AXA ötən ilin yekunlarını müzakirə edib
Aqrar Xidmətlər Agentliyində (AXA) 2021-ci ilin yekunlarına və cari ildə nəzərdə tutulmuş işlərə həsr olunmuş onlayn formatda görüş keçirilib.
Görüşdə çıxış edən AXA-nın sədri Mirzə Əliyev agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq görülmüş işlər və qarşıda duran vəzifələr, dövlət tərəfindən fermerlərə göstərilən dəstək, yeni innovativ texnologiyaların tətbiqi, həmçinin AXA-da aparılan struktur islahatları nəticəsində çevik idarəetmə mexanizminin yaradılması, DAİM-lərlə koordinasiyanın gücləndirilməsi, yerli qurumlarla işin səmərəliliyinin artırılması, DAİM Dəstək Mərkəzinin fəaliyyətinin daha da genişləndirilməsi, beynəlxalq təcrübəyə əsaslanan informasiya və məsləhət xidmətinin əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, aqrar sektorun inkişafına dövlət tərəfindən hərtərəfli dəstək davam etdirilir, fermerlərin bu tədbirlərdən istifadə etmək imkanları asanlaşdırılır, bu istiqamətdə şəffaflıq, hesabatlıq və əlçatanlıq təmin olunur. Görülmüş işlər nəticəsində ötən dövrlə müqayisədə bu sahədə daha çox uğurlu nailiyyətlər qazanılıb. Cari ildə nəzərdə tutulmuş işlərin səmərəliliyini daha da artırmaq üçün yerli qurumların üzərinə böyük vəzifələrin qoyulduğunu diqqətə çatdırıb.
O da vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərdə layihələr uğurla həyata keçirilib, 80,1 min hektar sahədə zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin aparılması təmin edilib.
Görüşdə aqrar sahənin inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirələrin sonunda bu formatda görüşlərin mütəmadi olaraq davam etdirilməsi qərara alınıb, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıq və tövsiyələr verilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Milli Məclis sədrinin müavini Adil Əliyev: Azərbaycan-Litva münasibətləri strateji tərəfdaşlıq ruhun...
22 May
Azərbaycan xarici işlər nazirinin müavini Finlandiya Respublikasında işgüzar səfərdə olub ...
22 May
İyirmi iki mindən çox abituriyent qəbul imtahanı verib
22 May
Prezident İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib ...
22 May
Ceyhun Bayramov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
22 May
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu mükafatlandırılıb ...
22 May
Mario Draqi: İtaliya Ukraynanın Avropa İttifaqına üzv olmasını dəstəkləyir
22 May
Sabah bəzi yerlərdə yağış yağacaq
22 May
Müdafiə Nazirliyi həftəlik videoicmalı təqdim edib
22 May
Gürcüstanın din xadimləri Şuşa şəhərində səfərdədirlər
22 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!