11 Yanvar 2023 03:07
536
Təhsil
A- A+

Astara məktəbliləri nümunə göstərirlər

 

Astarada təhsildə yüksək uğur qazanmış məktəblilər, onların müəllim və valideynləri ilə görüş keçirilmişdir. Rayon icra hakimiyyətində keçirilən görüşdə qeyd olunmuşdur ki, yeni nəslin intellektual inkişafı, gənclərimizin yeni texnologiyaları öyrənməsi dövlətimizin diqqətindədir. 
Azərbaycanda "STEAM Azərbaycan" layihəsi istiqamətində görülən işlərə, məktəblilər arasında keçirilən müxtəlif intellektual və idman yarışlarının təşkilinə, o cümlədən "Əlaçı" verilişinə dövlət tərəfindən yüksək səviyyədə dəstək göstərilməsi buna misaldır. 
Bildirilmişdir ki, son illər respublika və beynəlxalq əhəmiyyətli yarışlarda yüksək nəticələr əldə edən Astara məktəblilərinin sayının artması  sevindiricidir. Bu uğurlar digər şagirdləri də motivasiya edir və həvəsləndirir. Deqadi kənd ümumi orta məktəbinin informatika müəllimi - "Sparrow" komandasının rəhbəri Nemət Tarverdiyev çıxış edərək qeyd etmişdir ki, 2019-2022-ci illərdə Astara məktəbliləri STEAM-lə bağlı müxtəlif sərgi və festivallarda 10 medal qazanmışlar: "Ötən il dekabrın 5-9-da Bakı Ekspo Mərkəzində STEAM Azərbaycan layihəsi çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə SAF-2022 (STEAM Azərbaycan Festivalı) keçirilmişdir. Ümumilikdə, 1300-dən çox məktəblinin qatıldığı festivalda 7 xarici ölkədən 127 əcnəbi iştirak etmişdir. Festivalda  "EduDrone kateqoriyası" üzrə Astara rayon Deqadi kənd ümumi orta məktəbinin "Sparrow" komandası birinci yerə layiq görülərək qızıl medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır". 
SAF-2022-nin qızıl medalçıları - "Sparrow" komandasının üzvləri  Deqadi kənd ümumi orta məktəbinin VII sinif şagirdləri Murad İsayev və Nuran Hacızadə çıxış edərək yeni uğurlar qazanmaq üçün bundan sonra da məsuliyyətlə çalışacaqlarını bildirmişlər. 
İctimai TV-nin "Əlaçı" verilişinin qalibi, Astara rayonu X.Şəkərov adına Tüləküvan kənd tam orta məktəbin XI sinif şagirdi Sevanə İsazadə də Elm və Təhsil Nazirliyinin diplomuna layiq görülməsində ona dəstək olan valideyn və müəllimlərinə təşəkkür etmişdir. 

Safail MƏMMƏDOV,
Astara
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video