01 Sentyabr 2024 10:49
58
SİYASƏT
A- A+

ATƏT müşahidə missiyasının rəhbəri: Seçki komissiyası ətraflı məlumat verdi, seçkilər haqqında xeyli məlumatlandıq


Bu gün bütün ölkə üzrə müxtəlif seçki məntəqələrində 200-dən çox müşahidəçimiz var.

Bunu "Report"a açıqlamasında ATƏT müşahidə missiyasının xüsusi koordinatoru və rəhbəri Maykl Krid (Michael Creed) deyib.

"Beləliklə, sabah biz bütün bu müşahidəçilərin müşahidələri əsasında hesabat dərc edəcəyik. Son günlər vətəndaş cəmiyyətləri, siyasi partiyalar, seçki komissiyası ilə çox geniş brifinqlər keçirmişik. Seçki komissiyası xüsusilə mənə çoxlu məlumat verdi. Bu, bizə çox vacib olan seçkilər haqqında məlumatlanmağa kömək etdi. Dərc edəcəyimiz hesabat bu brifinqlərin də məcmusu olacaq", - o qeyd edib.

M.Krid hazırda ilk məntəqəni ziyarət etdiyini bildirib:

"Hazırda bu ilk məntəqədir ki, mən baş çəkirəm və bir seçki məntəqəsindəki müşahidəyə əsasən, hər hansı açıqlama vermək istəmirəm. Bizim nümayəndələrimiz bütün ölkə üzrə müşahidə həyata keçirirlər və sabah bunun nəticələri açıqlanacaq. Bakıda və Azərbaycanın hər yerində bizim nümayəndələrimiz var. Buradan sonra başqa bir çox seçki məntəqələrinə baş çəkəcəyəm. Bir aydır ki, bizim burada müşahidə missiyamız var, buna görə də kifayət qədər məlumatlıyıq.

Sabah isə mətbuat konfransımız olacaq. Mən İrlandiyadanam. İrlandiyadan Azərbaycana çox uzun məsafədir. Burada gördüklərimdən çox təsirləndim. Şəhəriniz çox gözəldir. Ancaq indi daha çox seçki məntəqələrinə baxmağa gedirəm. ATƏT Parlament Assambleyasının üzvləri kimi bizim ümumi məqsədimiz var. Biz demokratik prinsiplərə, azad və ədalətli seçkilərə, sərbəst toplaşmaq azadlığına və Kopenhagen sənədində yer alan bütün prinsiplərə sadiqliyimizi bölüşürük. Odur ki, biz hesabatımızı bu fonda dərc edəcəyik".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video