Almatıda Azərbaycanla Özbəkistanın enerji əməkdaşlığının yol xəritəsi müzakirə edilib
Qazaxıstanın Almatı şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Özbəkistanın energetika nazirinin birinci müavini - nazir vəzifəsini icra edən Azim Ahmedxacayev arasında görüş olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bu ilin avqust ayında imzalanan yol xəritəsinin icrasından irəli gələn məsələlər müzakirə edilib. Həmçinin Azərbaycandan neft və neft-kimya məhsullarının nəqli, elektrik və qaz-turbin stansiyaları layihələri, eləcə də enerji tənzimləməsi məsələləri üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, dövlət başçılarının siyasi iradəsi və qarşıya qoyulan vəzifələr ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafı ilə bağlı fəaliyyətin əsasını təşkil edir. Qarşılıqlı səylərin gücləndirilməsi və koordinasiyalı fəaliyyət sayəsində enerji sahəsində çoxşaxəli əməkdaşlıq istiqamətləri ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşməsinə töhfə verəcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Şirkət rəhbəri: Müəssisənin işə düşməsi nəticəsində Azərbaycanda dərman qiymətlərinin 15 faiz ucuzla...
07 Dekabr
Britaniyalı nazir: İqtisadiyyatlarımızı geridə qoyan maneələri aradan qaldırmağın vaxtıdır ...
07 Dekabr
Serbiya mətbuatı Azərbaycan Prezidentinin Forumda səsləndirdiyi fikirlərə geniş yer ayırıb ...
07 Dekabr
Türkiyə şirkətlərinin Azərbaycanda törəmə müəssisə açma perspektivləri müzakirə edilib ...
07 Dekabr
Füzuli rayonunda traktor minaya düşüb, xəsarət alan var
07 Dekabr
Zəlzələ ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları gücləndirilmiş iş rej...
07 Dekabr
DYP əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
07 Dekabr
Ötən gün axtarışda olduğuna görə 110 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib ...
07 Dekabr
Küveytdə Şuşaya həsr olunmuş konfrans keçirilib
07 Dekabr
Çingiz Hüseynzadə: Cüdoçularımızın Olimpiya lisenziyaları demək olar ki, ciblərindədir ...
07 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!