiya sərnişin daşımaları bazarında qeyri-sabit vəziyyətə baxmayaraq, əsası 2019-cu ildə qoyulan “Amadeus” ilə strateji tərəfdaşlığını inkişaf etdirir.
Belə ki, son yenilik aviaşirkət tərəfindən “Amadeus”un gəlirlərin idarə edilməsi üzrə SRM tətbiqinə uğurlu keçidi oldu. Yeni tətbiq “Azərbaycan Hava Yolları”na aviaşirkətin bütün marşrut şəbəkəsində gəlirlərin qiymətləndirilməsinə və optimallaşdırılmasına imkan verəcəkdir.
Amadeus SRM gəlirləri idarəetmə sistemi səfərdən bir il əvvəl gələcək tələbatı dəqiq proqnozlaşdırmaq, habelə sərnişinlərin uçuşu ləğv etmək və ya uçuşa gəlməmək xarakterini anlamaq imkanı verəcəkdir. Aviaşirkətin gəlirli fəaliyyətini dəstəkləmək məqsədilə bu tətbiq proqnozların etibarlılığını, dəqiqliyini və doğruluğunu, həmçinin dəyişən iqtisadi şəraitə operativ uyğunlaşmanı təmin edəcəkdir.
Bir sözlə, gəlirlərin idarə edilməsini mənfəət haqqında elm kimi təsvir etmək olar. Hətta normal istismar şəraitində gəlirlərin idarə edilməsi aviaşirkətlərə ən mühüm aktivlərindən birini - yer ehtiyatlarını və mənfəəti idarə etməyə imkan verən mühüm vasitədir. Amadeus SRM daha səmərəli və mənfəətli şəbəkə yaratmaq üçün real vaxt rejimində optimallaşdırma ilə dinamik həlli təklif edir.
AZAL şirkətinin prezidenti Cahangir Əsgərov qeyd edib: “Son rəqəmsal həllərin tətbiqi və daim təkmilləşdirilməsi Azərbaycanın milli aviadaşıyıcısının siyasətində əsas prinsiplərdir. “Amadeus” tətbiqləri aviaşirkətlər üçün bu sahədə daha müasir və çevik tətbiqlərdən biridir. Biz “Amadeus” ilə uzunmüddətli sazış bağlamışıq və mən əminəm ki, bu əməkdaşlıq iş prosesimizi optimallaşdırmağa və avtomatlaşdırmağa imkan verəcək”.
“AZAL-ı gəlirlərin idarə edilməsi üzrə Amadeus tətbiqlərinin istifadəçiləri ailəsində salamlamağa şadam. Amadeus SRM gəlirlərin azaldılmasının qarşısını alan və aviaşirkətlərə lazımi zamanda və lazımi müştəriyə doğru qiymətə sərnişin yerlərinin satışına kömək edən güclü elmi məlumatlara əsaslanır. O, qabaqcıl modelləşdirmə alətlərindən ibarətdir və gələcəkdə AZAL-ın real vaxt rejimində bütün satış kanalları üzrə və aviaşirkətin tam nəzarəti altında ən rəqabətqabiliyyətli qiymətləri təklif etməyə inkan verəcəkdir”, - deyə “Amadeus”un Yaxın Şərq, Türkiyə və Afrika ölkələri üzrə vitse-prezidenti Maher Kubaa qeyd etdi.
“Azərbaycan Hava Yolları” region ölkələri arasında Amadeus SRM-in ilk sifarişçisidir. Bu həllin tətbiqi 2020-ci ilin fevral ayında başlayan Amadeus Airline həllinin uğurlu inteqrasiyası yolunda növbəti addımdır.
Tezliklə “Azərbaycan Hava Yolları” tərəfindən Amadeus Group Manager sisteminin-aviaşirkətlər qrupunun biznesinin idarə edilməsində daha yüksək səviyyəyə nail olmağa imkan verən turizm agentlikləri üçün portalın tətbiqinə başlanılması gözlənilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!