AZAL Dubayın turizm məkanlarında sərnişinlərə endirimlər təqdim edir
Azərbaycanın milli aviadaşıyıcısı ilə 15 noyabr 2023-cü il tarixdən 31 mart 2024-cü il tarixədək Dubaya səyahət edən sərnişinlər BƏƏ-nin ən böyük şəhərinin məşhur turizm və əyləncə məkanlarında endirimlərdən yararlana bilərlər.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, AZAL-ın müştəriləri Dubaydakı "Dolphin Bay" delfinariyası və "The Lost Chambers" okeanariumunda 15 faiz, "The View at the Palm" baxış meydançası və "AYA Universe" muzeyində isə 20 faiz endirim əldə edə bilərlər. Endirimdən yararlanmaq üçün AZAL sərnişinləri qeyd olunan məkanları ziyarət edərkən minik talonu və pasportlarını təqdim etməlidirlər.
Qeyd edək ki, təklif yalnız birdəfəlik istifadə üçün keçərlidir və BƏƏ-nin dövlət bayramları zamanı tətbiq edilmir.
AZAL ilə səyahət edin və Dubayın maraqlı, görməli yerlərini ziyarət etmək fürsətini qaçırmayın!
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Thonqlun Sisulitə
02 Dekabr
DTX-nin Akademiyasının yaradılmasının 25 illiyi münasibətilə tədbir təşkil olunub
02 Dekabr
Çexiya parlamentinin Deputatlar Palatasının sədri Qarabağdakı antiterror tədbirləri barədə məlumatla...
02 Dekabr
İcma: Ermənistan hələ də utopiya ilə məşğuldur
02 Dekabr
Dünya birjalarında neft ucuzlaşıb
02 Dekabr
İsrail ordusu Qəzza zolağında 4 girovun öldüyünü təsdiqləyib
02 Dekabr
Qəzzada ölən media nümayəndələrinin sayı 61-ə yüksəlib
02 Dekabr
Qadın futbolçulardan ibarət Azərbaycan millisi B Liqasına yüksəlib
02 Dekabr
Azərbaycanın COP28-dəki pavilyonu fəaliyyətə başlayıb
02 Dekabr
Güləşçilərimiz əzmkarlıq göstərirlər
02 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!