28 Noyabr 2025 12:15
334
CƏMİYYƏT
A- A+
Anar Əliyev: MDB ölkələri ilə müqayisədə alıcılıq qabiliyyəti pariteti üzrə Azərbaycan minimum pensiyada birinci yerdə qərarlaşıb  

Anar Əliyev: MDB ölkələri ilə müqayisədə alıcılıq qabiliyyəti pariteti üzrə Azərbaycan minimum pensiyada birinci yerdə qərarlaşıb  


Azərbaycanda 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə yükü 7,6 milyard manat təşkil edir. Bu dövrdə əmək müqavilələrinin sayı 44% artaraq 1,9 milyona çatmış, sosial rifahın ən bariz göstəricilərindən biri olan əməkhaqqı fondu isə ölkə üzrə 3,2 dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda ilk dəfə keçirilən “Gələcəyin Peşələri Sammiti: Bakı-2025”də çıxış edərkən deyib. Nazir əlavə edib ki, ölkədə minimum əməkhaqqı 3,1 dəfə artaraq 400 manata, orta aylıq əməkhaqqı isə 2 dəfə artaraq 1088 manata çatıb. Bununla yanaşı, sosial ödənişlər sahəsində aparılan islahatların nəticəsi olaraq minimum pensiya 2,9 dəfə artaraq 320 manata, orta aylıq pensiya isə 2,6 dəfə artaraq 540 manata yüksəlib. Əhaliyə ödənilən müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdləri üzrə ödənişlərin həcmi bu dövr ərzində 5 dəfə artıb.

“MDB ölkələri ilə müqayisədə alıcılıq qabiliyyəti pariteti üzrə ölkəmiz minimum pensiyada birinci, minimum əməkhaqqı və orta aylıq pensiya üzrə isə ikinci yerdə qərarlaşıb”, - deyə nazir vurğulayıb.

A.Əliyev, həmçinin diqqətə çatdırıb ki, məşğulluq istiqamətində həyata keçirilən tədbirlər də artıq aşkar və ölçülə bilən nəticələr verməkdədir: "Bu ilin 10 ayı ərzində nazirlik tərəfindən 491 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 158 min nəfər işlə təmin edilib, 82 peşə istiqaməti üzrə 15 mindən çox şəxs peşə hazırlığına, 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib. Bundan əlavə, bu dövr ərzində 302 min şəxsə peşəyönümlü məsləhət xidmətləri göstərilib. Bu göstəricilər əmək bazarının dinamik və inklüziv şəkildə inkişaf etməsini və bu inkişafda xüsusilə gənclərin rolunun yüksək olmasını təsdiqləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

Avropada dizel yanacağı fyuçersləri 2022-ci ildən bəri ən yüksək səviyyədədir  

16:49
02 Aprel

Ədliyyə Nazirliyi: “Yüksəliş” müsabiqəsi qaliblərinin mentorluq proqramını həyata keçirməsi üçün lazımi şərait yaradılacaq  

16:44
02 Aprel

Tramp: Dünyanın Hörmüz boğazına ehtiyacı var, ABŞ-nin isə yox

16:41
02 Aprel

Avropada təbii qaz qiymətləri kəskin artıb

16:37
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!