28 Noyabr 2025 08:50
326
CƏMİYYƏT
A- A+
Arzuları reallaşan qəhrəman

Arzuları reallaşan qəhrəman


Bütün yaşıdları kimi onun üçün də müharibə baxdığı sənədli və bədii filmlərdə gördüyü səhnələr, bir də yaşlı insanların danışdıqları xatirələr idi. Gültəkin Əsgərova 1960-cı il noyabrın 20-də Bakı şəhərində dünyaya göz açmışdı. Uşaqlığı sülhün, əmin-amanlığın bərqərar olduğu illərdə keçirdi. Hərdən böyüklərdən eşidirdi: "Yaxşı ki, siz bizim kimi müharibənin ağrı-acısını görməmisiniz, odundan, alovlarından keçməmisiniz".

Onda ağlına gəlməzdi ki, gəncliyi müharibənin qanlı-qadalı illərinə düşəcək. Dəhşətli müharibənin könüllü iştirakçısı, hətta qəhrəmanı olacaq. Uzaq-uzaq kəndlərin, şəhərlərin, ölkələrin deyil, öz doğma vətəninin ərazilərinin azadlığı uğrunda canını fəda edəcək. Və ən yüksək ada - "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüləcək...


Cəbhəyə həkimlər lazım idi...


Orta məktəbdə oxuyanda gələcəklə bağlı tükənməz arzuları, şirin xəyalları vardı. O, insanların sağlam, xoşbəxt olmasını istəyirdi. Özünə müqəddəs bir peşə seçdi. Sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universiteti) verdi. 1985-ci ildə ali təhsilini başa vurub 8 saylı Təcili Yardım stansiyasında fəaliyyətə başladı. 

Gültəkin Əsgərova ilk dəfə atəş səslərini, güllələrə tuş gələn, öz qanına bələnərək can verənləri Qarabağda deyil, Bakıda eşitdi və gördü. 1990-cı il yanvarın 20-də SSRİ (Sovet Sosialist Respublikalar İttifaqı) rəhbərliyi qoşun hissələrini meydanlara çıxararaq Azərbaycanın müstəqilliyini tələb edən, "azadlıq" deyə hayqıran azərbaycanlıların səsini batırmaq, gözlərinin odunu alaraq susdurmaq üçün göndərdi. Ancaq Azərbaycan xalqı cəsarətini, vətənpərvərliyini, mərdliyini, igidliyini nümayiş etdirdi. Sovet qoşun hissələrinin amansızlıqla onlara tuşladığı silahın, üzərlərinə gələn hərbi texnikanın qarşısından geri çəkilmədilər. Gültəkin Əsgərova da o zaman yaralılara köməyə getdi. O, həkim kimi əlindən gələni əsirgəmədi.

Gültəkin Əsgərova 1991-ci ildən Uroloji kliniki xəstəxanada çalışmağa başladı. Artıq ailə qurmuş, ana olmuşdu...

O vaxt respublikada ağır günlər yaşanırdı. Azərbaycan xalqı məmləkətini azad görmək, müstəqil ölkədə yaşamaq arzusuna ağır sınaqlardan keçərək çatırdı. Sovet hökuməti tarixin səhnəsindən gəldiyi kimi, gərginliklər yaradaraq, iğtişaşlar salaraq silinirdi. Son çağlarında da nifaq toxumu səpir, münaqişə ocağını körükləyir, məkrli xislətli, mənfur, işğalçı ermənilərə meydan verir, o dövrün ən yaxşı silah-sursatı, hərbi texnikası ilə təmin edirdi. 1980-ci illərin axırlarından Qarabağda  dinc azərbaycanlılara hücum edən təcavüzkar ermənilər sovet ittifaqı rəhbərlərindən aldıqları hər cür yardımlarla, hərbi güclə daha da azğınlaşırdılar. 

Sovet hakimiyyətinin süqutundan sonra Azərbaycanda bütün sahələrdə böhran yaranmışdı. Müstəqilliyinə yeni nail olmuş, hələ milli ordusunu formalaşdırmağa macal tapmamış respublikamızı böyük qəddarlıqla müharibəyə sürükləmişdilər. 

