09 İyun 2024 08:15
1629
Elm və texnika
A- A+
Arxiv işi rəqəmsal transformasiya astanasındadır

Arxiv işi rəqəmsal transformasiya astanasındadır

 

Hər bir millət əsrlər boyu formalaşan bir tarixi mirasın sahibidir və onun önəmli hissəsi arxivlərdə qorunur. Beynəlxalq Arxivlər Şurasının qərarı ilə 2007-ci ildən etibarən dünyada hər il 9 İyun Beynəlxalq Arxivlər Günü kimi qeyd edilir. Beynəlxalq Arxivlər Şurası 200-dən artıq dövlətin arxivçilərinin birləşdiyi böyük təşkilat olaraq insanların müharibəsiz yeni dünyaya ümid və inamlarının yarandığı bir dövrdə qurulmuş mötəbər beynəlxalq təşkilatdır. Təşkilatın əsas məqsədi bəşəriyyətin mədəni irsi və keçmişin yaddaşı olan arxiv sənədlərini hər cür zərərli hadisələrdən qorumaqdır. Mümkün texniki, iqtisadi, metodoloji və inzibati resurslardan faydalanmaqla arxiv məlumatlarından insanlığın inkişafı, cəmiyyətlərin tərəqqisi naminə istifadə təmin edilir.
Azərbaycanın dövlət arxiv xidməti təşkilatları bu sahə üzrə beynəlxalq təşkilatların tövsiyələrini fəaliyyətlərində nəzərə alır, dünyanın qabaqcıl təcrübəsini öyrənir, işində tətbiq edir və müasir zamanın çağırışlarına uyğun olaraq xalqın mədəni-tarixi irsinin qorunmasına, inkişafına və tanıdılmasına öz layiqli töhfələrini verirlər. 
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması və Azərbaycanın dünyanın inkişaf tendensiyalarına uyğun modern dövlətə çevrilməsi məqsədilə strateji əhəmiyyətli qərarlar qəbul etmiş və respublikanın müvafiq sahədə inkişafı üçün mükəmməl qanunvericilik bazasını formalaşdırmışdır. Elektron imza, rəqəmsal hökumətə keçid, dövlət orqanlarında daxili idarəetmə proseslərinin avtomatlaşdırılması, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası, arxivləşdirilməsi, dövlət orqanları arasında sənəd mübadiləsini elektronlaşdırmaqla "kağızsız hökumətə" keçid, rəqəmsal idarəçiliyin tətbiqi və bu proseslərin sürətləndirilməsinə xidmət edən qanunlar və qaydalar təsdiq edilmişdir. 
Milli arxiv fondu tarixi keçmişimizin müxtəlif mərhələlərində formalaşan xalqın yazılı, səsli, görüntülü yaddaşının qorunub saxlanıldığı dövlətin unikal və çoxşaxəli informasiya ehtiyatları sisteminin tərkib hissəsidir. Onun informasiya bazasının zənginliyi komplektləşdirmə mənbəyi olan təşkilatların, fiziki şəxslərin arxiv məlumat daşıyıcılarındakı informasiyalarının rəngarəngliyi və çoxşaxəliliyi ilə ölçülür. Yeni texnoloji nailiyyətlərdən geniş istifadə olunduğu müasir şəraitdə Milli arxiv fondunu elektron məlumat daşıyıcılarında qəbul etməklə informasiya potensialının zənginləşdirilməsi dövlət arxiv xidməti təşkilatlarının əsas vəzifələrdən biri hesab edilir. Bu məqsədlə respublikamızda arxiv işi sahəsində qüvvədə olan normativ hüquqi baza təkmilləşdirilir və yeni texnoloji infrastruktur formalaşdırılır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanda arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı"nın əsas istiqamətlərindən biri də məhz arxiv işində informasiya-kommunikasiya texnologiyaları tətbiq etməklə Milli arxiv fondu sənədlərinin mühafizəsi və istifadəsi işinin səmərəli təşkilidir. Milli Arxiv İdarəsi bu məqsədlə zəruri tədbirlər həyata keçirir. İdarə tərəfindən hazırlanmış təkliflər əsasında "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilmiş, müvafiq qanunun 5-ci maddəsində Milli arxiv fondunun tərkibinə daxil edilən sənədlərin təsnifatına elektron sənədlər, sənəd əslini əvəz edən elektron sənəd nüsxələri əlavə edilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 fevral tarixli qərarı ilə "Milli arxiv fonduna məxsus elektron sənədlərin dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları" təsdiq olunmuşdur. Qəbul olunan normativ hüquqi sənədlər elektron sənədlərin dövlət mühafizəsinə qəbulu, arxiv işinin elektronlaşdırılması, Milli arxiv fondu sənədlərinin rəqəmsallaşdırılması qaydalarını müəyyən etməklə arxiv işinin müasir texnoloji əsasda inkişaf etdirilməsiə imkanlar yaratmışdır. 
