19 Noyabr 2023 21:26
467
İDMAN
A- A+

Azərbaycan boksçusu ikiqat Avropa çempionu olub  

 

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında final döyüşləri keçirilir. Həlledici mərhələdə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, finalda ermənistanlı Rudolf Qarboyanla üz-üzə gələn yığmamızın lideri Nicat Hüseynov (51 kq) rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə inamlı qələbə qazanıb. O, bununla titulunu qoruyaraq ardıcıl ikinci dəfə Avropa çempionu adına layiq görülüb və Budvada Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çempionatda 57 kiloqram çəkidə mübarizə aparan Əzrək Bəbirov isə gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 5 medalla başa vurub. Komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc mükafata yiyələnib. Millimizə bürünc medalları Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) qazandırıb.

Bir il əvvəl Xorvatiyada yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olmuşdu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video