Arxeoloq alimlər Kür çayı sahilində aşkar edilmiş küp qəbirlər nekropoluna baxış keçiriblər
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən Neftçala rayonunun Pirəbbə kəndində aşkarlanan küp qəbirlər nekropolunda aparılmış arxeoloji qazıntı işlərinin hesabatı açıqlanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, aprelin 12-də Neftçala şəhər Əli Piriyev adına 2 saylı tam orta məktəbin direktoru Rövşən Həsənov tərəfindən Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna rayon ərazisində küp qəbirlərin aşkar edilməsi haqqında məktub daxil olub. Küp qəbirlər Kür çayının çəkilməsi nəticəsində çayın en kəsiklərində üzə çıxıb. Aprelin 14-də institutun Arxeoloji abidələrin toplusu bölməsinin əməkdaşları Neftçala rayonuna ezam olunublar. Arxeoloqlar rayonun Cəngan, Bala Surra, Ərəbqardaşbəyli və Pirəbbə kəndlərində Kür çayı sahilində aşkar edilmiş küp qəbirlər nekropoluna baxış keçiriblər.
Həmin kəndlərin ərazisində aparılan arxeoloji kəşfiyyat zamanı müəyyən olunub ki, Kür çayının çəkilməsi səbəbindən, çayın en kəsiklərində əksəriyyəti dağılmış vəziyyətdə küp qəbirlər üzə çıxıb. Əraziyə baxış zamanı məktəb direktoru Rövşən Həsənov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Neftçala rayonu üzrə baş mütəxəssisi Bahadır Məcidov da orada olublar.
Pirəbbə kəndinin şimal-qərb hissəsində Kür çayının GPS koordinatları 39.5066 – 490146 olan hissədə aşkar olunan küp qəbir abidəsi daha maraqlıdır. Qəbirin cüzi hissəsi dağılıb, qalan hissəsi isə Kür çayının yenidən qalxması səbəbindən aparılacaq arxeoloji qazıntının işlərinə çətinlik törədir. Buna baxmayaraq, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələr toplusu bölməsinin əməkdaşları Mikayıl Mustafayevin rəhbərliyi ilə aprelin 25-dən mayın 14-dək Pirəbbə kəndində arxeoloji qazıntı işləri aparılıb. Aşkar olunan küp qəbir çayın içərisindən qazılaraq çıxarılıb. Əvvəl qəbrin ətrafı torpaqla doldurulub ki, suyun qarşısı qismən alınsın. Sonra qəbirin bu günədək qalan hissələrinin, həmçinin ətrafında olan irihəcmli küpün çıxarılması üçün işlər aparılıb. Qəbirin içərisindən miniatür, kiçik ölçülü qab aşkarlanıb. Yaxşı yoğrulmuş gildən hazırlanan, gövdə hissəsi isə narşəkilli, açıq qəhvəyi rəngli qabın ağız hissəsi quş dimdiyi formasındadır. Onun iki ədəd göz düyməcikləri var.
Ərazidə cənub istiqamətində bir neçə küp qəbir də aşkarlanıb. Arxeoloji qazıntı işləri aparılarkən məlum olub ki, qəbirlərin biri ölçülərinə görə uşağa mənsub olub. Digər iki küp böyükdür. Ən böyük küpün hündürlüyü təxminən 1,8 metrdir. Küpün ağzı cənuba, oturacaq hissəsi Kür çayına doğrudur. Onun içərisindən bir ədəd kiçik ölçülü, kənarından isə bir ədəd böyük ölçülü - təqribən 65-66 santimetr hündürlüyündə olan başqa küp aşkar olunub. Digər qəbirlərdən də bütöv şəkildə saxsı məmulatlar aşkarlanıb. Onların içərisində miniatür, kiçik ölçülü süd qabları biçimli zoomorf formalı saxsı qablar var. Arxeoloji qazıntıdan aşkar olunan maddi mədəniyyət nümunələri bizim eranın I-II əsrlərinə aid edilir. Arxeoloji qazıntılar zamanı məlum olub ki, Kür çayı boyunca küp qəbirlər nekropolu yerləşir.
Qeyd edək ki, küp qəbirlər eramızdan əvvəl IV əsr - eramızın VIII əsrlərində Cənubi Qafqazda, əsasən də Qafqaz Albaniyası ərazisində daha geniş yayılıb. Bu mədəniyyət əsasən əkinçilik, heyvandarlıq, ovçuluq, balıqçılıq və sənətkarlıqla məşğul olan oturaq əhaliyə aiddir. Neftçala rayonunda aşkar olunan küp qəbirlər nekropolu coğrafi baxımdan bu bölgə üçün səciyyəvidir.
Gələcəkdə yenidən bu ərazilərdə arxeoloji qazıntı və tədqiqat işlərinin aparılması məqsədəuyğun olardı.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ən çox satılan smartfonlar - SİYAHI
31 May
Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacaq
31 May
Azərbaycanın üç taekvondoçusu dünya çempionatının səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb...
31 May
Şahdağ Milli Parkında dünyaya gələn bala maral müşahidə altında saxlanılır
31 May
Milli Məclis 2022-ci il üzrə dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini birinci oxunuşda qə...
31 May
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini...
31 May
Prezident: Bakı Enerji Həftəsi enerji sektorunda aparıcı beynəlxalq tədbirlərdən biridir
31 May
Zemfira Meftahətdinovaya Beynəlxalq Olimpiya Komitəsinin "Woman Sport" mükafatı təqdim olunub
31 May
Heydər Əliyev mərkəzlərinə ekskursiyalar davam edir
31 May
Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 13,6 faiz artım qeydə alınıb...
31 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!