07 Dekabr 2023 14:23
602
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokolu imzalanıb

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokolu imzalanıb

 

Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın energetika naziri, komissiyanın Azərbaycan tərəfindən həmsədri Pərviz Şahbazov və Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri, komissiyanın Britaniya tərəfindən həmsədri Lord Malcolm Offordun sədrliyi ilə keçirilən iclasda iki ölkənin müvafiq dövlət strukturlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

Nazir Pərviz Şahbazov çıxış edərək Azərbaycanla Birləşmiş Krallığı ənənəvi dostluq və sıx əməkdaşlıq münasibətlərinin birləşdirdiyini, dövlətlərarası əlaqələrin, iqtisadi-ticari, enerji, siyasi, sosial və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın hazırkı yüksək səviyyəsi və gündən-günə yeni məzmunla zənginləşməsinin xüsusi məmnunluq doğurduğunu bildirib. Qarşılıqlı rəsmi səfərlər və görüşlərin əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığı, imzalanmış ikitərəfli sənədlərin əlaqələrimizin mütərəqqi inkişafı üçün əlverişli siyasi-hüquqi zəmin yaratdığı qeyd edilib. “Birləşmiş Krallıq Azərbaycanın ən iri xarici investor ölkəsidir və 1995-2023-cü ilin 6 ayı ərzində bu ölkədən Azərbaycana 35 milyard dollar həcmində investisiya yatırımı olmuşdur, ondan 33 milyard dollar neft-qaz sektorunun payına düşür. Qeyd olunan dövr ərzində Azərbaycandan Birləşmiş Krallığa 2 milyard dolar həcmində investiya yatırımı olub”, - deyə nazir vurğulayıb.

Çıxışda Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri çərçivəsində fəaliyyəti qeyd edilib, bu ərazilərin minalardan təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfənin yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. İki ölkə arasında enerji sektorunda uzunmüddətli və məhsuldar işbirliyi haqqında danışılıb və bu əməkdaşlığın qlobal enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığı bildirilib.

Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord isə çıxışında bildirib ki, Azərbaycanla Britaniya arasında illik ticarət əlaqələri 1,3 milyard funt sterlinq dəyərindədir: “Hər iki ölkədə təsərrüfat subyektləri üçün ticarətin sürətləndirilməsi və sadələşdirilməsi yolu ilə bu rəqəmi artırmaq əzmindəyik. Hökumətlərarası Birgə Komissiya ticarət və investisiya artımının daha çox və daha sürətlə stimullaşdırılması yollarını müzakirə etmək üçün platforma rolunu oynayır".

İclasda Hökumətlərarası Komissiyanın 5-ci iclasından ötən dövr ərzində görülmüş işlər nəzərdən keçirilib, iki ölkə arasında biznes mühiti, enerji keçidi, səhiyyə, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat, mina fəaliyyəti və itkin düşmüş şəxslərin müəyyən edilməsi, təhsil, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühit və iqlim dəyişikliyi sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekununa dair Protokol və Azərbaycanın “Bridge” şirkətlər qrupu ilə Britaniyanın “Concrete Canvas Limited” şirkəti arasında Eksklüziv Distribütorluq Müqaviləsi imzalanıb.

Komissiyanın 7-ci iclasının 2024-cü ildə London şəhərində keçirilməsi razılaşdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!