 Artıq Milli Arxiv İdarəsi və onun tabeliyindəki dövlət arxiv xidməti təşkilatları tərəfindən bu sahədə praktiki fəaliyyətə başlanılmışdır. Arxiv işinin elektronlaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri dövlət mühafizəsində olan 10 mindən artıq arxiv fondunun (ümumi fondların 65 faizə yaxınının) tərkibi və həcmi barədə müfəssəl məlumatların məcmusu olan elektron məlumat bazasının yaradılması və onun dövlət informasiya resursu olaraq qeydiyyata alınmasının təmin edilməsi olmuşdur. Dövlət arxiv resurslarının tərkib hissəsi olan bu məlumat bazası istifadəçilər üçün açıqdır və idarənin rəsmi internet resursları üzərindən həmin arxiv məlumatlarla tanış olmaq imkanı yaradılmışdır. Arxiv işinin elektronlaşdırılması sahəsində həyata keçirilən tədbirlərin siyahısına respublikamızın dövlət arxiv xidməti təşkilatlarında ənənəvi olaraq yaradılan elmi-məlumat vasitələrinin (arxiv siyahıları və kataloq sisteminin) bazasında arxiv sənədlərinin elektron məlumat-axtarış sisteminin formalaşdırılması işinə başlanılmasını da aid etmək olar. Bu məqsədlə dövlət mühafizəsində olan yüz minlərlə saxlama vahidi (uçot vahidi) sənədin arxiv siyahıları üzrə təsvir elementlərinin elektron qeydiyyatı aparılır, kinofotofono sənəd və çap məhsulunun kataloq vərəqlərinin müvafiq informasiya sistemində elektron nüsxələrinin yaradılması həyata keçirilir. Bununla yanaşı, hazırda dövlət arxivlərimizdə mühafizə olunan dövlət və cəmiyyət üçün daha aktual olan və elmi-tarixi əhəmiyyətə malik sənədlərin mərhələli olaraq rəqəmsal surətlərinin yaradılması işi icra edilir. Arxivlərin məhdud əmək resurslarına malik olmasına baxmayaraq, qısa müddətdə dövlət mühafizəsində olan təxminən dörd milyondan artıq arxiv sənədinin elektron faylı yaradılaraq sistemdə qeydiyyatı aparılmışdır. 
Arxiv işində tətbiq edilən yeniliklərdən biri də dövlət arxivləri tərəfindən əhaliyə göstərilən arxiv xidmətlərinin elektronlaşdırılmasına keçidin təmin edilməsidir. Hazırda elmi-tədqiqat və sosial hüquq xarakterli müraciətlər, arxiv sənədlərinin dövlət mühafizəsinə qəbulu, habelə ləğv olunmuş və mülkiyyət forması dəyişdirilmiş təşkilatların arxiv fondlarının yerləşdiyi ünvanların təyin edilməsi üzrə göstərilən arxiv xidmətlərinin elektron formada icrası təmin olunur. Onu da qeyd edək ki, təkcə ötən ildə arxiv sənədləri əsasında məlumatların alınması üzrə dövlət arxivlərinə daxil olan ümumi müraciətlərin 47 faizinin (23.000-dən artıq sorğu) elektron hökumət portalı və "ASAN xidmət" mərkəzləri üzərindən elektron formada cavablandırılması təmin edilmişdir. 
Dövlət proqramında arxiv işində İKT-nin tətbiqi ilə bağlı qarşımıza qoyulmuş tapşırıqlardan biri də Milli Arxiv İdarəsində Vahid elektron arxiv informasiya sisteminin formalaşdırılmasıdır. Bu məqsədlə idarədə kompleks tədbirlər həyata keçirilmiş, Milli arxiv fondu sənədlərinin mühafizəsi, uçotu, istifadəsi və idarəedilməsi işinin elektronlaşdırılması məqsədilə zəruri texniki və texnoloji infrastruktur formalaşdırılmışdır. Milli arxiv resurslarının səmərəli idarəolunması və arxiv məlumatlarına əlçatanlığın təmin edilməsi məqsədilə idarədə Vahid elektron arxiv informasiya sisteminin formalaşdırılması işi yekunlaşdırılmış və sistemin dövlət qeydiyyatının təmin edilməsi üçün ilkin təşkilati işlər həyata keçirilməkdədir. 
Arxiv sənədlərinin idarəedilməsi sahəsində ümumi varislik prinsiplərinə, vahid texniki şərtlərə və struktura əsaslanan informasiya sisteminin yaradılması bütövlükdə dövlət arxiv fondu ehtiyatlarının etibarlı mühafizəsinə, onların tərkibinin optimallaşdırılmasına, bu sahədə izafi əmək və maliyyə resusrlarının xərclənməsinin qarşısının alınmasına hədəflənmişdir. 
Hazırda ölkəmiz bütövlükdə idarəetmə proseslərinin, o cümlədən hüquqi və fiziki şəxslərə göstərilən dövlət xidmətlərinin tam olaraq elektronlaşdırılması və "kağızsız hökumət"ə keçid mərhələsindədir. Sənədlərin idarəolunması, arxiv işinin təşkili kimi mühüm sahələrdə də ciddi texnoloji transformasiyalar baş verməkdədir. Bu texnoloji dəyişikliklər və həyata keçirilən tədbirlər yaxın illərdə dövlət arxivlərimizi cari dövr üçün qismən aktual olan, lakin zamanla gələcək nəsil üçün elmi-tarixi və hüquq baxımından potensial informasiya mənbəyi hesab edilən elektron sənədlərin mühafizə olunduğu nəhəng informasiya mərkəzlərinə çevirəcəkdir. 
Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, arxiv işi donub qalmış, dəyişməz deyil, daim inkişaf edən, təkmilləşən, dövlətin və cəmiyyətin inkişafına xidmət edən mühüm fəaliyyət sahəsidir. Azərbaycan arxivləri zamanın çağırışlarına uyğun dəyişir, yenilənir və dinamik olaraq inkişaf edirlər. 

