11 Sentyabr 2025 17:39
128
DÜNYA
A- A+
Amerikalıların sevimlisi Çarli Kirk qətlə yetirilib

Amerikalıların sevimlisi Çarli Kirk qətlə yetirilib


Amerika sağçılarının tanınmış simalarından biri və ABŞ Prezidenti Donald Trampın ən sadiq müttəfiqlərindən  olan 32 yaşlı Çarli Kirk Yuta Universitetində “Mənim səhv etdiyimi sübuta yetir” adlı ictimai debat zamanı güllələnib. Qətldən əvvəl fəal ABŞ-də baş verən kütləvi atışmalardan danışırmış. O, snayper tərəfindən boynundan vurulub və  ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

 Prezidenti Donald Tramp Çarli Kirkın öldüyünü təsdiqləyib və özünün Truth Social sosial  şəbəkəsində yazıb: “Böyük və əfsanəvi Çarli Kirk öldü. Amerika Birləşmiş Ştatlarının gənclərini Çarlidən yaxşı başa düşən və ya empatiya göstərən heç kim yox idi. Hər kəs onu sevirdi və heyran idi, xüsusən də mən və indi o, artıq aramızda deyil. Melaniya və mən onun gözəl həyat yoldaşı Erikaya və ailəsinə başsağlığı veririk. Çarli, səni sevirik!”

Əsasən kollec tələbələrinin iştirak etdiyi tədbir zamanı baş vermiş hadisədə başqa heç kim xəsarət almayıb. Səlahiyyətlilər atəş açan şəxsin təkbaşına hərəkət etdiyini güman edirlər.

Hücum zamanı Kirkın həyat yoldaşı və iki azyaşlı uşağı hadisə yerində olub.

Çarli Kirk ABŞ-nin ən görkəmli mühafizəkar fiqurlarından biri idi. Siyasətçi və yazıçı 1993-cü ildə İllinoys ştatının Arlinqton-Hayts şəhərində anadan olub. Onun siyasi karyerası hələ məktəbdə təhsil alarkən başlayıb.

18 yaşında olarkən, o, MAGA hərəkatının gənclər qanadının səsi kimi çıxış edən Turning Point USA təşkilatının həmtəsisçisi olub. Həmtəsisçisi Uilyam Montqomeri ilə birlikdə Kirk vergilərin azaldılması və məhdud hökumət haqqında fikirləri populyarlaşdırmağa çalışıb. Öz etirafına görə, Kirk liberallarla, xüsusən də kollec şəhərciklərində gender və immiqrasiya kimi məsələlərlə bağlı “mədəniyyət müharibələri” – müzakirələr və mübahisələrlə məşğul olub. Kirk ABŞ-dəkı mühafizəkar hərəkatın ən görünən simalarından birinə çevrilmişdi və ölkə daxilində milyonlarla tərəfdarı onu dinləyirdi...

Təsiri və büdcələri illər ərzində artan Kirk və onun təşkilatı Trampın Ağ Evə qayıtmasına kömək etmək üçün mühafizəkar gənclərin səfərbər edilməsində əsas rol oynayıblar.

Turning Point USA, 2016-cı ildə prezidentliyə namizədliyi zamanı Trampı həvəslə dəstəkləyib və Kirk kampaniya zamanı onun böyük oğlu, kiçik Donald Trampın şəxsi köməkçisi kimi xidmət edib.

Kirk, Trampın kampaniyası zamanı mütəmadi olaraq televiziyada prezidenti tərifləmək üçün çıxış edərək tanınan media şəxsiyyətinə çevrilib. NBC News-un məlumatına görə, təşkilat hazırda 800-dən çox universitet bölməsinə malikdir və Birləşmiş Ştatlarda təxminən 4000 orta məktəb və kollec kampuslarında mövcuddur.

Senator Mayk Li deyir ki, " hətta onlarla razılaşmadıqda, hətta onlar ona qışqıranda belə Çarli Kirk digər insanlara həqiqi ədəb və hörmət göstərib. Onun nifrətə nifrət və ya hörmətdən başqa bir şeylə cavab verdiyini xatırlamıram".

Son məlumata əsasən,Tramp özünün Truth Social sosial şəbəkəsində matəm əlaməti olaraq ölkədə bayraqların dörd gün ərzində yarıya endirilməsini əmr etdiyini açıqlayıb.

Qətldən bir neçə saat sonra FTB direktoru Keş Patel bir adamın cinayətə görə həbs edildiyini açıqlasa da, üç saat keçdikdə X şəbəkəsində həmin şəxsin sorğu-sualdan sonra sərbəst buraxıldığını bildirib. 

Bir müddət sonra, Yuta ştatının İctimai Təhlükəsizlik Departamenti Kirkın qətlindən sonra iki nəfərin həbs edildiyini, lakin onların cinayətlə əlaqəsi olmadığı müəyyən edildikdən sonra hər ikisinin sərbəst buraxıldığını açıqlayıb.

Departamentin bəyanatında həmçinin deyilir ki, axtarılan qatil yaxınlıqdakı binanın damından Kirkə atəş açıb.

Yuta qubernatoru, respublikaçı Spenser Koks qətlin siyasi motivli olduğunu bildirib: “Bu, dövlətimiz üçün qara gündür. Bu, ölkəmiz üçün faciəli gündür. Mən aydın şəkildə bəyan etmək istəyirəm: bu, siyasi sui-qəsddir”.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

Bankların depozit portfeli 41,3 milyard manat təşkil edib

15:59
04 Aprel

Ukrayna Prezidenti Türkiyəyə işgüzar səfər edib

15:53
04 Aprel

Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib

15:31
04 Aprel

Rusiya ordusunun Nikopola dron hücumu: 5 nəfər həlak olub

15:09
04 Aprel

Azərbaycanın sədrliyi ilə UNESCO-da G-77 və Çin Qrupunun iclası: Sessiyaöncəsi koordinasiya gücləndirilir

14:57
04 Aprel

Növbəti humanitar yardım “Cənub-Astara” buraxılış məntəqəsindən İrana yola salınıb

14:42
04 Aprel

İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub

14:12
04 Aprel

Sabah Azərbaycanda bəzi yerlərində intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacaq

14:02
04 Aprel

Türkiyədəki vətəndaşlarımız üçün səyyar “ASAN xidmət” təşkil edilib

13:51
04 Aprel

Daha 85 müharibə veteranı özünüməşğulluq proqramına qoşulub

13:41
04 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!