IV Antalya Diplomatiya Forumunun (ADF2025) ikinci günündə əsas gündəm maddələrindən biri “Cənubi Qafqazda regional əməkdaşlığa dair çağırışlar və fürsətlər” mövzusunun müzakirəsi olub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən panel iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, eləcə də Gürcüstan və Ermənistanın XİN başçıları Maka Boçorişvili ilə Ararat Mirzoyan iştirak ediblər.
Tədbirdə çıxış edən Ceyhun Bayramov İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistanın Cənubi Qafqazda tarixi bir hadisə olaraq normallaşma prosesinə başladığını vurğulayıb. O qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycan Ermənistanla sülhün əldə olunması və Sülh sazişinin imzalanması məsələsini gündəmə gətirib. 2022-ci ilin oktyabr ayında başlayan bu proses qarşılıqlı görüşlərlə davam edib. Bu müddət ərzində bir çox görüşlər keçirilib. Ötən ay Sülh sazişinin mətninin hazırlanma prosesi başa çatıb. Növbəti mərhələdə sənədin icrasına başlanılacaq və prosesin yekunlaşacağı gözlənilir.
Azərbaycanın xarici işlər naziri onu da qeyd edib ki, bu proseslə biz uzun illər fəaliyyəti dayandırılmış bir məsələnin yenidən işə salınmasına başlayırıq. Ermənistan da bu gerçəyi qəbul edir. Bununla bağlı Ermənistan konstitusiyasında lazımi dəyişikliklər ediləcək ki, bu dəyişikliklər torpaqlarla bağlı haqq iddiaları məsələsinin həllinə gətirib çıxaracaq. C.Bayramov əlavə edib: “Artıq Azərbaycan və Ermənistan arasında Sülh sazişinin imzalanması ilə bağlı başqa maneələrlə qarşılaşacağımızı düşünmürük. Azərbaycanla Ermənistan sülh baxımından çox uğurlu bir dövrü geridə qoyub”.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tarixi düşüncələrə bağlı qalmağın doğru olmadığını vurğulayıb və xalqların gələcəyi naminə önümüzə baxmağın vacibliyini qeyd edib. O, məsələyə hər iki tərəfə fayda verəcək qurucu bir baxışla yanaşmağın düzgün olduğunu düşündüyünü bildirib: “İndi biz fikrimizi bu günə və gələcəyə cəmləşdirməliyik. “Kim daha çox insan öldürdü” kimi keçmişə bağlı iddiaları davam etdirmək yalnız yeni mübahisələrə səbəb olacaq. Biz, ilk növbədə, bölgədə sülhü inşa etməliyik”.
Mirzoyan uzun danışıqlardan sonra sülh sazişinin mətni ilə bağlı ortaq fikrə gəldiklərini, artıq sənədin imzalanma tarixi və yerini müəyyən etməli olduqlarını bildirib. O, mətndə konstitusiyadakı suverenlik aktına istinad edilən maddə ilə bağlı dəyişiklik məsələsinin mövcudluğunu qeyd edərək, bunun konstitusiya məhkəməsinin qərarına bağlı olduğunu vurğulayıb. “Teorik olaraq, ziddiyyətin aradan qaldırılacağına inanıram. Bu, ölkələrimiz üçün bir başlanğıc nöqtəsidir. Əlbəttə sülh prosesi ilə bağlı məsələlər davam edəcək və biz bununla bağlı danışmağa, əməkdaşlıq imkanları yaratmağa davam edəcəyik. Biz bununla dünyaya bir mesaj vermək istəyirik: “keçmişi qazımağın, ona bağlı qalmağın və buna vaxt sərf etməyin mənası yoxdur”. Xalqlarımızın ortaq gələcəyi və rifahı üçün çalışmalıyıq. Bunun üçün bütün lazımi imkanlar qarşımızdadır. Biz birlikdə gələcək mərhələyə keçməyə hazırıq və bu, özü ilə sülh içində əməkdaşlıq imkanlarını gətirəcək”, - deyə Mirzoyan əlavə edib.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili isə bildirib: “Təbii ki, sülh içində yaşayan bir Cənubi Qafqaz hər birimizin öncəliyidir. Bölgəmizin çox ciddi bir potensiala sahib olduğunun da fərqindəyik. Bu potensialdan tam şəkildə istifadə etmək istəyiriksə, o zaman bölgəyə davamlı bir sülh gətirməliyik. Elə bu səbəbdən də biz hər şeydən əvvəl iki ölkə arasında sülhü böyük məmnuniyyətlə qarşılayırıq və Azərbaycan ilə Ermənistan arasındakı Sülh sazişinin çox böyük bir uğur olacağına inanırıq”.
“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib
“Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində birinci seçim turu davam edir
Azərbaycan COP29 Sədrliyinin ilk milli tədbirində Xankəndi Gənclər Paktı imzalanacaq
Rusiya KXDR hərbçilərinin Kursk vilayətinin azad olunmasında iştirakını etiraf edir
Xankəndidə COP Simulyasiya Konfransı öz işinə başlayıb YENİLƏNİB
Roma Papası dəfn edilib
Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq
Volodimir Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik
Azərbaycan Özbəkistanda keçirilən festivalda və II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur
5 min ilik məzar aşkarlanıb
Dünyanın ən uzun tortu hazırlanıb
Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyib
Azərbaycan və Pakistan arasında strateji əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib
Zelenski və Tramp Romada görüşüblər
Azərbaycan Prezidenti: Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur
Prezident: Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var
Prezident İlham Əliyev: Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB
Prokurorluq əməkdaşları iki hektar ərazidə 1250-dən çox ağac əkiblər
Azərbaycan neftinin qiyməti artıb
Dəmir iradənin qüdrəti22 Aprel 2025
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib21 Aprel 2025
335 körpü, 45 tunel, 163 yerüstü və yeraltı keçid, 21 min kilometr yol20 Aprel 2025
İlham Əliyevin bir tələbi ilə...19 Aprel 2025
Azərbaycan Gürcüstanın əsas enerji təminatçısı, Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır18 Aprel 2025
Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir17 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!