05 Oktyabr 2021 00:50
1140
İQTİSADİYYAT
A- A+
Azad edilmiş ərazilərdə kənd təsərrüfatının yenidən qurulması və inkişafında Belarusun iştirakı müzakirə olunub

Azad edilmiş ərazilərdə kənd təsərrüfatının yenidən qurulması və inkişafında Belarusun iştirakı müzakirə olunub

 

Kənd təsərrüfatı sahəsində Azərbaycan-Belarus İşçi qrupunun 1-ci iclası keçirilib

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan-Belarus İşçi  qrupunun 1-ci iclası keçirilib.

Onlayn iclasda Azərbaycan tərəfdən İşçi qrupun həmsədri, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Belarus tərəfdən İşçi qrupun həmsədri, kənd təsərrüfatı və ərzaq nazirinin müavini  İqor Brılo, hər iki ölkənin müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

 Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, aqrar xidmətlərin elektronlaşdırılması barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub və bu istiqamətdə yeni strateji inkişaf hədəfləri müəyyən edilib. Onlayn iclasda Azərbaycanın aqrar sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə modernləşmə, ixracın inkişafı və kənd təsərrüfatına maliyyə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan və Belarus arasında kənd təsərrüfatında hazırkı vəziyyət, eləcə də qlobal pandemiyanın bu sektora təsiri barədə müzakirələr aparılıb. Azərbaycanda hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində kənd təsərrüfatının ölkə iqtisadiyyatında ən az ziyan çəkmiş sektor olduğu diqqətə çatdırılıb.

İşçi qrupun iclasında iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq  xüsusi müzakirə mövzusu olub. Bildirilib ki, Belarus ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələr inkişaf edir.

Tədbirdə Azərbaycan və Belarus arasında aqrar sahədə texnologiya transferi və birgə pilot layihələrin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının idxal-ixrac dövriyyəsinin artırılması, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi, bitkiçilik, toxumçuluq, heyvandarlıq və baytarlıq, kənd təsərrüfatı təhsili, qida təhlükəsizliyi sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının yenidən qurulması və inkişafı prosesində Belarusun iştirakı məsələləri ətrafında müzakirələr aparılıb. Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var.

Hər iki tərəf əməkdaşlıqda maraqlı olduğunu bildirib və gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!