18 Noyabr 2025 19:53
379
SİYASƏT
A- A+
Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumunda enerji təhlükəsizliyi mövzusu müzakirə edilib

Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumunda enerji təhlükəsizliyi mövzusu müzakirə edilib


Noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu çərçivəsində “Enerji təhlükəsizliyi və bağlantılar” mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin Siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damjan Krnjevic Miškovicin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycanın enerji dəhlizləri, nəqliyyat marşrutları və formalaşan rəqəmsal şəbəkələr vasitəsilə Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas rolu təhlil olunub. Həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi, bərpaolunan enerji üzrə əməkdaşlıq və Orta Dəhliz kimi multimodal nəqliyyat marşrutlarının inkişafı müzakirə edilib.

Sessiyada çıxış edən Amerika Enerji Təhlükəsizliyi Təşəbbüsünün baş elmi işçisi və direktoru Brigam Makkoun (Brigham McCown) qeyd edib ki, qlobal enerji layihələrində ABŞ kimi dövlətlərin etimadını qazanmaq asan deyil. Lakin ABŞ-ın Trans-Xəzər nəqliyyat marşrutuna xüsusi maraq göstərməsi də məhz Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşması ilə bağlıdır. “Bu marşrutun strateji əhəmiyyəti gələcəkdə daha da artacaq. Trans-Xəzər marşrutu regional riskləri azaltmağa və enerji axınlarının dayanıqlılığını gücləndirməyə imkan yaradır.

Azərbaycan bu enerji əlaqələrinin mərkəzində yerləşir. Bu dəhlizlərin uğurlu fəaliyyəti üçün yalnız infrastruktur deyil, həm də səmərəli idarəetmə və maliyyələşdirmə mexanizmləri vacibdir. Bununla yanaşı, Azərbaycanın bərpaolunan enerji potensialı da diqqət çəkir. ABŞ kimi ölkələr bu sahədə əməkdaşlıq etməyə və dəstək göstərməyə hazırdırlar”, - deyə B.Makkoun əlavə edib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov qeyd edib ki, enerji təhlükəsizliyi region üçün strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi Azərbaycan qazını Avropaya çatdıran və Avropanın enerji şaxələndirməsinə töhfə verən əsas xətdir. Bu dəhlizdən həm Azərbaycan, həm Avropa ölkələri, həm də tranzit iştirakçılar kifayət qədər faydalanır. Sülh razılaşması və sabitlik isə bu və digər enerji layihələrinin daha dayanıqlı şəkildə inkişafına imkan verəcək. “Belə ki, Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir və Cənub Qaz Dəhlizi üzrə həcmlər hər il yüksəlməkdədir. Rəsmi göstəricilərə görə, 2021-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə xarici ölkələrə 17,8 milyard kubmetr qaz ixrac edib. 2024-cü ildə isə bu göstərici 22,9 milyard kubmetrə çatıb. Bu, 2021-ci illə müqayisədə 28,65 faiz artım deməkdir. Azərbaycanın enerji siyasəti təkcə region deyil, həm də Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, TAP və TANAP kimi layihələrin ötürücülük qabiliyyətinin artırılması, eləcə də Xəzər hövzəsi üzrə yeni nəqliyyat marşrutları bu prosesə əlavə dinamika gətirir. Azərbaycanın artan enerji potensialı ölkənin qlobal enerji bazarındakı rolunu daha da gücləndirir və qarşıdakı illərdə qaz ixracının daha da artacağı gözlənilir”, - deyə V.Bayramov vurğulayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, Azərbaycan bu sinxron marşrut boyunca infrastrukturun yenilənməsinə rəhbərlik edir. Lakin biz anlayırıq ki, hər bir zəncir ən zəif halqası qədər möhkəmdir. Buna görə də infrastrukturun sinxron şəkildə yenilənməsi çox vacibdir.

O, həmçinin bildirib: “Biz bir-birimizlə müharibə etməməliyik, iqtisadi inkişaf üçün yeni imkanlar tapmalıyıq. Buna görə də biz ABŞ tərəfindən dəstəklənən TRIPP layihəsində çox maraqlıyıq”.

“Danube Institute US”nin tədqiqat direktoru Carlos Roa enerji, texnologiya və kritik resurslara böyük tələbatın olduğuna diqqət çəkərək deyib: “Lakin investisiyalar yetərli deyil. Dövlət kapitalizmi çərçivəsində vəsaitlər milli maraqlar üçün ölkə daxilində yönəldilir. ABŞ və Avropa da milli maraqlarını qorumaq üçün xarici yardımları və pul axınlarını məhdudlaşdırır. Bu yeni model iqtisadi islahatları gücləndirir”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Şahmar Hacıyev isə qeyd edib ki, Azərbaycan bu prosesin mərkəzində dayanır və regionda strateji əhəmiyyətə malik bir enerji qovşağı funksiyasını daşıyır. “Ölkəmiz həm Mərkəzi Asiyanı, həm də Avropanı birləşdirən əsas tranzit məkanına çevrilir. Xüsusilə Cənub Qaz Dəhlizi, Trans-Xəzər marşrutu və digər regional layihələr enerji tədarük zəncirinin gücləndirilməsinə böyük töhfə verir.

Bununla yanaşı, Azərbaycanın bərpaolunan enerji potensialı da kifayət qədər yüksəkdir. Külək, Günəş və yaşıl enerji layihələri ölkəmizin gələcək enerji xəritəsində mühüm yer tutur. Bu sahədə həyata keçirilən təşəbbüslər region üçün yaşıl dəhlizlərin yaradılmasına imkan verir və qlobal iqlim gündəliyinə uyğun şəkildə dayanıqlı inkişaf perspektivlərini gücləndirir.

Nəticə etibarilə, Azərbaycan həm ənənəvi enerji dəhlizlərinin inkişafında, həm də bərpaolunan enerji üzrə yeni əməkdaşlıq formatlarının qurulmasında aparıcı mövqeyə malikdir. Bu isə ölkəmizi regionun enerji təhlükəsizliyi və iqtisadi inteqrasiyası baxımından əvəzsiz tərəfdaşa çevirir”, - deyə Ş.Hacıyev vurğulayıb.

Sessiya müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!