Azərbaycanın hər yerində xalq narahatlıq, nigaranlıq içərisində idi. Həyəcanla Qarabağdan gələn xəbərləri gözləyirdilər. Ölkənin qeyrətli övladları vətəninin ağır günlərində ayağa qalxdılar. Qarabağda, Şərqi Zəngəzurda erməni işğalçılarının amansızlıqla törətdikləri qırğınlara, qətliamlara, soyqırımlarına məruz qalan soydaşlarının harayına yetişmək üçün könüllü olaraq döyüşə yollandılar. 

Artıq Qarabağ və Şərqi Zəngəzur torpaqları atəş səslərinə bürünmüşdü. Azərbaycanın mərd övladları düşmən qədər güclü silah-sursata, hərbi texnikaya malik olmasalar da, onlardan daha ürəkli, daha cəsur idilər. Hər bir döyüşçünün məqsədi son nəfəsinədək vuruşmaq, vətən torpağının bir qarışını belə, yağıya verməmək idi. Onlar sinələrini düşmən güllələrinə sipər etmişdilər. Qanlı döyüşlərin davam etdiyi bir vaxtda cəbhəyə həkimlər lazım idi...


"Mən qələbənin sonuna qədər buradayam"


Gültəkin Əsgərova 1992-ci il aprelin 3-də qızı Əminənin doğum gününü qeyd etdi. Məclis qurdu. Səhəri gün - 1992-ci il aprelin 4-də isə o, səkkiz yaşlı qızı Əminəni anası Rəfiqə xanıma əmanət edib könüllü olaraq cəbhəyə yollandı. 

O, Turşsuda, Şuşa xəstəxanalarında və Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərdi.

1992-ci ildə Şuşa şəhərində yerləşən həbsxananın qapısının açılıb oradakıların azad edilməsində xidməti olanlardan biri də Gültəkin Əsgərova idi. Əgər həbsxananın qapısı açılmasaydı, şəhəri ələ keçirən işğalçı ermənilər orada olanları əsir götürəcəkdilər. 1992-ci il mayın 8-də Şuşa şəhərinin yağıların əlinə keçməsi Gültəkin Əsgərovanı sarsıtdı. O, Şuşanın işğalından bir gün sonra bu doğma torpağı sonuncu tərk edənlərdən biri oldu.

Azyaşlı qızı Əminə ilə qoyub getdiyi anasını düşünürdü. Rəfiqə xanımın onsuz da həyəcan, nigaranlıq, təşviş içərisində cəbhədə olan qızından hər an xəbər gözlədiyini bilirdi.  Anasının narahatlığını az da olsa azaltmaq, arxayınlaşdırmaq üçün ona göndərdiyi məktubda yazırdı: "Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı…". 

Gültəkin Əsgərova Şuşanın işğalından sonra Laçının, daha sonra Qubadlının müdafiəsində iştirak etdi. O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollandı. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi xidmət göstərirdi.

Onun tibbi xidməti üçün Aranzəmin yüksəkliyinin ətəyində yer ayrıldı. Ora yaralanan hərbçilər gətirilməli idi. Atəş səslərinin gücləndiyini eşidən Gültəkin Əsgərova dözüb gözləyə bilmədi. O, Aranzəmin yüksəkliyinə qalxdı. 1992-ci il iyulun 19-da Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşdə otuz bir yaşlı Gültəkin Əsgərova şəhid oldu. Bakıda Şəhidlər xiyabanında dəfn edildi. 1993-cü il noyabrın 20-də Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra  "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.

Uzun illər sonra - 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsində və 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatlarında Gültəkin Əsgərovanın ən böyük arzusunu Müzəffər Azərbaycan Ordusu reallaşdırdı. Qarabağ və Şərqi Zəngəzur torpaqlarını Ermənistanın işğalından azad etdilər. Gültəkin Əsgərova kimi qəhrəmanlar yetirən Azərbaycan əbədi olaraq ərazi bütövlüyünə, suverenliyinə qovuşdu.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

Avropada dizel yanacağı fyuçersləri 2022-ci ildən bəri ən yüksək səviyyədədir  

16:49
02 Aprel

Ədliyyə Nazirliyi: “Yüksəliş” müsabiqəsi qaliblərinin mentorluq proqramını həyata keçirməsi üçün lazımi şərait yaradılacaq  

16:44
02 Aprel

Tramp: Dünyanın Hörmüz boğazına ehtiyacı var, ABŞ-nin isə yox

16:41
02 Aprel

Avropada təbii qaz qiymətləri kəskin artıb

16:37
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!