Avropa ilə Asiya arasında yolları qısaldan polad magistral
Bakı-Tbilisi-Qars dəmir yolunun təməlinin qoyulmasından 16 il keçir
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun təməlinin qoyulduğu gündən 16 il keçir. 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində bu möhtəşəm dəmiryolu xəttinin çəkilişinə start verilməsi tarixi əhəmiyyət daşıyırdı.
Çünki bu, Avrasiya məkanı üçün yeni bir yüksəliş layihəsi, qədim İpək Yolunun polad magistrallar üzərində bərpası demək idi.
Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda bu coğrafiyada yerləşən türkdilli ölkələrin inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur.
BTQ dəmiryolu xətti Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir. Dəmir yolunun tikintisinə dair saziş 2007-ci il fevralın 7-də Tbilisidə imzalanıb. Qeyd edildiyi kimi, həmin ilin noyabrında xəttin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.
BTQ-nin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması işi ləngitdi. Erməni lobbisi bu dəmir yolunun Ermənistandan kənar keçdiyinə görə "qəzəb"li olduğundan beynəlxalq maliyyə qurumlarının layihəyə vəsait ayırmasına maneə törədirdi. Belə olan halda dəmiryol xəttinin tikintisinin maliyyələşdirilməsini Azərbaycan öz üzərinə götürdü. Bu məqsədlə Azərbaycan Gürcüstana ildə çox kiçik faiz dərəcəsi ilə kredit verdi.
Başqa sözlə, belə möhtəşəm bir xəttin işə düşməsi Azərbaycan Prezidenti İlham Əliyevin düzgün strategiyası, siyasi və iqtisadi uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Qeyd edək ki, BTQ-dən əvvəl ölkəmiz Gürcüstanın və Türkiyənin ərazisindən keçən, Azərbaycan neftini və qazını dünya bazarlarına daşıyan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərini çəkmişdi. Bakı-Tbilisi-Qars dəmir yolunun uğuru da məhz ondan əvvəl icra edilmiş həmin qlobal layihələrə söykənirdi. Müstəqillik tariximizin möhtəşəm layihələrindən olan BTQ-ni reallaşdırmaqla Azərbaycan növbəti dəfə təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regional və qlobal əhəmiyyətli layihələri uğurla həyata keçirə bilər.
2017-ci il oktyabrın 30-da BTQ-nin Ələtdə keçirilən açılış mərasimində dövlətimizin başçısı layihənin keçdiyi yoldan və perspektivlərindən danışaraq demişdir: "Bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır".
Prezident bu dəmir yolu layihəsinə Orta Asiya ölkələrinin, o cümlədən Qazaxıstanın böyük maraq göstərdiyini qeyd etmişdi. Bildirmişdi ki, yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq və Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmləndiriləcək. Avropa üçün də bu yolun böyük əhəmiyyəti var: "Azərbaycan ərazisində "Şimal-Cənub" dəmir yolu layihəsi ilə bağlı bütün işlər tamamlanıb, yəni, bütün infrastruktur hazırdır. Eyni zamanda Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur. Biz indi "Şimal-Cənub" və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq və hesab edirəm ki, bu, mümkündür. Əminəm ki, gələcəkdə "Şimal-Qərb" və "Cənub-Qərb" nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək".
İndi bunlar danılmaz gerçəklikdir. BTQ Çindən Avropaya və əks istiqamətdə müstəsna əhəmiyyəti olan Orta Dəhlizin fəaliyyətini təmin etmişdir. Bu, təkcə üç ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
2017-2022-ci illərdə BTQ xətti ilə 1 milyon 347 min 585 ton, təkcə ötən il isə 432 min 284 ton yük daşınıb. Bu marşrut üzrə yükdaşımaların əhəmiyyətli dərəcədə artırılması qarşıda duran mühüm vəzifələr sırasındadır.
Beləliklə, Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amilə çevrilib. Bu həm də layihənin icrasında nadir əməkdaşlıq formatı göstərən üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqələrin strateji təzahürünü bütün dünyaya nümayiş etdirir.
Flora SADIQLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DSX: 27 kiloqrama yaxın narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
05 Dekabr
Ceyhun Bayramov: Xəzər dənizi sülh, dostluq, əməkdaşlıq məkanına çevriləcək
05 Dekabr
Hərbi qulluqçularla bağlı bir sıra qanunlara dəyişikliklər edilir
05 Dekabr
Ramil Həsən: Qərbi Azərbaycan İcması möhkəmliyin və sarsılmaz ruhun göstəricisidir
05 Dekabr
COMCEC-in iclasında təşkilata üzv ölkələrlə əməkdaşlıq perspektivləri müzakirə olunub
05 Dekabr
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
05 Dekabr
Nazir: Beynəlxalq enerji şirkətləri ilə 19 QVt həcmində güclərin yaradılmasını planlaşdırırıq...
05 Dekabr
Bakı metrosundan gündəlik istifadə edənlərin sayı 593 mini ötüb
05 Dekabr
Nazim Mustafa: Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd boşaldılıb...
05 Dekabr
Azərbaycanda halal ekosistemin inkişafı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub...
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!