05 Dekabr 2023 15:37
283
CƏMİYYƏT
A- A+
Avropada və Mərkəzi Asiyada havanın çirkləndirilməsi uşaqların sağlamlığına təhlükə törədir

Avropada və Mərkəzi Asiyada havanın çirkləndirilməsi uşaqların sağlamlığına təhlükə törədir

 

Havanın çirkləndirilməsi uşaqların sağlamlığı üçün ciddi ekoloji risk törədir. 2019-cu ildə Avropanın və Mərkəzi Asiyanın 52 ölkəsində havanın çirkləndirilməsi ilə bağlı səbəblər ucbatından 5800-ə yaxın uşaq və yeniyetmə ölüb. Daha çox sayda uşaq və yeniyetmə havanın çirkləndirilməsinin sağlamlıq və inkişaf üçün təhlükəli fəsadları, o cümlədən öldürücü olmayan xəstəliklər, xəstəxanaya yatırılma və əlilliklə qarşılaşıb.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, UNICEF-in məlumatına görə, Avropa regionunun və Mərkəzi Asiyada havanın çirkləndirilməsi ilə bağlı 2019-cu ildə vəfat edən 20 yaşdan aşağı sakinlərin təqribən 85 faizi 1 yaşına çatmayan uşaqlardır. Bu ölüm hallarının qarşısını almaq mümkün idi.

Uşaqlar onların sağlamlığına və inkişafına dağıdıcı təsir göstərən hava çirklənməsinə qarşı son dərəcə həssasdırlar. Elmi məlumatlara müvafiq olaraq, havanın çirklənməsi mənfi nəticələnən doğum hallarına, o cümlədən vaxtından əvvəl doğuşlara və körpələrin anadangəlmə az çəkidə olmasına, körpə ölümlərinə, ağciyərlərin funksiyasının pozulmasına, nasaz vəziyyət və astmaya, ürək-damar xəstəlikləri və xərçəng, eləcə də nevroloji pozuntuların inkişaf riskinin artmasına şərait yaradır. Havanın çirklənməsi ilə bağlı olan digər respiratorlu xəstəliklərə yuxarı tənəffüs yollarının infeksiyası, orta qulağın iltihabı və allergik xəstəliklər aiddir.

Uşaqlar havanın çirklənməsinin təsirinə böyüklərlə müqayisədə daha çox məruz qalırlar, çünki onlar böyüklərə nisbətən iki dəfə sürətlə nəfəs alır, əksər hallarda ağızla nəfəs çəkir, bununla da çirkləndirilmiş maddələrin böyük həcmini udmuş olurlar, eləcə də bu maddələrin toplandığı torpağa daha yaxın olurlar. Azyaşlılar fizioloji cəhətdən havanın çirklənməsinə daha həssasdırlar, çünki onlarda ağciyərlər və digər orqanlar lazımi inkişaf səviyyəsinə çatmayıb, bu səbəbdən də zəhərli çirkləndiricilərin təsirindən müdafiə mexanizmi böyüklərdəki kimi işləmir. Zəhərli çirkləndirici maddələrin uzun müddət təsiri boy artmasının və orqanların inkişafının pozulmasına gətirib çıxarır, onların həyatlarının vacib erkən illərində beyinlərinin inkişafına təsir edir, nəticədə həm fiziki, həm də əqli inkişafda uzunmüddətli fəsadlara gətirib çıxarır.

Son məlumatlara görə, atmosfer havasının çirklənməsinin təsirinə regionun 50 ölkəsində 83 faizdən yuxarı uşaq məruz qalır. Havanın çirklənməsi ictimai səhiyyə sahəsində böhranlı vəziyyətin yaranmasına səbəb olur. Çirklənmiş havanın erkən yaşlarda təsiri ilə sonradan səhhətin vəziyyəti arasında möhkəm əlaqə mövcuddur. Avropada və Mərkəzi Asiyada havanın PM2,5 və PM10 hissəcikləri ilə çirklənməsi əsasən məişət, kommersiya və institusional məqsədlərlə mədən yanacağından istifadə təcrübəsi ilə şərtləndirilir. Həm də nəzərə almaq lazımdır ki, daş kömürdən istifadə uşaqların sağlamlığına ölümcül təsir göstərir.

Havanı çirkləndirən PM2,5 ultradispers hissəcikləri insan saçından 200 dəfə nazikdir və uşaqlar üçün böyük təhlükə kəsb edir. Çünki qan dövranına asanlıqla düşür və hematoensefalik maneəni asanlıqla adlayır. Onlar neyroiltihab əmələ gətirir və beyinin inkişafını pozurlar və bu da kiçik yaşlı uşaqlar üçün xüsusilə təhlükəlidir. Çünki həyatlarının ilk illərində onların beyini coşqun dövr yaşayır, pozuntular isə koqnitiv inkişafın korlanması və məktəbdə müvəffəqiyyət dərəcəsinin azalması ilə nəticələnir.

