18 May 2023 18:53
934
CƏMİYYƏT
A- A+
Ali Məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin təhlilinə dair ümumiləşdirmə aparıb

Ali Məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin təhlilinə dair ümumiləşdirmə aparıb

 

Ədalət mühakiməsinin keyfiyyətinin artırılması və məhkəmə icraatının səmərəliliyinin yüksəldilməsi məqsədilə Ali Məhkəmə tərəfindən daimi olaraq baxılan işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və təhlili işi aparılır. Bununla, həm vahid məhkəmə təcrübəsinin formalaşdırılması, həm də məhkəmə fəaliyyətinin optimal idarəçiliyinin həyata keçirilməsinə yönəlmiş görülməli əlavə işlər müəyyənləşdirilir.

İnzibati məhkəmə icraatı sahəsində aparılmış təhlillər göstərir ki, inzibati mübahisələrə baxan hər üç məhkəmə instansiyasında iş yükü ildən-ilə artmaqda davam edir. Belə ki, 2022-ci il ərzində ölkə üzrə inzibati məhkəmələrin icraatında ümumilikdə 31 min 46 iş olub. Həmin göstəricinin 2021-ci il üzrə 23 min 313 iş təşkil etməsi nəzərə alınsa, müvafiq müqayisə aparılmaqla inzibati məhkəmələrin icraatında olan işlərin sayında kəskin yüksələn tendensiya müşahidə edilir. Belə ki, iş sayı əvvəlki illə müqayisədə 33,1 faiz artıb.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Oxşar vəziyyət yuxarı instansiya məhkəmələrində də mövcuddur. 2022-ci il ərzində respublika üzrə apellyasiya instansiyası məhkəmələrinin icraatında ümumilikdə 6 min 800 iş olub. Bu rəqəm 2021-ci ildə 6 min 345 olmaqla apellyasiya icraatlarının sayının əvvəlki illə müqayisədə 7,2 faiz artdığını göstərir. Digər tərəfdən, Ali Məhkəmənin İnzibati Kollegiyasının icraatında 2020-ci ildə cəmi 2 min 893 inzibati mübahisə, 2021-ci ildə isə 2 min 789 inzibati mübahisə olub. Müvafiq göstəricilərin müqayisəli təhlili onu göstərir ki, əvvəlki il üzrə kassasiya icraatında olan iş sayına nisbətən 2022-ci il ərzində iş sayı 3,7 faiz artıb.

Xüsusilə qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasına 2023-cü ilin birinci rübündə daxil olan iş sayı ötən illə müqayisədə kəskin artıb. Belə ki, ötən ilin birinci rübündə 473 kassasiya şikayəti daxil olduğu halda, bu rəqəm hazırkı ilin birinci rübündə 757 olmaqla 60 faizdən çox artıb. Məhkəmələrdə iş yükünün artması məhkəmə fəaliyyətinin optimallaşdırılmasına ciddi maneə təşkil edir, hakimlərin həddən artıq işlə yüklənməsinə səbəb olmaqla son nəticədə ümumən ölkədə ədalət mühakiməsinin həyata keçirilməsinin keyfiyyətinə təsir edir. Hər bir işin öyrənilməsinə sərf olunan vaxtın azalması ilə keyfiyyətli məhkəmə araşdırmasının riskə atılması təhlükəsi yaranır. İş yükü həm də ümumən məhkəmə xərclərinin artmasına və əlavə dövlət vəsaitinin xərclənməsinə gətirib çıxarır.

İnzibati mübahisələr üzrə iş yükünün artması bir tərəfdən hüquqların məhkəmə müdafiəsi mexanizmlərinin işlək olması və məhkəmələrə olan etimadın artması ilə bağlıdır. Digər tərəfdən isə işlər üzrə aparılmış təhlillər onu deməyə əsas verir ki, inzibati orqanlar fəaliyyətlərində “İnzibati icraat haqqında” Qanunun normalarını rəhbər tutmurlar, eyni zamanda formalaşmış məhkəmə təcrübəsi inzibati orqanlar tərəfindən nəzərə alınmamaqla formal şikayətlərin verilməsi təcrübəsi davam edir.

