27 Mart 2023 18:58
496
DÜNYA
A- A+
Alimlər: Qlobal istiləşmə ağacların vegetasiya dövrünü uzadıb

Alimlər: Qlobal istiləşmə ağacların vegetasiya dövrünü uzadıb

 

Alimlərin yeni araşdırmaları göstərir ki, qlobal istiləşmə ağacların böyümə üsulunu dəyişir. ABŞ-nin Ohayo ştatının şimal-qərbində sərt ağacların tədqiqi zamanı məlum olub ki, bir əsrlik istiləşmə onların illik vegetasiya dövrünü orta hesabla bir ay uzadıb.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Ohayo Dövlət Universitetinin alimləri son müşahidələrini yerli fermerlərin XIX əsrdə qeyd etdikləri təfərrüatlı gündəlikləri ilə müqayisə ediblər. Onlar bildirirlər ki, tədqiqat müxtəlif ağac növlərinin gələcək iqlim dəyişikliyi ilə nə dərəcədə yaxşı mübarizə aparacağını müəyyən etməyə imkan verir. 1883-1912-ci illərdə fermer Tomas Mikesell Ohayo ştatının Vauson şəhərində yerli ağacların böyüməsi, yağıntılar və temperatur haqqında ətraflı qeydlər edib. Planetimiz təxminən 200 il əvvəl başlayan sənaye inqilabından bəri 1,1 dərəcə istiləşib. Bu proseslərin əsasən son onilliklərdə baş verdiyini nəzərə alan tədqiqatçılar Mikesellin müşahidələrinin müasir dövrlə müqayisə etmək qərarına gəliblər. Tədqiqata rəhbərlik edən professor Kellen Kalinger-Yoak 2010-2014-cü illər arasında yaz və payız aylarında yeddi müxtəlif ağac növünü izləmək üçün Vausona səyahət edib. O, yarpaqların ağaclarda Mikeselin dövründə olduğundan təxminən 15 faiz daha çox qaldığını müəyyənləşdirib. Professor deyib: "Hər şey əvvəlki kimi deyil, ağaclar çox fərqlidir. Bu dəyişikliklər nəticəsində aşkar etdik ki, onların böyümə mövsümü bir ay çox çəkir. Növlər daha isti temperaturlara müxtəlif cür reaksiya verir, onların əksəriyyəti yarpaq rəngini payıza qədər daha uzun müddət saxlayır, eyni zamanda, bəziləri erkən tumurcuqlanır”.

Alimlər qeyd edirlər ki, ağaclar planeti istiləşdirən karbon qazını atmosferdən sormaq üçün həyati əhəmiyyət kəsb edir və daha uzun bir böyümə dövrü həmin prosesi də uzadır. Lakin onlar xəbərdarlıq edirlər ki, daha yüksək, dəyişən temperatur indiyə qədər bilinməyən yollarla ağacları da məhv edə bilər. Professor Kalinger-Yoak vurğulayıb ki, daha çox ağac əkilməsinin iqlim dəyişikliyinə böyük təsiri ilə bağlı əlavə tədqiqat aparılacaq. O əlavə edib: “Biz qlobal istiləşmənin mənfi təsirlərini daha azaltmaq üçün sərmayə qoyuruq, eyni zamanda, ağac növləri və potensial olaraq daha çox ağac əkməkdən nə qədər fayda əldə edə biləcəyimizlə bağlı araşdırmalar aparırıq. Karbon qazını havadan soran bir dəstə ağac əkmək həqiqətən yaxşı strategiyadır, lakin bu fəaliyyətləri təşviq etmək üçün fayda səviyyəsinə dair sübutlara malik olmalı, hansı növləri daha çox əkməyi müəyyən etməlisiniz”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!