Havanın çirklənməsi dölün sağlamlığına da ciddi təsir göstərə bilər. Hamilələrə havanın çirklənməsinin təsirindən mümkün qədər çəkinmək tövsiyə olunur.

PM10 hissəciklərinin diametri təxminən insan saçının diametrinin yeddidəbir hissəsinə bərabərdir. Bu hissəciklər arasında sulfat, nitrat, ammonyak, natrium xloridi, texniki karbon ola bilər. Eyni zamanda, küləyin gətirdiyi təbii toz yığıntıları da buraya daxil ola bilər. PM10 hissəcikləri sağlamlıq üçün zərərlidir, çünki onlar tənəffüs yollarının pozulmasını və iltihabını əmələ gətirir.

PM10 – yaşayış məkanları daxilində və meşə yanğınları zamanı havanın çirklənməsinin əsas komponentlərindən biridir. Xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentlik bayır havasının çirklənməsini və dispers hissəcikləri atmosfer havasının əsas çirkləndirici komponentlərinə, insanda xərçəng əmələ gətirən 1-ci qrup konserogenlərə aid edir.

PM2,5 hissəcikləri əksər hallarda həddən artıq kiçik ölçüdə olmalarına görə insan sağlamlığı üçün daha təhlükəli hesab olunur. PM2,5 hissəcikləri nəinki ağciyərlərin dərinliyinə daxil ola, həm də qana düşə bilir. Bununla da sağlamlıqla bağlı müxtəlif problemlər, o cümlədən ürək xəstəlikləri və digər ürək-damar ağırlaşmaları ortaya çıxarır.

PM2,5 əksər hallarda mədən yanacağının yandırılması nəticəsində yaranır və avtomobillərdə işlənmiş qazların, sənaye istehsalı və elektrik stansiyalarının tullantılarda, eləcə də küləyin gətirdiyi toz, vulkan tullantıları kimi təbii mənbələrdə olur. Həmin hissəciklər xüsusilə yüksək risklər əmələ gətirir. Çünki onlar asanlıqla qan dövranına düşərək beyinə keçir, iltihab yaradaraq, beyini zəhərli maddələrdən qoruyan nazik membranı – hematoensefalik maneəni zədələyir.

Uzun illər davam edən tədqiqatlardan sonra 2021-ci ilin sentyabrında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2005-ci ildə qəbul olunan havanın keyfiyyəti üzrə Qlobal tövsiyələrini yeniləyib. Yeni tövsiyələrdə havanın çirklənməsinin bütün dünyada insanların sağlamlığına təsiri öz əksini tapıb. UNICEF yeni tövsiyələri dəstəkləyir və ölkələri havanın keyfiyyətinin yaxşılaşdırılması və tullantıların azaldılması sahəsində siyasətin işlənib hazırlanmasında onlardan istifadə etməyə çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ administrasiyası miqrantlarla bağlı qərarını verdi

10:58
05 Oktyabr

Ötən gün 2 avtomat silahı və 7 tüfəng təhvil götürülüb

10:57
05 Oktyabr

Energetika naziri G20 Enerji Keçidi Nazirlər İclasında COP29-un təşəbbüslərindən danışıb

10:56
05 Oktyabr

Macar parlamentari: AŞPA-nın Azərbaycanla bağlı müvafiq həll yolu tapmasının əsl vaxtıdır

10:55
05 Oktyabr

Birinci mərhələdə Horovluya 1400-ə yaxın sakin köçürüləcək 

10:54
05 Oktyabr

Eka Sepaşvili: AŞPA-da Azərbaycan nümayəndə heyətinin mövqelərini eşitmədən mühakimə yürütmək düz deyil

10:53
05 Oktyabr

Azərbaycanın Baş naziri Minskin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində olub

10:31
05 Oktyabr

Ötən gün 32 cinayətin üstü açılıb

10:18
05 Oktyabr

Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub

09:53
05 Oktyabr

Uqanda ordusunun komandanı ABŞ səfirini ölkədən çıxarmaqla hədələyib

09:48
05 Oktyabr

Zərdabda narkokuryer saxlanılıb

09:43
05 Oktyabr

Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə raket hücumuna məruz qoymasından 4 il ötür

09:42
05 Oktyabr

Dünyanın “qırmızı mirvarisi” beyni inkişaf etdirir, yaddaşı gücləndirir

09:39
05 Oktyabr

Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan dövlətinin diqqət və qayğısından razıdırlar

09:38
05 Oktyabr

Azərbaycan və Kolumbiya vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb

09:36
05 Oktyabr

Azərbaycan neftinin qiyməti 81 dolları ötüb

09:35
05 Oktyabr

Ermənistanda gərginlik artır

09:25
05 Oktyabr

"İnsan hüquqları və dünya dinləri" mövzusunda seminar təşkil olunub

09:20
05 Oktyabr

Azərbaycan Prokurorluğunun veteranı Rüstəm Usubovun 70 illik yubileyi qeyd olunub 

09:15
05 Oktyabr

Köçəri quşlar Azərbaycandan niyə yan uçur?

09:10
05 Oktyabr

Mənim Musa müəllimim

09:05
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!