18 Dekabr 2021 00:21
282
Elm və texnika

“Apple” yeni məhsullar təqdim edəcək

 

“Apple” şirkətinin analitiki Ming Çi Kuo  növbəti 2 il üçün planlaşdırılan məhsullar barədə hesabat təqdim edib.

Bu məhsullar siyahısına yeni “iPhone SE” modeli ilə yanaşı, virtual reallıq cihazı və yeni “Apple Watch” modelləri daxildir. Analitikin sözlərinə görə, şirkət 3 “Apple Watch” modelini təqdim edəcək. Onlardan birincisi sadələşdirilmiş “Watch SE”, ikincisi idman modeli, üçüncüsü isə daha dözümlü gövdəsi olan cihaz olacaq. Bununla yanaşı, şirkət gələn il naqilsiz “AirPods Pro 2” qulaqcıqlarını da təqdim edəcək. Daha yaxşı səsləndirmə imkanına malik bu qulaqcıqlar istifadəçinin səhhətinin monitorinqini də aparacaq.

“Apple AR” və “VR” texnologiyalarını özündə birləşdirən cihaz yeni ildə  alıcıları sevindiricək. Sözügedən cihaz 2 prosessorla təchiz olunub, ilk növbədə, mobil oyun həvəskarları və multimedia kontingenti nəzərdə tutulub.

Analitik bildirib ki, 2023-cü ilin əvvəlində yeni “iPhone SE” modelinin təqdimatı gözlənilir. Güman olunur ki, yenilənmiş bu model daha keyfiyyətli ekrana və 4GB RAM-a sahib olacaq. Bundan əlavə, smartfonun 5G dəstəyi əldə edəcəyi də gözlənilir. Bu smartfonun 2023-cü ilin mart-aprel aylarında satışa çıxarılması planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video