25 May 2023 19:20
518
DÜNYA
A- A+
Ankara  Afrikada sülh, sabitlik və inkişafı təşviq etmək səylərini dəstəkləyir

Ankara  Afrikada sülh, sabitlik və inkişafı təşviq etmək səylərini dəstəkləyir

 

Türkiyə XİN Afrika Gününün 60 illiyi münasibətilə qitə ölkələrini təbrik edib

 

Türkiyənin Afrika ölkələri ilə əlaqələrin inkişafına münasibəti Afrika İttifaqının (Aİ) qurucu ölkələrinin prinsipləri ilə tam üst-üstə düşür. Ankara Afrika dövlətləri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı faydalı əlaqələrin tərəfdarıdır. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Afrika Gününün 60-cı ildönümü ilə bağlı bəyanatında deyilir.

Nazirlik bütün qitə xalqlarını Afrikanın sülh, birlik və inkişafı ideallarına əsaslanan Aİ-nin yaranmasının ildönümü münasibətilə təbrik edib.

Türkiyə XİN-dən bildiriblər ki, müasir Afrika dünya səhnəsində öz mövqeyini gücləndirir. Onun əsas oyunçu kimi təsiri və rolu artır. Türkiyə də öz növbəsində Afrikada sülhün, sabitliyin və inkişafın gücləndirilməsi istiqamətində səylərini, habelə Afrika ölkələrinin beynəlxalq platformalarda daha çox təmsil olunmasını təmin etmək üçün təşəbbüslərini dəstəkləyir”.

Afrika Günü Afrika Birliyi Təşkilatının (ABT) yaradılması ilə təsis edilmişdir. Onun hüquqi varisi 2002-ci ilin yayında yaradılmış Afrika İttifaqıdır.

Bildirilir ki, Afrika Günü tədbirləri Aİ üzvü olan 55 ölkənin hamısında keçiriləcək.

Hazırda 38 Afrika ölkəsinin səfirliyinin fəaliyyət göstərdiyi Ankarada Afrika Gününə həsr olunmuş tədbirlər, o cümlədən Afrika ölkələrinin əl işlərindən ibarət sərgi də keçiriləcək.

Xatırladaq ki, 1963-cü il mayın 25-də  Əddis-Əbəbədə (Efiopiya) Afrika Hökumətlərinin 1-ci Konfransında dövlətlərarası Afrika Birliyi Təşkilatı (ABT) yaradılıb və onun nizamnaməsi 30 Afrika ölkəsi tərəfindən imzalanıb.

ABT öz məqsədləri kimi bunları müəyyənləşdirmişdi: qitə ölkələrinin birliyinin və həmrəyliyinin gücləndirilməsi; Afrika dövlətlərinin fəaliyyətlərinin əlaqələndirilməsi və hərtərəfli əməkdaşlığının inkişafı, suverenliyin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması; müstəmləkəçiliyin bütün formalarının məhv edilməsi və beynəlxalq əməkdaşlığın təşviqi.

Təyin olunmuş məqsədlərin uğurla həyata keçirilməsi üçün ABT üzvləri xarici siyasət, iqtisadiyyat, elm və texnologiya, müdafiə və təhlükəsizlik, mədəniyyət və səhiyyə sahələrində öz fəaliyyətlərini əlaqələndirməyi öhdələrinə götürüblər.

Əsas prinsiplər isə bərabərlik və üzv dövlətlərin daxili işlərinə qarışmamaqdır; onların ərazi bütövlüyünə və müstəqilliyinə hörmət, mübahisələrin sülh yolu ilə həllidir.

 

Rizvan CƏFƏROV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!