21 Noyabr 2025 20:13
429
DÜNYA
A- A+
Avropalı liderlər Ukrayna Prezidenti ilə ABŞ-ın sülh təşəbbüsünü müzakirə ediblər  

Avropalı liderlər Ukrayna Prezidenti ilə ABŞ-ın sülh təşəbbüsünü müzakirə ediblər  


Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Amerika Birləşmiş Ştatlarının (ABŞ) müharibəyə son qoymağı hədəfləyən sülh təşəbbüsünü Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında müzakirə ediblər. Telefon söhbətində Vaşinqtonun münaqişənin dayandırılması istiqamətindəki səyləri yüksək qiymətləndirilsə də, danışıqlarda razılaşmanın yalnız Avropa tərəfdaşlarının birgə iştirakı ilə mümkün olacağı vurğulanıb.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə Almaniya hökumətinin sözçüsü məlumat verib.

Məlumata əsasən, söhbət zamanı liderlər Ukraynanın suverenliyinə göstərilən dəstəyin və ölkəyə etibarlı təhlükəsizlik təminatları verilməsinə hazırlığın əhəmiyyətini qeyd ediblər. Tərəflər, həmçinin mövcud proseslərin Avropa ölkələri və ABŞ-la sıx koordinasiyada aparılması barədə razılığa gəliblər.

Müzakirələrdə Avropanın və Ukraynanın həyati maraqlarının uzunmüddətli qorunması hədəf kimi müəyyən olunub. Bu çərçivədə təmas xəttinin mümkün razılaşma üçün baza kimi qəbul edilməsi və Ukrayna Silahlı Qüvvələrinin suverenliyi müdafiə edə biləcək imkanlara malik olmasının zəruriliyi diqqətə çatdırılıb. Avropa dövlətlərini, Avropa İttifaqını və ya NATO-nu əhatə edən hər hansı qərarın yalnız Avropa müttəfiqlərinin yekdil razılığı ilə qəbul edilə biləcəyi xüsusi vurğulanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski danışıqdan sonra X sosial şəbəkəsində paylaşımında dörd ölkənin ABŞ tərəfindən irəli sürülmüş layihə üzərində birgə işləyəcəyini qeyd edib. O bildirib ki, bu sənəd Ukrayna üçün ədalətli və dayanıqlı sülh təmin etməlidir.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas isə vurğulayıb ki, Avropa İttifaqının prosesə dəstəyi bir sıra şərtlərlə bağlıdır. Onun sözlərinə görə, sülh planı həm Ukraynanın, həm də Avropa İttifaqının maraqlarını nəzərə almalıdır və yalnız tərəflərin birgə iştirakı ilə real nəticə verə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!