08 İyun 2023 15:40
433
Elm və texnika
A- A+
Alimlər Avstraliya qayasında milyard il əvvələ aid olan “itirilmiş dünya” tapıblar  

Alimlər Avstraliya qayasında milyard il əvvələ aid olan “itirilmiş dünya” tapıblar  

 

Alimlər Avstraliyanın şimalındakı qayalarda qədim orqanizmlərin milyard il əvvələ aid olan “itirilmiş dünyası”nı aşkar ediblər. Bu, elmdə insanların ən qədim əcdadları haqqında olan anlayışı dəyişdirə bilər.

AZƏRTAC “Əl Cəzirə” telekanalına istinadla xəbər verir ki, tədqiqatçıların fikrincə, “protosterol biota” kimi tanınan mikroskopik canlılar evkaryot adlanan orqanizmlər ailəsinin bir hissəsidir və təxminən 1,6 milyard il əvvəl okeanlarda yaşayıblar. Evkaryot hüceyrənin "güc mərkəzi" olan mitoxondriləri və onun "nəzarət və məlumat mərkəzi" olan nüvəni əhatə edən mürəkkəb hüceyrə quruluşuna malikdir. Bu orqanizmlərin müasir formalarına göbələklər, bitkilər, heyvanlar və amöb kimi tək hüceyrəli orqanizmlər daxildir. İnsanlar və bütün nüvəli canlılar öz ata-baba nəslini 1,2 milyard ildən çox əvvəl yaşamış son evkaryotik ortaq əcdadlara (LECA) qədər davam etdirə bilirlər.

Avstraliya Milli Universitetində doktorluq dissertasiyasını bitirmiş və hazırda Almaniyanın Bremen Universitetində çalışan Bencamin Netterşeim deyir: “Yeni kəşflər öz nəslimizin ən qədim qalıqları kimi görünür, onlar hətta LECA-dan əvvəl də yaşayıblar. Bu qədim canlılar bütün dünyada dəniz ekosistemlərində bol idi və yəqin ki, Yer tarixinin çox hissəsi üçün ekosistemləri formalaşdırıb."

“Protosterol biota”nın kəşfi tədqiqatçıların 10 illik işinin nəticəsidir və “Nature” jurnalında dərc olunub. Alimlər qeyd edirlər ki, bu mikroorqanizmlər bakteriyalardan daha mürəkkəbdir və ehtimal ki, daha böyükdür. "Biz inanırıq ki, onlar yer üzündə bakteriyaları ovlayan və yeyən ilk yırtıcılar olublar", -deyə professor Netterşeim deyir.

Avstraliya, Fransa, Almaniya və ABŞ-dan olan tədqiqatçılar Avstraliyanın şimal ərazisi yaxınlığında okeanın dibində əmələ gələn qayanın üzərində tapılan fosil yağ molekullarını araşdırıblar. Belə ki, Şimali Avstraliya Yer kürəsinin ən qədim biomarker daşıyan süxurları da daxil olmaqla, orta Proterozoy dövrünə aid ən yaxşı qorunmuş çöküntü süxurlarına malik olması ilə tanınır. Bu qədim çöküntülərdə qalan molekulyar fosillər erkən həyat və ekologiya haqqında unikal fikirlər əldə etməyə imkan verir.

Tədqiqatçılar müəyyən ediblər ki, molekullar LECA-dan əvvəl təkamül keçirən və sonradan nəsli kəsilmiş erkən mürəkkəb canlıların varlığına işarə edən ilkin kimyəvi quruluşa malikdir. “Bu molekullar olmasaydı, biz heç vaxt “protosterol Biota”nın mövcud olduğunu bilməzdik. Erkən okeanlar, əsasən bakteriya dünyası kimi görünürdü, lakin bizim yeni kəşfimiz bunun belə olmadığını göstərir”, - deyə Netterşeim bildirib. O əlavə edib ki, bu canlıların təxminən 1,6 milyard il əvvəldən 800 milyon il öncəyə qədər inkişaf prosesi keçiblər. Yerin təkamül qrafikində bu dövrün sonu, göbələklər və yosunlar kimi daha inkişaf etmiş orqanizmlərin çiçəklənməyə başladığı Toniya çevrilməsi kimi tanınır. Lakin “protosterol biota”nın nə vaxt yoxa çıxdığı məlum deyil. Professor Netterşeim vurğulayıb: “Onun təkamül nəticəsində başqa canlılara çevrilməsi planetimizin tarixində ən dərin ekoloji dönüş nöqtələrindən biridir. Məməli əcdadlarımızın böyük və bol olması üçün dinozavrların nəsli kəsilməli olduğu kimi, bəlkə də “protosterol biota” müasir evkariotlara yol açmaq üçün bir milyard il əvvəl yoxa çıxmalı idi."

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!