Alman şirkətləri də bilirlər ki...
Azərbaycanın enerji potensialı təkcə neft və qaz deyil
Bu gün dünyanın əsas hədəflərindən biri ənənəvi enerjini "yaşıl enerji" ilə əvəz etməkdir. Doğrudur, insanlar neft və qaz ehtiyatlarından istifadə etməyə daha çox öyrəşiblər. Amma bu mənbələrin tükənmə ehtimalı var.
Günəş, su, hava isə bitməyən, bərpaolunan bir sərvətdir və onların ekoloji cəhətdən heç bir zərəri yoxdur. Artıq dünyanın bir çox ölkəsində paralel olaraq həmin enerjidən istifadə edilir.
"Yaşıl enerji" son illər Azərbaycan dövlətinin də enerji siyasətində qarşıya qoyduğu vacib məqsədə çevrilib. Xüsusilə işğaldan azad olunmuş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi prioritet kimi gündəlikdə dayanır. Çünki həmin torpaqlarda "yaşıl enerji"dən istifadə etmək üçün daha çox imkanlar var. Qarabağ və Şərqi Zəngəzurda həmişə külək, günəş şüaları və su ehtiyatları istənilən qədər olub, indi də mövcuddur.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə bu məsələni xüsusi vurğulayıb: "Biz Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq "yaşıl enerji" zonası elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək".
Dövlətin Böyük qayıdış proqramı başa çatdıqdan sonra məcburi köçkünlər dədə-baba yurdlarında "yaşıl enerji"dən istifadə etmək imkanı qazanacaqlar. Təbii ki, bu, çox böyük proqramdır, icrası da böyük vəsait tələb edir. Amma Prezidentimizin təbirincə desək, tamamilə yeni, ən müasir standartlar əsasında layihələrin icrasına başlanmışdır. İşğaldan azad edilmiş Ağalıda isə tikilən evlərin üzərində günəş panelləri quraşdırıldığı üçün kəndin əhalisi ekoloji cəhətdən təmiz olan "yaşıl enerji"dən istifadə edir. "Yaşıl enerji"dən istifadə etmək həm də biznesə dəstəkdir. Sahibkarlar praktik olaraq bu prosesdə yaxından iştirak edirlər ki, bu da həm ölkədə biznesin inkişafını artırır, həm də "yaşıl enerji"yə olan tələbat yerinə yetirilir.
Demək yerinə düşər ki, enerji sektorunda olan uğurların sayəsində ölkəmiz son vaxtlar böyük iqtisadi artıma nail olmuşdur. Bu gün qeyri-neft-qaz sektorunun inkişafı əsas prioritetlərdən olsa da, "yaşıl enerji"nin sayəsində də böyük uğurların qazanılacağı gözlənilir.
2021-ci il mayın 3-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "Yaşıl Enerji Zonası"nın yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzaladı. Sərəncamda "yaşıl enerji zonası"nın yaradılması ilə əlaqədar konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulduğu üçün Energetika Nazirliyi ilə Yaponiyanın "TEPSCO" şirkəti arasında müqavilə imzalandı. Bundan sonra işğaldan azad edilmiş ərazilərdə işlər başlanıldı. Bir neçə gün əvvəl almaniyalı iş adamları ilə görüşdə bu sahənin faydalılığını vurğulayan Prezident İlham Əliyev demişdir: "Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq "yaşıl enerji zonası" elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək. Eyni zamanda bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Ola bilsin, biz bu mövzunu görüşümüz zamanı daha geniş şəkildə müzakirə edə bilərik. Lakin deyə bilərəm ki, Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Beləliklə, hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq".
Azərbaycanın enerji sektoru Avropa üçün də etibarlı tərəfdaş sayıldığından onların təcrübəsini öyrənib "yaşıl enerji"ni yerli şəraitə uyğunlaşdıraraq tətbiq etməkdə fayda var. Üstəlik xarici mütəxəssislər Azərbaycanın həm günəş, həm də külək enerjisi üçün əlverişli iqlimə sahib bir ölkə olduğunu etiraf ediblər. Günəşli günlərin bol olması, kifayət qədər güclü küləklər enerji mənbələrinin səmərəli və etibarlı olduğundan xəbər verir. Rəsmi statistikaya görə də, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27 000 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Son zamanların qlobal istiləşməsi, dünyadakı enerji qiymətlərinin dəyişikliyi, böhranlar, eləcə də elmi-texniki tərəqqinin sürətli inkişafı və innovativ texnologiyaların cəmiyyətdə qəbul olunması dünyanın başqa yerlərində olduğu kimi, Azərbaycanda da qeyri-ənənəvi enerjinin sürətli inkişafına təkan verən amillərdir. "Yaşıl enerji"nin insanlar üçün nə qədər gərəkli olduğu, cəmiyyətdə nə qədər faydalı yer tutduğu enerji siyasətinin uğurundan və ölkənin daha işıqlı gələcəyindən xəbər verir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ekoaksiya: Sülhməramlıların avtomobilləri axşam saatlarında da sərbəst hərəkət edir
22 Mart
Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev ölüb, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb...
22 Mart
Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb
22 Mart
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində “Valideyn görüşləri” keçirilib
22 Mart
İslam aləmində on bir ayın sultanı - Ramazan ayı
22 Mart
Laçın-Xankəndi yolu: Daha dörd avtomobil keçib
22 Mart
Sülhməramlıların altı avtomobili aksiya ərazisindən keçib
22 Mart
Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
22 Mart
Son sutkada COVID-19 infeksiyasına 5 yoluxma qeydə alınıb
22 Mart
Ekoaksiya: BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb
22 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub YE...14 Mart 2023

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azər...12 Mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham ...09 Mart 2023

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB08 Mart 2023
jpg-1678287833.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!