06 Yanvar 2026 09:00
480
SİYASƏT
A- A+
Avropa İttifaqı Zəngəzur dəhlizinə dəstək vermək istəyir

Avropa İttifaqı Zəngəzur dəhlizinə dəstək vermək istəyir


Zəngəzur dəhlizinin (TRIPP) açılmaması üçün bir neçə il siyasi maneələrin olması sirr deyil. Layihənin  reallaşmasına Ermənistandakı revanşistlərlə yanaşı, bəzi region ölkələri də əngəl törədirdi. Lakin onların bu cəhdləri Prezident İlham Əliyevin diplomatik gedişləri qarşısında aciz idi.

Əslində, ölkəmiz Ermənistandan çox şey yox, yalnız 10 noyabr 2020-ci il tarixli Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın 9-cu maddəsinin yerinə yetirilməsini tələb edirdi. Və ona görə də Azərbaycanın göstərdiyi diplomatik təzyiqlər bəhrəsini verməyə bilməzdi. Ötən il avqustun 8-də ABŞ-nin şahidliyi ilə Ermənistanla Azərbaycan arasında Zəngəzur dəhlizinin (TRIPP) açılması barədə razılıq əldə olundu. Bu sənəd tarixə həm də Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu (TRIPP) kimi düşdü. ABŞ-nin zəmanətindən sonra adlarını çəkmədiyimiz region ölkələri də mövqelərindən əl çəkdi. Hətta Avropa İttifaqı daşı ətəyindən töküb Azərbaycanla əməkdaşlıq təşəbbüsü ilə çıxış etdi.

Bununla bağlı Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) məqaləsində qeyd olunur ki, TRIPP-ın səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasında rəqəmsal transformasiya əsas rol oynayır: "Avropa Dəmir Yolu Hərəkətinin İdarəetmə Sistemi (ERTMS) üzrə təcrübəsinə əsaslanaraq Brüssel Ermənistan və Azərbaycanın rəsmi müraciəti əsasında rəqəmsal gömrük və tranzit platformalarının hazırlanması, həmçinin tətbiqinə dəstək verə bilər. Məqsəd məlumatların fasiləsiz elektron mübadiləsini, kağızsız sənəd dövriyyəsini və yüklərin real vaxt rejimində izlənilməsini təmin edən sistemlərin qurulmasından gedir".

Məqalə müəllifinin fikrincə, standartlaşdırılmış gömrük kodlarının, elektron plomb sistemlərinin və radiotezlik identifikasiyası (RFID) daxil olmaqla intellektual logistika texnologiyalarının tətbiqinə dəstək TRIPP-ın əməliyyat sistemlərini TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) və Avropa rəqəmsal standartlarına uyğunlaşdırmağa imkan verər: "Belə olarsa, Ermənistan və Azərbaycanın rəsmi müraciəti şərti ilə Aİ-nin inteqrə olunmuş sərhəd idarəçiliyi üzrə potensialın artırılması proqramları gömrük və sərhəd xidmətlərinin peşəkar səviyyəsini yüksəldə, gecikmələri azalda və marşrut boyunca hüquqi və prosedur uyğunlaşmanı gücləndirə bilər. Bu da tranzit yüklərin mənzil başına tez çatdırılmasını təmin edə bilər. Bu əməkdaşlıq Aİ-nin Azərbaycan, Ermənistan, Türkiyə və Gürcüstan arasında texniki koordinasiya platformasının yaradılmasının maliyyələşdirilməsində iştirakına da zəmin yarada bilər.  Platformanın Aİ və ABŞ-nin həmsədrliyi ilə fəaliyyət göstərməsi də mümkün sayılır. Belə bir platforma tənzimləmələrin uyğunlaşdırılmasına, texniki standartların sinxronlaşdırılmasına və məlumat mübadiləsinin sadələşdirilməsinə töhfə verə bilər. Transmilli dəhlizlərin idarə olunması üzrə təcrübəsindən istifadə edərək Aİ real vaxt rejimində məlumat mübadiləsi sistemlərinin, rəqəmsal monitorinq panellərinin və yük axınlarının izlənməsi alətlərinin yaradılmasına dəstək göstərə, dar boğazların müəyyənləşdirilməsinə və infrastrukturun texniki xidmətinin əlaqələndirilməsinə kömək edə bilər".

Müəllif həmçinin bildirir ki, Aİ iştirakçı dövlətlərə beynəlxalq nəqliyyat konvensiyalarına və Avropa praktikasına uyğun olaraq hökumətlərarası tranzit sazişlərinin hazırlanması və yenilənməsi prosesində hüquqi məsləhət dəstəyi göstərə bilər. Bunun üçün məlumatlara əsaslanan qərarların qəbulunu dəstəkləmək məqsədilə qonşu ölkələrdən olan ekspertlərin iştirakı ilə birgə tədqiqat platformasının və ya akademik konsorsiumun yaradılması təklif olunur.

Məqalədə Ermənistan tərəfindən ərazilərimizin minalarla çirklənməsi probleminə də diqqət yetirilir. Bildirilir ki, bu amil bərpa və inkişaf üçün ən ciddi maneələrdən biri olaraq qalır, kənd təsərrüfatı torpaqlarına çıxışı məhdudlaşdırır, tikinti işlərini gecikdirir, həmçinin Ermənistanla Azərbaycan arasında ticarət marşrutlarını pozur. Bu baxımdan müəllif minatəmizləmə proqramlarının maliyyələşdirilməsinin genişləndirilməsini, o cümlədən mina aşkarlayan dronların, xüsusi texnikanın və avadanlıqların təmin edilməsini, xəritələşdirmə və məlumatların idarə olunması sistemlərinin inkişafını, yerli komandaların hazırlanması və sertifikatlaşdırılmasını təklif edir. Davamlı dəstək mexanizmi kimi "Team Europe" təşəbbüsü çərçivəsində çoxillik maliyyələşdirmə çərçivəsinin yaradılması tövsiyə olunur.

Müəllifin fikrincə, Aİ TRIPP layihəsinə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin həyata keçirilməsində tətbiq edilən strateji baxışla yanaşmalıdır: "1990-cı illərdə Azərbaycanın məhdud maliyyə imkanlarına baxmayaraq, Aİ, ABŞ və beynəlxalq şirkətlərin siyasi dəstəyi və investisiyaları bu layihəni mümkün etdi, ölkənin müstəqilliyini möhkəmləndirdi və Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlığı gücləndirdi".

GCSP hesab edir ki, eyni yanaşma bu gün TRIPP üçün də zəruridir. Müəllif hesab edir ki, Aİ və ABŞ tərəfindən davamlı siyasi, texniki və iqtisadi dəstək ticarət və nəqliyyat marşrutlarının şaxələndirilməsinə, regional qarşılıqlı əlaqənin güclənməsinə və Cənubi Qafqazda və Xəzər regionunda gələcək strateji infrastruktur layihələri üçün zəminin formalaşmasına töhfə verə bilər. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!