Belə ki, 2011-ci ildən fəaliyyətə başlamış inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin təhlili göstərir ki, ötən illər ərzində məhkəmələrdə baxılan işlərin böyük əksəriyyəti iddiaçıların xeyrinə yekunlaşıb. Son illər inzibati orqanlara qarşı təmin edilən iddialarda bir qədər azalma tendensiyası müşahidə olunsa da, rəqəmlər yenə də yüksək olmaqda davam edir. Məsələn, 2011-ci ildə baxılmış işlərin 84 faizi, 2015-ci ildə 83 faizi, 2017-ci ildə 90 faizi, 2019-cu ildə 70 faizi, 2020-ci ildə 57 faizi, 2021-ci ildə 64 faizi, 2022-ci ildə isə 74 faizi vətəndaşların xeyrinə yekunlaşıb. Bu hal bir tərəfdən inzibati məhkəmələrin vətəndaşların hüquqlarının müdafiəsində xüsusi rola malik olduğunun təsdiqi kimi qəbul edilə bilər.

Bununla yanaşı nəzərə alınmalıdır ki, vahid hüquqi yanaşmaya əsasən məhkəməyədək şəxslərin hüquq və azadlıqları inzibati orqanlarda təmin edilməlidir. Buna görə, inzibati orqanlar onlara daxil olmuş hər bir müraciəti yalnız mahiyyəti üzrə düzgün həll etmək vəzifəsi daşımırlar, onlar həm də həmin müraciətə qanunvericilikdə nəzərdə tutulmuş icraatla bağlı qaydalara riayət etməklə baxmalıdırlar. İcraatla bağlı qaydalara əməl etmək həm də hüquqi dövlət, eləcə də yaxşı və səmərəli idarəçilik prinsipinin mahiyyətindən irəli gəlir. İcraatla bağlı qaydaların nələrdən ibarət olduğu isə mərkəzi normativ-hüquqi akt olan “İnzibati icraat haqqında” Qanunda təsbit olunub. Məhkəmə təcrübəsində rast gəlinən inzibati orqanların fəaliyyətlərində yol verdikləri “İnzibati icraat haqqında” Qanunda təsbit olunmuş icraatla bağlı sistematik pozuntuları aşağıdakılar kimi qruplaşdırıla bilər:

- vətəndaşların müraciətləri üzrə ümumiyyətlə inzibati icraatın başlanılmaması ve aparılmaması;

- inzibati icraat barədə maraqlı şəxslərə məlumat verilməməsi, onların icraatın gedişində real iştiraklarının təmin olunmaması;

- buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırlmasında vətəndaşlara zəruri hüquqi yardımın göstərilməməsi;

- müraciətə baxılması və həmin müraciət üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduqda, ərizə və ona əlavə olunmuş sənədlər səlahiyyətli inzibati orqana göndərilməli olduğu halda, ərizə və sənədlərin müraciət edən şəxsə qaytarılması;

- inzibati icraatın müddətlərinə riayət edilməməsi;

- inzibati icraat zamanı işim bütün hallarının tam və obyektiv araşdırılmaması, təqdim olunmuş sübutlar yetərli olmadıqda inzibati orqanın öz təşəbbüsü ilə əlavə sübut toplamaması və maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından imtinanın yol verilməz olmasının inzibati orqanların xidməti vəzifələrinə görə borcu olduğu halda, bu vəzifələrə əməl olunmaması, eyni zamanda inzibati orqanlar arasında qarşılıqlı hüquqi yardımın baş tutmaması;

- inzibati aktın lazımi qaydada əsaslandırılmaması, xüsusən şikayət vermək hüquqlarının izah olunmaması.

Göründüyü kimi, icraatla bağlı hüquq pozuntularına yol verilməsi halları müşahidə olunur və bunun nəticəsidir ki, bu gün bir sıra hallarda inzibati orqanların qərar və hərəkətləri məhkəmələr tərəfindən məhz icraatla bağlı hüquq pozuntularına yol verilməsi əsası ilə ləğv edilir. Digər tərəfdən, bəzi hallarda inzibati orqanların fəaliyyətində məhkəmə təcrübəsinin nəzərə alınmaması müşahidə edilir.