Həsən HƏSƏNOV,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəis müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məkkədə Həcc ziyarəti başlayıb

18:49
26 May

Qan təzyiqinin tez-tez dəyişməsi beyin sağlamlığına mənfi təsir göstərə bilər

18:41
26 May

Uqandada Ebola virusuna yoluxanların sayı artıb

18:34
26 May

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

18:32
26 May

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

18:31
26 May

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq  

18:30
26 May

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

18:28
26 May

WUF13: Bakıdan dünyaya inkişaf mesajı

18:19
26 May

Körfəz ölkələri dron təhlükəsinə qarşı lazer silahlarına yönəlir

18:16
26 May

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub

18:13
26 May

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

18:10
26 May

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan  

18:09
26 May

Microsoft Dünya Çempionatı üçün hakaton keçirilib

18:08
26 May

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

18:04
26 May

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:03
26 May

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

17:59
26 May

ABŞ ordusu İranın qayıqlarına və zeni-raket qurğusuna zərbə endirib

17:59
26 May

Xızıda sahibkarlarla görüş: biznes imkanları və dövlət dəstəyi müzakirə edilib

17:51
26 May

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır  

17:49
26 May

Örüş və otlaq sahələrinin idarə olunmasında yeni mərhələ: 480 min hektarda bərpa hədəfi

17:44
26 May

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

17:42
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!