14 May 2023 01:52
1074
ELANLAR
A- A+
"ASELSAN" Azərbaycanın avtomobil yollarına Ağıllı Nəqliyyat Həllərini tətbiq edəcək

"ASELSAN" Azərbaycanın avtomobil yollarına Ağıllı Nəqliyyat Həllərini tətbiq edəcək

 

"ASELSAN" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sifarişi ilə magistral yollarda nəqliyyat vasitələrinin ölçü və çəki pozuntularını aşkar etmək üçün yeni layihə hazırlayıb. 
May ayının 8-də baş tutan açılış mərasimində "ASELSAN" İdarə Heyətinin sədri və direktoru prof. dr. Haluk Görgün, direktor müavini və UGES sektor müdiri prof. dr. Mehmet Çelik, "ASELSAN-Bakü" şirkətinin direktoru Özgür Kürüm, eləcə də Türkiyə Prezident Aparatı Maliyyə İdarəsinin müdiri prof. dr. Göksel Aşan, Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəsi səfir Ufuk Turganer, Türkiyənin Azərbaycandakı səfirliyinin Ticarət Müşavirliyinin baş müşavirləri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmiləri və Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmiləri iştirak ediblər.  
"ASELSAN" İdarə Heyətinin sədri və direktoru cənab professor dr. Haluk Görgün: "Komandalarımızın gərgin və fədakar zəhməti sayəsində biz layihəmizi nəzərdə tutulan vaxtdan daha əvvəl Bakı yaxınlığında, Tağıyev qəsəbəsində istifadəyə verdik. Azərbaycanda ümumilikdə müxtəlif məntəqələrdə həyata keçiriləcək və Bakıda bir mərkəzdən canlı izlənilə və idarə oluna bilən bu texnologiyanı qısa müddət ərzində istifadəyə verdiyimiz üçün çox şadıq. Bu layihə ilə avtomobil yollarında nəqliyyat vasitələrinin dayanmasına və ya sürətinin azalmasına ehtiyac qalmadan, çəki ölçülərək nəqliyyat sıxlığı azalacaq və daha səmərəli nəqliyyat axını təmin ediləcək" deyib. 
Yüksək dəqiqliklə nəqliyyat vasitələrinin aşkarlanması-təsnifatı və dövlət qeydiyyat nişanının tanınması imkanlarını təmin etməyi və müxtəlif məntəqələrdə quraşdırılmasını hədəfləyən layihə ilə nəqliyyat sıxlığının real vaxt rejimində izlənilə bilməsinin, eyni zamanda nəqliyyatın idarə edilməsinə töhfə verərək yol texniki qulluq xərclərinin azaldılmasının təmin olunması nəzərdə tutulur. Daha az operator və avadanlıq tələb etdiyi üçün sərfəli bir həll olaraq təqdim edilən sistemlə həddindən artıq yüklənmiş avtomobillər də aşkarlanaraq bu nəqliyyat vasitələrinin yollara və ya körpülərə zərər verməsinin qarşısı alınacaqdır. İnsanlara və planetə xidmət edən texnologiyası ilə hər sahədə davamlılıq fəaliyyətlərini sürətləndirən "ASELSAN" bu layihə ilə həddindən artıq yüklənmiş avtomobilləri aşkar edərək hava çirkliliyinin və parnik qazı emissiyalarının da azaldılmasını təmin edir. 
_____________________
"ASELSAN" haqqında: Qlobal texnologiya lideri olaraq, ixtisaslı insan resurslarına sərmayə qoyaraq, bütün dünyada istifadəçilərinə yeni təcrübələr təqdim etməklə ardıcıl olaraq ruhlandırıcı şəkildə böyüməyə davam edir. Bir radiostansiya ilə başlayan səyahət bu gün müdafiə və təhlükəsizlik sahəsində 500-dən çox müxtəlif məhsul və həllər ilə davam edir. Şirkətin uzunmüddətli inkişaf strategiyası ona perspektivli bazarlarda investisiya imkanlarından istifadə etməyə geniş imkan verdi. Hər yeni gün şirkət 80-dən çox ölkədə istifadəçilər tərəfindən dəstəklənən texnologiyanın hüdudlarına meydan oxumağa təşviq edən yeni ideyalar və xəyallarla başlayır. "ASELSAN"  sonsuz motivasiya ilə daha yaxşı bir planet üçün səy göstərməyə davam edir.

"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!