Belə ki, bir sıra təkrarlanan mübahisələr üzrə işlərə artıq Ali Məhkəmədə dəfələrlə baxılmasına və həmin işlər üzrə formalaşmış məhkəmə təcrübəsinin mövcudluğuna baxmayaraq, yenidən eyni əsaslarla inzibati icraatda vətəndaşların müraciətlərinin təmin edilməməsi, daha sonra isə həmin işlər üzrə vətəndaşların xeyrinə çıxarılmış məhkəmə qərarlarından Ali Məhkəməyədək şikayətlərin verilməsi təcrübəsi qalmaqda davam edir. Nəticə etibarilə, müəyyən kateqoriya məsələlər üzrə qanunvericiliyin hansı qaydada tətbiq edilməli olması ilə bağlı məhkəmələrin hüquqi mövqeləri inzibati orqanlar tərəfindən nəzərə alınmır. Bu problemin həlli yaxşı idarəçiliyə və qanunun aliliyinə nail olmaq üçün olduqca vacibdir. Eyni zamanda, inzibati məhkəmələr tərəfindən baxılmış işlər üzrə müəyyən edilmiş mövqelər inzibati orqanların öz təcrübələrini dəyişmələrinə səbəb olmalıdır. Təcrübəni dəyişmək isə iki istiqamətdə olmalıdır – müəyyən məsələlər üzrə artıq əvvəlkindən fərqli qərar vermək və müəyyən məsələlər üzrə inzibati icraatı əvvəlkindən fərqli qaydada aparmaq.

Nəzərə alınmalıdır ki, məhkəmə təcrübəsinin əhəmiyyəti və hüquqi nəticələri yalnız məhkəmələrin işlərə baxılması ilə bağlı fəaliyyətinə şamil edilmir. Vətəndaşlar oxşar işlərin məhkəmələrdə necə həll olunduğuna etimad edərək onların da eyni mübahisələrinin inzibati orqan tərəfindən məhkəmədə həll edilmiş işlərə uyğun qaydada nəzərə alınmasına ümid edə bilərlər. Öz növbəsində inzibati orqanlar da oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini öz inzibati praktikalarında nəzərə almalıdırlar. Məhkəmələrdə baxılan işlərin öyrənilməsi həmçinin göstərir ki, bəzən inzibati orqanların müraciətləri təmin etməkdən imtina edərkən əsaslandıqları dəlillərlə, daha sonra onların iddiaya qarşı təqdim etdikləri etirazlarının, eləcə də apellyasiya və kassasiya şikayətlərinin dəlilləri tamamilə eynilik təşkil edir. Bu zaman məhkəmə araşdırmasının gedişində həmin dəlillərin əsassızlığına dair toplanılmış əks sübutlara, məhkəmələrin bununla bağlı hüquqi mövqelərinə və qiymətləndirmələrinə apellyasiya və kassasiya şikayətlərində hər hansı münasibət bildirilmədən və ya səthi, yaxud ötəri münasibət bildirilərək əslində faktiki olaraq ilkin dəlillər təkrarlanmaqla yeni hər hansı sübut və ya hüquqi mövqe bildirilmədən formal olaraq məhkəmə aktlarından şikayətlər verilir. Əsaslandırılmamış şikayətlər məhkəmə mübahisələrinin sayının süni şəkildə çoxalmasına və hüquqların ağlabatan müddətlərdə həyata keçirilməməsinə səbəb olur.

Beləliklə, məhkəməyədək vətəndaşların müraciətlərinə baxan inzibati orqanlar “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almaqla icraatın aparılmasını təmin etməlidirlər. İnzibati orqanlar həmçinin gələcəkdə məhkəmələrdə təkrarlanan işlərin yaranmaması üçün öz fəaliyyətlərində məhkəmə təcrübəsini nəzərə almalı, eləcə də uğurluluq perspektivi olmayan əsaslandırılmamış apellyasiya və kassasiya şikayəti vermək praktikasından imtina etməlidirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi

01:07
12 İyun

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

23:19
11 İyun

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

23:01
11 İyun

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

22:37
11 İyun

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

22:18
11 İyun

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq  

21:47
11 İyun

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

20:53
11 İyun

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

20:52
11 İyun

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

20:44
11 İyun

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında 

20:34
11 İyun

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub

20:21
11 İyun

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

20:16
11 İyun

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

20:13
11 İyun

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

20:03
11 İyun

Bakıda elm və innovasiyaların iqtisadi inkişafdakı rolu müzakirə olunub

19:51
11 İyun

“Şuşa KOB evi”ndə 5 ayda sahibkarlara 560-a yaxın xidmət göstərilib  

19:42
11 İyun

Tibbdə ilk: ürək, böyrək və maddələr mübadiləsi xəstəliklərinin bir-biri ilə əlaqəsi sübut olundu  

19:30
11 İyun

Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı üzrə yeni zavod tikiləcək

19:21
11 İyun

Kanada 16 yaşından kiçik uşaqlara sosial media qadağası qoyan yeni qanun layihəsini təqdim edib  

19:15
11 İyun

Quş əti və yumurta istehsalında artım hədəfləri açıqlanıb

19:08
11 İyun

Şimali İrlandiyada miqrant əleyhdarlarının iğtişaşları

18:56
11 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!