21 Sentyabr 2023 14:29
337
DÜNYA
A- A+

Almaniya Rusiyanı BMT TŞ-də veto hüququndan məhrum etmək təklifini dəstəkləməyib  

 

Almaniya Rusiyanı BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etmək barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin təklifini qəbul etməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok ARD telekanalının efirində deyib.

“Biz Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum edilməsini dəstəkləmirik. Mən bunu dəfələrlə ukraynalı tərəfdaşlarımıza çatdırmışam”, - deyə Annalena Berbok bildirib.

Sentyabrın 20-də BMT Təhlükəsizlik Şurasında çıxış edən Volodimir Zelenski BMT nizamnaməsini pozan ölkələrin TŞ-də iştirakının müvəqqəti dayandırılması barədə ideyasını yenidən səsləndirib. Həmçinin o, təşkilatda islahatlara dair baxışlarını ortaya qoyub və Baş Assambleyaya daimi üzvlərin vetosundan yan keçmək hüququnun verilməsini təklif edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına daxil olan 15 dövlətdən yalnız beşi – ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya daimi üzvdür. Digər ölkələr isə yalnız iki il müddətinə seçilir. Beynəlxalq təşkilatın Baş katibi Antoniu Quterriş BMT-nin əksər ölkələrinin Təhlükəsizlik Şurasında islahatların aparılmasını vacib hesab etdiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video